Amandı
Düşmən girəvədə kəsib bərəni,
Ayıq ol,
arxayın yatma, amandı!
Özünə dost bilmə
üzə güləni,
Dostunu düşmənə
satma, amandı!
Xəzinə yığan
harınları yer yemiş,
Arif olan qarşıdadır
qar demiş,
"Halal üzülməzdi"
- atalar demiş,
Halalı harama
qatma, amandı!
Bağla tamahını,
dilini saxla,
Səninlə haqq
olar, sən olsan haqla!
Eşitdiyin sözün
kökünü yoxla,
Şərin dəryasına
batma, amandı!
Dəmirçi sənətdə
olmadı yatan,
Oldu axırı da söz alıb-satan,
Anan qarı olsa,
qocalsa atan,
Ahı tutar
səni, atma, amandı!
Dəmirçi
Abbas
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.