Oğluyam
Qartal düşüncəli, şair
xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam
İstisudu, atam Dəlidağ,
Murov,
Lülpar, Qonur, Qoşqar oğluyam.
Lalədi, nərgizdi evim-eşiyim,
Köynəyim sıx meşə - qoymaz üşüyüm,
Qərənfildi, qızılgüldü
beşiyim,
Buz bulaqlı, göy yaylaqlar oğluyam.
Bədənim Ərgünəş, Gülüstan,
Çilgəz,
Vüqarım Şah dağı, əl çata bilməz!
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli
bir laləzar oğluyam.
Cəvahirdi Azərbaycan torpağı,
Qızıl, gümüş hər sərvətin
yatağı,
Uca zirvələrin - lalə bayrağı -
Şəmşirəm, nə gözəl diyar oğluyam.
Aşıq Şəmşir
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.