Pəh, nə
qəşəng
Günəş
yardı buludları,
Pəh,
nə qəşəng, pəh, nə gözəl!
Sakit axdı çay
suları,
Pəh,
nə qəşəng, pəh, nə gözəl!
Bar-bəhərlə
gəlib bahar,
Göz oxşayır axar-baxar.
Zirvələrdə
ağarır qar,
Pəh,
nə qəşəng, pəh, nə gözəl!
Qəmginlik
var qış fəslində,
Can sıxandı o əslində.
Çiçək
gördüm qız əlində,
Pəh,
nə qəşəng, pəh, nə gözəl!
Meşələrin
donu yaşıl,
Yarpaqları
pıçıldaşır.
El sevinci
aşıb-daşır,
Pəh,
nə qəşəng, pəh, nə gözəl!
Şehli otlar lap təzə-tər,
Ətir saçır biçənəklər.
Qaç-qovdadı kəpənəklər,
Pəh, nə qəşəng, pəh, nə gözəl!
Xoşdu hüsnü al səhərin,
Əsir mehi sərin-sərin.
Gəlir səsi bülbüllərin,
Pəh, nə qəşəng, pəh, nə gözəl!
Gülsün üzü hər bir kəsin,
Nə dərd çəksin, nə qəm yesin.
Babanlı da coşub desin:
Pəh, nə qəşəng, pəh, nə gözəl!
Ömür-gün yoldaşıma
Birgə ömür sürdük tamam əlli il,
Şirinli-acılı günlər keçirdik.
Abırla qocalmaq asand iş deyil,
Gəlin də gətirdik,
qız da köçürdük.
Yetirdik ərsəyə nəvələri
də,
Qayğısız ötmədi bircə anımız.
Ən çətin çağları
qoyduq geridə,
Tək özümüz olduq öz hayanımız.
Ahıllıq yaşına çatmışıq
indi,
Ayrıdı taxtımız, otağımız da.
Xatirələr çözmək əcəb
şirindi,
Anırıq gəncliyi yatağımızda.
Qurtarıb məhəbbət him-cimlərimiz,
Həvəs də qalmayıb
söhbətə-sözə.
Elə bil küsülü qonşularıq biz,
Susuruq çox zaman durub üz-üzə.
Olub ki,
qəlbinə dəymişəm
bəzən,
Ancaq ötüşmüşük
dava-dalaşsız.
Sülhə yol açıbsan təmkininlə sən,
Kim görüb qadını gözləri
yaşsız?!
Qayıdıb təzədən olsaydıq
cavan,
Qənşər gələrdinmi sən bir də
mənə?
Köhnə küsüləri çıxardıb
yaddan
Peyman bağlardıqmı qəlbən biz yenə?!
Bağışla, lüzumsuz zarafat etdim,
Yoxdur bu həyatda
geriyə dönüm.
Şairlik baş aldı, xəyala getdim,
Ömrə qənimətdi ötən hər günüm.
Qurud məsələsi
Nə vaxtdı yemirəm bir kənd xörəyi,
Gözüm sinidəki xəngələ düşüb.
İsmarıc göndərdim ərkim çatana,
Babat qurud tapmaq
əngələ düşüb.
Əfəl qocalıqda çəpləşir
işlər,
Çoxalır ağrılar, artır təşvişlər.
Yarıtmır adamı qondarma dişlər,
Zor gəlib bıçaqla çəngələ
düşüb.
Babanlı qəmlənib nahaq çəkmir ah,
Müşgül qayğılarla açılır
sabah.
Adicə qurud da olub
bir matah,
Asan məsələmiz cəncələ düşüb.
Dedi gülmək üçün
Ərz etdim eşqimi mən bir şux
qıza,
"Çıxart əbləh fikri başından", - dedi.
Yalvarıb insafa, rəhmə çağırdım,
"Utan, heç olmasa yaşından", - dedi.
"Lağ eləmə", - dedim, -
"qırğı kimiyəm",
Şairəm, nasirəm, söz hakimiyəm.
Sevdalı könlümdən uzaqdı
dərd-qəm,
"Sus, kaftarlıq gəlir qarşından", - dedi.
Comərd Babanlıyam, söylədim
ona,
Qoymadı mətləbi yetirim sona.
Üzünü qəzəblə çevirib
yana,
"Qorx gordakı əhlət daşından", - dedi.
Vidadi Babanlı
Ədəbiyyat
qəzeti.- 2013.- 25 yanvar.- S.6.