Əlcəzairdə təsəvvüf konfransı

    

Əlcəzair Milli Tədqiqatlar Mərkəzi hər il islam mədəniyyətində xüsusi yeri olan təsəvvüflə bağlı beynəlxalq konfrans keçirir. Dekabr ayının sonunda keçirilmiş konfrans sayca doqquzuncu olub iman yollarının özünəməxsusluqlarını, təsəvvüf və müasir həyatla əlaqəni öyrənməyə həsr olunmuşdur. Konfransda mənimlə bərabər Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Nəsrulla Məmmədov iştirak etmişdir. Beş gün davam edən bu beynəlxalq tədbirdə dünyanın 30-a yaxın ölkəsindən yetmiş beş alimin məruzəsi dinlənilmişdir.

üçün təsəvvüf elmi-dini dairələrdə getdikcə maraq doğururonu öyrənənlərin sayı artır?

İslam təsəvvüfünün yaranması, inkişafı, müxtəlif dünyagörüşlərinə münasibəti və insanın mənəvi-psixoloji aləminin xüsusiyyətlərinin öyrənilməsi mürəkkəb və uzun tarixi dövr keçdiyindən ona maraq getdikcə artmaqdadır. Təsəvvüf yolunu keçməkdən başlıca məqsəd Allahın varlığını inamlı şəkildə dərk etməkdən ibarətdir. Son məqsədə gedən yolda insan inam və əqidə haqqında bilikləri öyrənməli və Haqqı yalnız əqli mühakimə əsasında deyil, səmimi qəlb duyğuları ilə dərk etməlidir. Sufii üçün könül səmimiyyəti ağla əsaslanan əqli məntiqdən üstün tutulur. Təsəvvüf insanların ədalət, bərabərlik, xeyirxahlıq kimi ümumi dəyərlərin qorunmasını nəzərdə tutmaqla sərvətin və maddi mülkiyyətin bölüşdürülməsi kimi mühüm məsələlərin həllinə yardımçı ola bilər. O, xaliqlə məxluq, ruhla bədən, fərdlə cəmiyyət, ağılla iman, vətənlə kosmik aləm arasında təxəyyül və yaradıcı fikirləri birləşdirir. Onun hikməti Allahın iradəsilə kişi və qadının birliyinə əsaslanan bütün bəşəriyyətin qardaşlığını nəzərdə tutur. Aləmin və təbiətin qorunması, dinclik və firavanlığın təmin olunması kimi ən böyük arzular səmimi mütəsəvvüflərin amalı olmuşdur. Tarix boyu təsəvvüf fəlsəfəsi öz dövründəki nöqsanlara qarşı çıxdığı üçün təsəvvüf əhli təqib edilmişya onlar üzlətə çəkilmişlər.

Xülasə kimi verdiyimiz bu fikirlərin təşəkkülü təsəvvüf tarixində Şərqin dahi alimləri Muhyəddin İbn Ərəbi, Əbu Hamid əl-Qəzali və başqa mütəfəkkirlərin əsərlərində izah və təqdim edilmişdir.

Doqquzuncu təsəvvüf konfransının mövzuları müasir həyatla bağlanmış və aşağıdakı istiqamətlər üzrə təsnif edilmişdi: təsəvvüf və vətən sevgisi, təsəvvüf və azadlıq, təsəvvüf və ədalət, təsəvvüf və insan hüquqları, təsəvvüf və ətraf mühit, təsəvvüf və demokratiya, təsəvvüf və gənclər, təsəvvüf və mətbuat. Məruzələr ərəb, fransız və ingilis dillərində oxunurdu.

Bizim məruzəmiz klassik Azərbaycan ədəbiyyatında sufii istilah və rəmzlərinin işlədilməsi xüsusiyyətlərinə həsr edilmişdi. Alimlərimizin tədqiqatlarına əsaslanmaqla Xaqani, NizamiFüzulinin əsərlərindən sufizm rəmzlərilə bağlı təqdim etdiyimiz nümunələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanırdı.

Nəsrulla Məmmədov təsəvvüf və eşq mövzusunda məruzə ilə çıxış etdi.

Konfransın təşkili işlərinin rəhbəri Əlcəzair Milli Tədqiqatlar Mərkəzinin direktoru doktor Haşi Süleyman, elmi əlaqələndiricisi doktor Zəim Xanşlavi idi. Konfrans iştirakçıları ərəb ölkələrini, Fransa, İspaniya, Kanada, İtaliya, Polşa, Belçika, Ruminiya, Bolqarıstan, Hindistan, Pakistan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanı təmsil edirdilər. Oxunan məruzələrdən aydın olurdu ki, elmidini dairələrdə təsəvvüflə bağlı geniş tədqiqatlar aparılır. Göstərilən ölkələrdə təsəvvüfün ictimai mahiyyətini öyrənməyə maraq çoxdur. Əlcəzair, Mərakeş, Türkiyə və Polşada indisufizm cəmiyyətlərinin fəaliyyət göstərdiyi məlum olur. Məruzəçilər elmifikri mübadilənin əhəmiyyətini vurğulayır, Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri, qloballaşma şəraitində islami dəyərlərin əhəmiyyətinə və qorunmasına diqqətlə yanaşmağı tövsiyə edirdilər. Konfransın gedişi zamanı tanış olduğumuz alimlər Azəçrbaycanın əldə etdtiyi uğurlardan məlumatlı olduqlarını söyləyirdilər. «Delta» (Livan) tədqiqatlar mərkəzinin direktoru Mahmud İbrahim Heydər, İordaniyalı Leyla Xəlifə, Quds (fələstin) universitetinin ədəbiyyat fakültəsinin denkanı professor Məşhur əl-Həbbazi, Suriya alimi Məhəmməd əs-Səbini ölkəmiz haqqında eşitdiklərindən söhbət açırdılar. Qahirə universitetinin müəllimi Məhəmməd Səlamə Azərbaycan haqqında ərəb dilində ardıcıl olaraq bir neçə nömrəlik qəzet nəşr etdirmişdir. 2012-ci il dekabr nömrəli «Yeni diplomat» qəzetində Şərqdə ilk respublika olan Azərbaycana həsr edilmiş məqalələr oxuculara təqdim edilmişdir: «Azərbaycanda hakimiyyətin əsasını demokratiyainsan hüquqları təşkil edir», «Müharibə qəhrəmanı və şərqşünas Ziya Bünyadov», «Xalq artisti Alim Qasımov muğamı dünya səviyyəsinə qaldırır», «Avrovijn Azərbaycanda keçirilir».

Sarbonna universitetinin (Fransa) nəzdindəki tədqiqatlar mərkəzinin direktoru Terri Zarqon bizə Azərbaycan ədəbiyyatı ilə bağlı bəzi araşdırmalardan məlumatlar verdi. O, M.F. Axundzadənin əsərlərinin tərcüməsi ilə maraqlanır və M.Şəhriyarın «Heydərbabaya salam» poemasını həvəslə fransız dilinə çevirməklə məşğuldur.

Kəşmir Universitetinin İslam araşdırmaları mərkəzinin direktoru prof. Nəsim Əhmədşah Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı Azərbaycanda keçirilən tədbirlərdə iştirak etməsindən, ölkəmizin iqtisadielmi sahələrdəki uğurlarından məmnun qaldığını bildirirdi. O, eyni zamanda Dehlidə Qandi adına Mədəniyyət Mərkəzində Nizaminin yaradıcılığı haqqında alimlərimizin çıxışlarını dinləmişdir. Hind alimi Nizami - Əmir Xosrov Dəhləvi yaradıcılıq əlaqələrinə yaxşı bələd olduğunu bildirirdi.

Konfransın təşkilatçıları sufi cəmiyyətlərində ifa olunan sima, eysavə, vəsfan musiqisi və qədim Əndəluz mahnılarının təqdimi ilə bu ilki tədbirin daha maraqlı keçməsinə çalışmışdılar. Bu konfrans Əlcəzair xalqının dövlət müstəqilliyinin 52-ci ildönümünə həsr edilmişdi. Əlcəzair xalqı Cəmilə Bihuridbaşqa qəhrəmanları ilə keçən əsrin 60-cı illərində milli azadlıq hərəkatı tərəfdarlarının, o cümlədən Azərbaycan xalqının diqqətini cəlb etmişdi. Şairlərimiz Osman Sarıvəlli, Mirvarid Dilbazi, Qasım Qasımzadə və başqalarının Əlcəzair mövzusunda yazdığı əsərləri yaşlı nəslə mənsub oxucularımız yaxşı xatırlayırlar. Yarım əsrdən çoxdur ki, Əlcəzair xalqı müstəqillik yolunda inamla irəliləyir və uğurlar qazanır. Fransanın müstəmləkəsi olmuş Əlcəzair ərəb və müsəlman ölkələri birliyində iştirak edir. Ölkə indi fransa ilə sıx iqtisadi və mədəni əlaqələr saxlayır. Burada fransız dili çox geniş yayılmış dildir. Konfransın keçdiyi günlərdə Fransa Prezidenti Fransua Holan Əlcəzairə rəsmi səfər etmişdi. O, iki ölkə arasında bəzi məsələlərin həllində xələfinin yol verdiyi səhvləri düzəltməyə çalışır. Prezident çıxışlarının birində bildirdi ki, müstəmləkəçilik dövründə Əlcəzair xalqına qarşı haqsızlıqlar edilmişdir.

Doqquzuncu təsəvvüf konfransının keçdiyi Kostantina şəhəri öz tarixi, yerləşdiyi mövqeyi və qonaqpərvərliyi ilə diqqətimizi cəlb etdi. Şəhər canlı keçmişə malikdir. Eradan əvvəl III minillikdə qədim Numidiyanın paytaxtı Sita adı ilə tanınmış bu şəhərdə qüdrətli Əmaziq əmiri Aqlid Amqazan hökmranlıq etmişRoma imperiyasının işğalçılıq niyyətlərinə qarşı çıxmışdır. O, «Afrika Afrikalılara məxsusdur» şüarını irəli sürmüşdür. Onun əməlləri Masinisaİbn Badis tərəfindən davam etdirilmişdir. Konstantina XIX əsrdə Əhməd bəyin başçılığı ilə genişlənən müqavimət hərəkatının mərkəzi kimi də tanınır.

Konstantina şəhəri ölkənin paytaxtından 430 km cənub-şərq tərəfdə, dəniz səviyyəsindən 600 m hündürlükdə yerləşir. Konstantinanı «həva (sevgi) və hava şəhəri», eyni zamanda «asma körpülər şəhəri» adlandırırlar. Yüksək qayalıqlar və axar çayın yarıya böldüyü hündür daşlı təpəlikləri birləşdirən körpülər qədim dövrlərdə, fransız ağalığı illərində salınmışdır, indi də belə körpülərin tikintisi davam etdirilir

Hazırda Əlcəzair Xalq Demokratik Respublikası ilə ölkəmizin diplomatik əlaqələri yoxdur. Lakin dövlət rəsmilərinin gediş-gəlişi bu əlaqələrin yaranmasına ehtiyac olduğundan xəbər verir (Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbulfəs Qarayev və Əlcəzair Respublikasının mədəniyyət naziri cənab Xalidə Namənin qarşılıqlı səfərləri, Əlcəzair professoru Zaim Xanşlavinin 2012-ci ildə Bakıda keçirilmiş Beynəlxalq humanitar forumda iştirakı və s.). Konfrans göstərdi ki, Əlcəzair və Azərbaycan alimləri arasında elmi əlaqələrin davam etdirilməsinə ehtiyac vardır.

 

 

İmamverdi HƏMİDOV

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.8.