Yadıma düşdü
O dağlarsız bağrım
şan-şan olubdu,
Çəmən-çiçək,
çöl yadıma
düşübdü.
Qərvənd yurdu,
Məmmədölən, Söyüdlü,
Novruzdüşən
göl yadıma düşübdü.
Pay aparım çantasını
doldurum,
Xançobana
bir bayatı çaldırım.
Axşamüstü qəzəblənən ildırım,
Şaqqıldayan
sel yadıma düşübdü.
İncə beldə
parıldayan ağ
sənək,
Yaşıllıqda yüz rəng çalan kəpənək,
Buzlu quzey, çiyələkli
biçənək,
Göbələkli
yal yadıma düşübdü.
Ay vurulmuş, ayaqyalın,
qocalıq,
O dərədə nə
gəzirsən, belə
çıx?! -
Anam məni çağırdığı alaçıx,
Şillələyən
əl yadıma düşübdü.
Ay Sücaət, gec anmazdı yar anan,
İlahidən gözəl-göyçək
yaranan,
Səhər-səhər bulaq üstə daranan
Bir
ətirli tel yadıma düşübdü.
Sücaət
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.