Gözəllik
Dəlidağ dayanıb
Koroğlu kimi,
Torpağı
titrədən Tərtər
- nərəsi.
Təpələr
basılmaz dəlilərdimi? -
Yaraqlı-yasaqlı
durub hərəsi.
Məni ovsunlayan
yelli gədikdə
Çoban
tütəyinin həzin
səsidir.
Yox, burda dağ
deyil, dağ böyüklükdə
Min növlü, çeşidli gül dəstəsidir.
Bu şıltaq, nəğməli,
dəcəl çayların
Qalıb
haqqı-sayı boynumda
mənim.
Nə xoşbəxt
olardım, torağayların
Olsaydı yuvası
qoynumda mənim!
Qəlbimi anlayıb
əhli-hal kimi,
Nə gözəl
oxuyur indi kəkliklər!
Görəsən, yaxından
qartal keçdimi -
Mamırlı
daşlara sindi kəkliklər.
Lalələr məst
olub yana
aşıbdır,
Qayadan sallanıb
ot saçaq-saçaq.
Sarmaşıq yoncayla
qucaqlaşıbdır,
Sən təbiətdəki
ülfətə bir bax!
Ənvər Rza
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.