Pərdə
arxasındakı adam
İttihadçılar zamanında, onlara yol göstərən fikir cərəyanları sonrakı dövrlərə nisbətən çox daha fazla, çox daha ahəngli idi. Bu adamlar nə yapmaq istədiklərini, nələr yapacaqlarını iyi biliyorlardı. Bu baxımdan birinci səfin arxasında fikir və düşüncə aşılayan öylə insanlar vardı ki, günün birində bunların tarixi hizmətləri bəlkə meydana çıxa bilər, fəqət üzləri insan olaraq, dost və arkadaş olaraq həmən həp məchul qalacaqdır!
İştə bu insanlardan biri də babamın bu bəyaz
saqqallı, pəmbə üzlü,
gözəl gözlü şair,
rəssam, musiqişünas, filosof, qəzetəçi, münəccim, professor, doktor, Qafqazlı
arkadaşıydı.
Sabahları
üzünü yuması bir
saat, geyinməsi iki saat sürən, danışmağa
başladığı zaman hekayələri,
xatirələri, şakaları, iynəli espiriləriyə
qarşısındakıları heç yormadan dinlədən, bu
ağır, sakit görünüşlü
adamın “İttihad və Tərəqqi”
firqəsinin baş qurucularından birisi olduğunu,
Türkiyənin Höte, Şiller
kibi Batı mütəfəkkir və ədiblərini
ilk dəfə onun qələmiylə
tanıdığını, bir tərəfdən
şair olaraq Dantenin «Cəhənnəmi»ni, ötə yandan Adam Smitin
məşhur kitabini başdan-başa
tərcümə etdiyini, yenə məmləkətimizə
gerçək hümanizm cərəyanını
onun gətirdiyini, İstiqlal
Məhkəməsində ölüm təhlükələri
atlatdığını, xülasə, sərgüzəştlərlə
dolu bir həyat
yaşadığını neçə adam
bilir?
Bu iki insan,
babamla o, necə anlaşdılar? Babam sinirlı,
sərt, bir azca aceləçi idi. Ötəkisi yumşaq, sakin,
ağırdı. Bu yaradılış fərqinə
rəğmən bərabər
mücadilə qəzetləri
çıxardılar, bərabər
ihtilal hərəkatlarına
girdilər, gizli cəmiyyətlər qurdular.
Dövrünün
böyük mürşidi
Ziya Gökalpa “İslam ümmətindən,
Qərb mədəniyyətindən,
Türk millətindən
olmaq” tezisini o ilham etdi. Osmanlı imperatorluğunun ümmət
politikasıyla ayaqda dura bilməyəcəyi anlaşılınca vicdanlarda
bir vətən olaraq Turan yolunu
göstərdi. Xeyr, xeyr
mübaligə etmiyorum,
babamın bu arkadaşı bütün
bir dövrün həqiqətən gizli həyat qaynaqlarından biri olmuşdur.
Onun babamın ölümündən sonra
bizə göz yaşları bəmbəyaz
saqqalına damlarkən
anlatdığı hekayələr
var:
“Əhməd bəylə bərabər
Batumda idik. İstanbulda mütarikə (atəşkəs)
elan edilmiş, dövlət təslim olmuşdu. Bir gün eyni otaqda çarpayılarımıza
uzandıq. Əhməd
bəy mənə, «yanında Hafiz Şirazi varmı?» - dedi.
- Nə yapacaqsan?
- Tefeül etmək
(fala baxmaq) istəyirəm.
- Yox, fəqət
Tassonun “Qurtarılmış
Qüds”ü var. İkinci
cildi. Yeni aldım. Madam ki, fala
baxmaq istəyirsən,
bu da Hafiz Şirazi qədər böyük adamdır. Sən sor, bən baxım”.
Əhməd bəy
mənə sordu:
- Məmləkətin istiqbalı nə olacaq?
Kitabın səhifələrindən
birisini gəlişigözəl
oxumağa başladım:
“Ey bana istiqbalın nasıl olacağını soran adam! Sən bilməzmisən
ki, insanlar bunu kəşf etməyə müqtədir
deyildir. fəqət keçmiş
zamanın təcrübələrinə
baxaraq deyə bilərəm ki, Şərqin ən qaranlıq günlərində,
sarı saçlı
bir qəhrəman çıxacaq, milləti
toplayaraq hürriyyətə,
zəfərə götürəcək”.
Əhməd bəy
inanmadı:
- Alay etmə!
- Nə alayı?
İştə al və
gör!
Bir
kaç zaman sonra qərib bir yəqinliklə gerçəkləşən bu
falı təsadüflərin
heyrət ediləcək
örnəklərindən saymaq
mümkündür.
Bir xatirəsi daha:
“Qafqazda Əhməd bəylə qəzetə çıxarırdıq. Bir gün fıkramı (məqaləmi) vaxtında
yazmamışdım. Əhməd bəy gəldi, yazmamağımın səbəbini
sordu. Bəlkə
də bir az sinirliydim.
Sərt cavab verdim. O da sərtləndi, münaqişə ağır
bir hal aldı.
Nasıl
oldu, bilməm, birdən-birə qalxdım,
iskəmləyi (kətili)
götürüb Əhməd
bəyin üstünə
yürüdüm. Bunu yaparkən
onun da eyni
şəkildə qarşılıq
verməsini bəklədim.
Fəqət o qoşdu,
önümdə duraraq,
boynunu bükdü:
- Vur, amma yazıyı ver.
Sonra Allahım, nə qəribə bir saflığı vardı. İstiqlal Məhkəməsində üç
Əlinin qarşısına
(Əli Çətinqaya,
Kılç Əli, Nəcib Əli) onu iki süngü
arasında bir dördüncüsü olaraq
gətirdikləri zaman
bir az həzin,
bir az komik
bir təvəkküllə
boynunu bükdü; kəndisinə Qara Kamal ilə dostluğunun mahiyyəti sorulunca da heç
çəkinmədən “mütənaim
oluyordum” (nemətlənirdim)
cavabını verdi.
O, bunu söyləyərkən
Qara Kamal ilə həqiqi dostluğunun səmimiyyəti
dışında deyildi.
Bu adamı bütün
digər arkadaşları
kibi ciddiyyətlə seviyordu. Fəqət üç kiçik
çocuq, özündən
çox gənc bir qadın, bir qayınvalidə, bir baldız, ayrılmaları mümkün
olmayan uzaq bir əqrəba ilə bütün gəlir mənbələrinin
tükəndiyi bir zamanda Qara Kamal
ona yardım əlini uzatmışdı.
Söylədiyi sözün əsl
mənası bu idi. Amma bu mənanı
öylə kəlmələr,
öylə məzlum bir əda ilə
anlatdı ki, İstiqlal Məhkəməsi
hakimlərinin sərt,
asıq (qaşqabaqlı)
üzləri acıyan
bir təbəssümlə
gevşədilər. Məhkum olması
üçün heç
bir səbəb yoxdu. Buna rəğmən
onu bu aqibətdən
qurtaran bəlkə də bu sözü,
bu duruşu oldu.
Həyatında az qızan, daha az heyrət
edən bu ağır, sakit adamın bütün ömrüncə içinə
düşdüyü ən
böyük şaşqınlıq
yenə İstiqlal Məhkəməsində oldu.
Məhkəmə
rəisi bir aralıq çox hiddətlənmiş, ixtiyar
doktorun üzünə
“Sən şiəlik qoxuyursan” deyə bağırmışdı. O, bu sözləri eşidincə öncə
qulaqlarına inanamadı,
sonra gözləri fal daşı kibi açıldı, “bənmi, bənmi?” - deyə kəkələyərək
susdu. Hər çeşid suçlanmayı
gözləyə bilərdi.
Fəqət bunu əsla!
Bana ölümündən
az öncə
Üsküdardakı böyük,
taxta xarab evinin Sarayburnu və Halicə baxan pəncərəsi önündə anlatdığı
bu hekayəyi xatırladıqca hələ
də gülürəm:
“Mütarikənin ilk zamanlarında bir gün xanımımla baldızım bir məsələ üzündən
mənimlə mübahisə
etməyə başladılar. Onlara bir hədisdən
bəhs edərək
«qadınların ərlərinə
və kişilərə
baş qaldırdıqları
gün göydən daş yağacaqdır» -dedim. Sözlərim bitər-bitməz birdən top, tüfəng,
bomba səsləri bütün İstanbulu sarsıtmağa başladı.
İngilis təyyarələri
ani bir baskın yapmışlardı.
Xanımım və baldızım
heyrət və qorxu ilə üzümə baxaraq əllərimə sarıldılar”.
Səməd Ağaoğlu
(“Babamın arkadaşları”
kitabından)
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.6.