Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən

  

Yazıçı, alim, AMEA-nın müxbir üzvü Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyinin sədri Anara məktubla müraciət etmişdir. Məktubda deyilir:

“Hörmətli Anar müəllim!

Mən Yazıçılar Birliyinin mükafat komissiyasının sədri kimi sizə müraciət edirəm. Həm AMEA-da, həm də BSU-da işlərimin həcmi və gərginliyi mənə təqdim olunan əsərləri oxumaq, qiymətləndirmək imkanını vermir. Sizdən xahiş edirəm məni komissiya sədrliyindən azad edəsiniz.

Hörmətlə,

Kamal Abdulla

 

Katiblik Kamal Abdullanın xahişini nəzərə almış, indiyə qədər komissiyada gürdüyü işlərə görə ona minnətdarlıq etmişdir. Xalq yazıçısı Mövlud Süleymanlı komissiya sədri təyin edilmişdir. Komissiya yenidən bu tərkibdə təsdiq olunmuşdur:

 

1. Mövlud Süleymanlı - xalq yazıçısı - komissiyanın sədri

2. Azər Mustafazadə - yazıçı -tərcüməçi - komissiyanın üzvü

3. Vaqif Səmədoğlu - xalq şairi - komissiyanın üzvü

4. Ramiz Rüvşən - şair - komissiyanın üzvü

5. Əjdər Ol - yazıçı - komissiyanın üzvü

6. Salam Sarvan - şair - komissiyanın üzvü

7. Bəsti Əlibəyli - tənqidçi - komissiyanın üzvü

8. Səlim Babullaoğlu - şair - tərcüməçi - komissiyanın üzvü

9. İlqar Fəhmi - yazıçı - komissiyanın üzvü

10. Fərid Hüseyn - şair - komissiyanın katibi

11. Məmməd Oruc - yazıçı - komissiyanın üzvü

 

22.01.2013

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 yanvar.- S.6.