Şəhid bacıları

 

Gör neçə illərdi qansız yağılar,

Dərdlə sinəmizi dağlayıbdılar.

Dünyada ən qəmli ağılar ki, var,

Şəhid bacıları ağlayıbdılar!

 

Qardaşla bir keçən ötən illəri

Ömrə ən müqqədəs il sayıbdılar.

Acılı-şirinli xatirələri

Şəhid bacıları yaşayıbdılar.

 

Ən zərif ziynəti, gözəl geyimi,

Qardaş toylarına saxlayıbdılar.

Taleyin qarası hopmuş örpəyi

Şəhid bacıları bağlayıbdılar.

 

Gözləri quruyub susuz çeşmətək,

O qədər ki, dərddən çağlayıbdılar.

Dünyada ən qəmli, kədərli, kövrək, -

Şəhid bacıları ağlayıbdılar!

 

 

İbrahim Yusifoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.1.