Füzuli ömrüdür əsr də, an da...
Bu günlərdə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə “Avrasiya Press” nəşriyyatı
Şəkər Aslanın şeir və poemalarından ibarət
“Payıma düşən ömür” kitabını (232 səh.)
nəfis tərtibatla oxuculara yetirib. Tərtib edən
və ön sözün müəllifi Sevda Əlibəyli,
redaktor Umud Rəhimoğludur.
Füzuliyə həsr olunmuş şeirlər
“Dünənin ən böyük şairi səndin,- Bu günün ən böyük şairi sənsən”
- fəslində yer almışdır.
Vətən
kimi
Füzuli ömrüdür əsr də, an
da,
Neçə yüzilliklər gəlib
ötüşür...
Sənin kitabına gözüm baxanda
Nə qədər kitablar gözümdən
düşür.
Yaşadın dünəni, baxıb sabaha,
Hər şair ömr edib qocala bilmir!..
Sözü ucaltdığın zirvəyə
daha
Kimsə qalxa bilmir, ucala bilmir...
Şerindən könlümüz nurla
dolursa,
Kim deyər bir sözün, kəlmən
solubdur;
Sənin beş yüz
ilin tamam olursa,
Mənim beş onilim
tamam olubdur!
Ömrün bir günü yaz, bir
günü qışdır,
Vaxtın da yolları oddur elə bil...
Beş yüz il yol gələn
xalqa tanışdır,
Əlli il yol gələn
heç tanış deyil!
İşığa tutaraq əyrini,
düzü
Söz ilə zülməti oyur,
sökürdün...
Neçə əsr qabaq bu
günümüzü,
De, bu qədər dəqiq sən necə
gördün?!
Ah, nə səviyyədə düz
çıxır zəndin,
Bir gün qəmlisənsə, bir gün də
şənsən!
Dünənin ən böyük şairi səndin.
Bu günün ən böyük şairi
sənsən.
Duyur hər sətrini oğlan da, qız
da,
Kimin bu ovqatdan xəbəri yoxdur?
Bugünkü siyasi lirikamızda
Ah, lirik Füzuli təpəri yoxdur...
Söz harda yaxşıdır, söz harda
pisdir...
Sözün saf duyğular oyadır bizdə!
Ən böyük məhəbbət şairimizdir,
Ən böyük siyasət şairimiz də.
Ucaltdın adını əsrin,
zamanın,
Gah üzün tutulur, gah da gülürsən.
Hər bir övladıyla Azərbaycanın
Doğulur, yaşayır, sonra ölürsən...
Torpağın qoynuna gömüləcəyik,
Yox, yox sən ölümdən uzaq,
uzaqsan!
Doğulub, yaşayıb biz öləcəyik,
Sənsə Vətən kimi əbədi
sağsan!
Yığdıqca
dağılırıq
Mal çox yığma, həzər eylə
əzabından kim,
Rənci artar ağır olduqca yükü
həmmalın.
M.Füzuli
Nə hisslər yaşayır ürəyimizdə,
Hərislik! İzləyir o bizi, ustad!
Artdıqca mal-dövlət sevgisi bizdə,
Azalır nəyinsə sevgisi, ustad!
Nəfsin sərhəddini yüz yol
aşırıq,
Saxlaya bilmirik ürəyimizi...
Mal yığıb günbəgün
yoxsullaşırıq,
Tamah nə yollara aparır bizi!
İnsanın xisləti görünür
açıq,
Nədir onun üçün müqəddəs,
əziz?!
Dünyanı yığsaq da, həmişə
acıq,
Nə gözümüz doyur, nə ürəyimiz!..
Qızıl, büllur, daş-qaş
toplanır dağ-dağ…
Qarışır bir anda yaxşı ilə
pis;
Mal-dövlət yığırıq,
yığırıq ancaq
Özümüz dağılır,
dağılırıq biz!
Necə
dözək biz
Padişahi-mülk dinarü-dirəm
rüşvət verib…
M.Füzuli
Rüşvətlə açılıb səhər
gəlirsə,
O doğan gündüzün adı gecədir.
Əgər padşah özü
rüşvət verirsə,
Gör onda bir xalqın halı necədir?!
Hər gün risk eləyir rüşvət
alanlar,
Kimi düşür, batır, kimi
ucalır…
Rüşvət zəhrimarın gör nə
dadı yar,
Halal yeyəni də tamaha salır...
Könül xoşluğuyla alırlar bir
bax, -
Könül xoşluğuyla verməyir
heç kəs...
Kiçiklər alanda dözürük,
ancaq
Böyüklər alanda necə dözək
bəs?!
Yaxşı, pis ötürdük
qabaqkıları,
Bir yol başlamışıq müqəddəs,
əziz...
Yarəb, bundan sonra rəhm elə barı,
Rüşvətxor olmasın böyüklərimiz!
Məzəmmət
Şeir zövqündən olmayan agah,
Əhli-nəzmi məzəmmət eyləməsin.
M.Füzuli
Bəzən çoxbilmişsən, bəzən
avamsan,
Bəzən görünürsən bir
uşaq kimi.
Əslində o qədər qəliz
adamsan,
Anlaya bilmirsən sadəliyimi...
Xalqımın ruhunu duyduğum
üçün,
Xalqımın gözündə yüksəlirəm
mən.
Qəliz kəlmələrdən
qaçsam da hər gün,
Qəliz adamlara rast gəlirəm mən.
Nələr danışırsan məzəmmət
ilə,
Mənasız sözləri deyib
düzürsən.
Ən gözəl şairin şerini belə
Görürəm oxuyub dodaq büzürsən..
Şeirə, sənətə hörmətin
hanı?
Qoy əssin ürəyin yay, payız,
qış, yaz...
Başa düşmədiyin sözü,
misranı
Başa düşmək üçün
baş sındır bir az...
Doğrular
Doğrular ilə gəz ki, səni sərbülənd
edə, -
Əgrilər ilə eyləmə, əlbəttə,
imtizac.
M.Füzuli
Yenə gileyliyəm taledən, baxtdan,
Sürünərmi duman, əriyərmi
çən...
Bu yalan dünyaya gəldiyim vaxtdan
Doğruları gəzib axtarıram mən...
Hanı ən doğru yol, ən təmiz nəfəs?
Müdriklər nə yazıb, nə
söyləmişlər...
Ah, indi görürəm, görürəm
ki, bəs
Doğru bildiklərim oğru imişlər...
Dəyərsiz, mənasız ömür
sürmürəm!
Kim bu xanimanı yaradıb, qurub?
Uzun yollar gedib doğru görmürəm,
Ancaq hər addımda bir əyri durub.
Ürəyim döyünür bu misralarda,
Nə bir rahat olur, nə dincəlirəm...
Ah, siz hardasınız, bir deyin harda,
Doğrular, mən sizə doğru gəlirəm!
Behiştə
girmək olmaz
Cənnəti almaq olmaz axça ilə,
Girmək olmaz behiştə rüşvət
ilə...
M.Füzuli
Rüşvət öz kökünü
gör necə yayır,
Onun nəfəsilə ruhumuz dolur.
Rüşvətlə behiştə getmək
olmayır,
Ancaq Kərbəlaya, Məkkəyə
olur.
Halal ömür sürmək zordu, çətindi,
Biz halal yolları bir-bir kəsirik...
Allahın özünə,
düşünüb indi
Rüşvət çatdırmağa
yollar gəzirik!..
Beş əsr
sonra da
Salam verdim, rüşvət deyildir deyə
almadılar.
M.Füzuli
Əsrlər ötübdür, dəyişib
həyat,
Düşüb taleyimiz dumana, çənə...
Rüşvət deyil deyə, səndən
ay ustad,
Salam almayanlar yaşayır yenə!..
Çox sözlər çayırtək,
ottək solubdur...
Hər gün düşündürür
bir fıkir məni:
Beş əsr qabaq da rüşvət
olubdur,
Beş əsr sonra da olacaq yəni?
Mənim
dövranım
Sürdü Məcnun növbətin indi mənəm
rüsvayi-eşq,
Doğru derlər - hər zaman bir
aşiqin dövranıdır.
M. Füzuli
Sevgidən doğulur sevinc də, qəm də,
İlahi, eşq ilə alışıb
yanım!
Məhəbbət nə qədər
coşur sinəmdə
Mənim dövranımdır, mənim dövranım!
Harda dolaşırlar, harda gəzirlər,
Kimlərə bağlıdır ürəyim,
canım...
Məhəbbətli aylar, illər, əsrlər
Mənim dövranımdır, mənim
dövranım!
Gümrahlıq gətirsin hər saat, hər
an,
Özümü həmişə bir Məcnun
sanım!
Bütün sevənlərin
sürdüyü dövran
Mənim dövranımdır, mənim
dövranım!
Tanışdır gur işıq, qapqara
kölgə...
Ah, mənim dövranım... Sən bir ona
bax:
Məndən min il əvvəl
başlanıb bəlkə,
Min il sonra belə
qurtarmayacaq!
Şəkər
Aslan
Ədəbiyyat
qəzeti.- 2013.- 11 yanvar.- S.3.