"Komediyalar və nəsr"
Böyük
Azərbaycan yazıçısı, filosof və ictimai xadim
Mirzə Fətəli Axundzadənin zəngin
yaradıcılığı təkcə vətənimizdə
deyil, dünyanın bir çox ölkələrində də
müxtəlif dillərə tərcümə olunur, tədqiq
edilir, sevilə-sevilə oxunur.
Ölkəmizin
Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan
Yazıçılar Birliyinin sədri Anara məktubunda səfirliyin
təşəbbüsü ilə Mirzə Fətəli
Axundzadənin "Komediyalar və nəsr" kitabının
macar dilində nəşri barədə məlumat verir.
Nəfis
şəkildə çap olunmuş kitabda tərcüməçi-türkoloq
Kenessey Marianın ön sözü, həmçinin
Respublikamızın Macarıstandakı səfiri Vilayət
Quliyevin Azərbaycan dramaturqu və filosofu M.F.Axundzadə barədə
geniş məqaləsi dərc olunmuşdur.
Ədəbiyyat qəzeti.- 2013.- 25
yanvar.- S.2.