“Narahat olma, Məlahət!”
Eşələnib
hansısa təxribat radio verilişində
Xəlil Rzanın Anar haqqında tənqidi
sözlərini oxuculara
çatdırmağa tələsən müəllif özünü “karlığa”, “korluğa” qoymasaydı, Xəlilin Anar haqqında yazdığı üç tərif dolu məqaləsinə
də göz yummazdı. Xəlil Rza həbs olunanda məhz
Yazıçılar Birliyində onu
müdafiə komitəsi yarandı, SSRİ Ali
Sovetinin deputatı kimi
Anar Lefortova həbsxanasında
Xəlillə görüşdü, onun azad edilməsi
haqqında dəfələrlə Azərbaycan və SSRİ rəhbərliyinə
müraciətlər etdi. Az
sonra həbsdən azad
olan Xəlil xatirələrində
yazıçının xidmətlərini xüsusi
minnətdarlıq hissiylə xatırlayır, Anarın Lefortova türməsinə onunla
görüşə gəlməsini Azadlığın gəlməsi
kimi qiymətləndirir.
Küçələrə düşüb guya ki, qaçan şairlər
haqqında iftiralar uydurmaqdan
başı açılanda Məlahət bu
yazıları tapıb oxusun, onda bəlkə aldığı
tapşırığı - Fikrət Qocanı və
Anarı ləkələmək
tapşırığını daha səviyyəli
şəkildə yerinə yetirər.
Köşə
yazarının o zaman
neçə yaşı olub ki, (düzdür
qadından yaş soruşmazlar)
F.Qocanın
qaçdığının şahidi olub.
Fikrət
Qocanı xalq şairi
adı almaqda suçlayan
Məlahət onu da unudub ki, Fikrətdən çox
qabaq bu adı
Anarın təqdimatıyla Xəlil Rza Ulutürk alıb.
Bu səpkidə yazılar yazan müəlliflərin tipik
yaramaz üsuluna uyğun olaraq Anara və Fikrət
Qocaya nifrətlərini onların
övladlarının adlarını hallandırmaqla da ifadə edirlər. Məlahət
Ağacanqızı yazır: “Millət onların
atalarından nə yarıdı ki,
balalarından da nəsə görsün?”.
Narahat olma, Məlahət! Millət kimin
kim olduğunu, kimlərdən
yarıdığını və kimlərin muzdlu
iftiralar yazdığını çox gözəl bilir.
Məlahətin
yazısına Xəlil Rza ailəsinin
adından Firəngiz
xanım Ulutürk də münasibət bildirib:
“Azadlıq”
qəzetinin 18 yanvar 2013-cü il sayında Məlahət
Ağacanqızının “Xəlil Rza Ulutürk - xalqın şairi
mənim şairim” köşə
yazısında həqiqəti əks etdirməyən ifadələr
narazılıqla qarşılanır. Xəlil Rza Ulutürkün həyat
yoldaşı olaraq bildirirəm ki, Xəlil Rza şəxsiyyətinə
xələl gətirən, onun adıyla başqa mənəvi dəyərlərimizə
təhqiramiz ifadələr işlədən “Azadlıq” qəzeti
və onun köşə yazarı Məlahət
Ağacanqızı təkzib verib səhvlərini
düzəltməlidir. Xəlil Rzanın qeydlərində,
çıxışlarında hər iki ədib
həmişə ləyaqətlə, hörmətlə yad edilib, vətəndaş
mövqeləri unudulmaz şairimiz
tərəfindən dəfələrlə qiymətləndirilib.”
Azərbaycan
Yazıçılar Birliyinin Mətbuat
xidməti
Ədəbiyyat qəzeti.- 2013.- 25
yanvar.- S.6.