Sən mənim
ən əziz
didərginimsən
Pərən-pərən düşən didərginim
çox,
Sən
mənim ən əziz didərginimsən.
Bilirəm, şəhərin
qəribliyindən,
Ay nənə, bezmisən,
təngə gəlmisən.
Ayrı yolumuz
yox, cığırımız
yox,
Qalmışıq
həsrətin, odun içində.
Özünə yol
tapa bilmirsən, nənə,
Bu qədər "özgənin", "yadın"
içində.
Dərdin saya
gəlməz, dözülməzdi
bu,
Bilirəm,
duyuram, dərdin dərində.
Ayrı yolumuz
yox, əlacımız
yox,
Gözü
yolda qalıb Kəlbəcərin də.
Qubadlım, Laçınım
qəm içindədir,
Hələ
qan ağlayır nəğməli Şuşam.
Neyləyim, ay nənə,
mən yaranandan
Dərdlə qolboyunam,
qəmlə taytuşam,
Deyirsən saxlama
qəfəsdə məni,
- Dərdimi artırma,
qadan alım mən.
O geniş məhləni,
bağçanı, bağı,
Geniş
ev-eşiyi hardan alım mən?!
Özün sarıdığın
yumaqlar kimi,
Gör
necə bükülüb,
qırışmısan sən.
O boyda dağlara
sığmayan nənə,
Bir
kiçik otağa sığışmısan sən.
Nəsib
Nəbioğlu
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.