Dayna
Həsrət-həsrət, heyran-heyran
Qoy ha baxsın, gözdü dayna.
Üzündə gül rəngi görüb,
Elə bilir yazdı dayna.
Dindir, ürək gəlsin dilə,
Sızıldatma bilə-bilə.
Deyib-danış gülə-gülə,
Şirin söhbət, sözdü dayna.
Görmürsənmi qocalıb Zal:
Saç ağarıb, saqqalı çal.
Özün deynən bir öpüş al,
Qurtarmır ki, üzdü dayna.
Zal
Cabbarlı
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.