Şəhidlər
Şəhid
gülləsinə qurban gedirkən,
Gözünü sabaha
dikdi şəhidlər;
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən
göylərinə çəkdi şəhidlər.
Zalım
öyünməsin zülümləriylə,
Minbir böhtanıyla, minbir şəriylə;
Həqiqət
uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə
gecəsi, o qətl günü
Mümkünə
döndərdik çox namümkünü;
Xalqın
qəlbindəki qorxu mülkünü
O gecə
dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə
-
Bir yumruğa
döndük o gecə
biz də;
Yıxıb
köləliyi ürəyimizdə
Cəsarət
mülkünü tikdi
şəhidlər.
Onlar susdurulan
haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər;
Donan vicdanları qeyrətləndirər,
-
Axı,
el qeyrəti çəkdi şəhidlər.
…Dözdü hər zillətə, dözdü hər şeyə, -
"Dünyada mənim də haqqım var" - deyə.
Kütləni
xalq edən müqaviləyə
Qanıyla
qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz
hünəriylə,
Millət millət olur xeyri, şəriylə;
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi
şəhidlər.
Bəxtiyar Vahabzadə
Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.1.