Üzeyir bəy Hacıbəyli və Naxçıvan

  

Ölkəmizin qədim diyarlarından biri olan Naxçıvan Muxtar Respublikasının 90 illiyi təntənəli surətdə qeyd edilir. Bununla əlaqədar ölkə başçısı cənab İlham Əliyev xüsusi sərəncam imzalamışdır. “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.

 

Bu əlamətdar hadisə ilə bağlı Naxçıvan və naxçıvanlıların taleyində önəmli yerlərdən birini tutan cahanşümul dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin Naxçıvanın inkişafına göstərdiyi xidmətlərə bir nəzər salmağı özümüzə borc bildik. Məsələ ondadır ki, əslən Azərbaycanın çox qiymətli tacı, əsrlərin yaşıdı Şuşa şəhərindən olan, lakin bütöv Azərbaycanı canından əziz tutan, həyatından çox sevən Ü. Hacıbəyli böyük ənənələrə malik bu məmləkətimizdən deputat seçilmişdir.

Azərbaycan professional musiqisinin banisi, özünün sağlığında dünya şöhrəti qazanmış bəstəkar, dirijor, musiqişünas, dramaturq, publisist, pedaqoq, tarixçi, filosof, alim, akademik, xeyriyyəçi, xeyirxah insan olmaqla yanaşı, Ü. Hacıbəyli həm də yorulmadan xalqı üçün çalışan ictimai xadim idi. Üzeyir bəy xalqına qırılmaz tellərlə bağlıydı. O, ictimai fəaliyyətilə vətəni, milləti qarşısında özünə müqəddəs borc bilirdi. Dahi bəstəkar bütün ömrünü mədəniyyətimizin yüksəlişi naminə xərcləmişdir. Məhz buna görə də xalq öz sevimli sənətkarına böyük etimad göstərərək, 1925-ci ildə Bakı şəhər Zəhmətkeş Deputatları Sovetinə, 1937-ci ildə birinci çağırış, 1946-cı ildə ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçmişdir. Hər iki dəfə isə Üzeyir bəy Naxçıvan Muxtar Respublikasından SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilmişdir. Tariximizi gözəl bilən dahi sənətkar Naxçıvan və naxçıvanlılara xüsusi rəğbət bəsləyirdi. Bu diyarın rövnəqlənməsi, musiqiçi kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də qədirbilən Naxçıvan camaatı dünya şöhrətli sənətkarı məhz özlərinin deputatı kimi görmək istəyirdilər.

17 noyabr 1937-ci il tarixliKommunist” qəzetində oxuyuruq: “Azərbaycan SSR-dən Millətlər Sovetinə seçkilər üçün Naxçıvan okruq seçki kommissiyası 1885-ci ildə anadan olmuş, partiyasız, kompozitor, Azərbaycan SSR-in xalq artisti, Bakı şəhərində yaşayan, Azərbaycan SSR-dən Millətlər Sovetinə seçkilər üçün 100 nömrəli seçki okruqunda səsə qoyulmasına razılıq vermiş Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov yoldaşı Millətlər Sovetinə deputatlığa qeyd etmişdir”. Dahi bəstəkar Naxçıvan MSSR-in Naxçıvan rayonunda beynəlmiləl artelin zəhmətkeşləri tərəfindən birinci çağırış SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizəd irəli sürülmüşdür. Ümumi yığıncaqda kolxozçu Muxtar Raydullayev demişdir: “... Mən respublikanın xalq artisti, parlaqKoroğlu” operasının müəllifi Üzeyir Hacıbəyovu Millətlər Sovetinə deputatlığa namizəd irəli sürürəm”. Həmin ilin 16 dekabrında “Kommunist” qəzetində Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin Naxçıvan okruqu SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçildiyi xəbər verilirdi.

1938-ci il yanvarın 12-də Moskvada SSRİ Baş Sovetinin birinci sessiyası açılmışdır. Burada SSRİ-nin hər yerindən xalq nümayəndələri İttifaq Sovetinin və Millətlər Sovetinin deputatları iştirak edirdilər. Onlara doxsan milyon seçici -SSRİ-nin bütün yaşlı əhalisi səs vermişdilər. SSRİ kimi böyük bir imperiyanın ən yaxşı oğul və qızları, fədakar və istedadlı qurucuları millət vəkilləri seçilmişdilər. Bu fədakar və istedadlı qurucular arasında dahi sənətkarımız Üzeyir bəy Hacıbəyli də var idi.

Əvəzolunmaz insan, böyük vətəndaş olan Üzeyir bəy Hacıbəyli tez-tez seçiciləri ilə təmasda olurdu. Üzeyir bəy bütün Azərbaycan xalqı kimi, Naxçıvanda yaşayan həmvətənlərinə də hər zaman atalıq qayğısı göstərirdi. Onların həyat tərzi, yaşayışı, güzəranı, qayğıları həmişə onu düşündürürdü. Bütün varlığı ilə onların hər bir probleminin həllində, çözülməsində yaxından köməklik göstərirdi.

Üzeyir bəy Hacıbəyli mütəmadi olaraq Naxçıvana gedərdi, sakinlərlə görüşərdi, onların arzularının gerçəkləşməsini təmin edərdi. Bu görüşlər adətən Üzeyir bəyin yaxın qohumu, şəxsi katibi Ramazan Xəlilovun iştirakı ilə olardı. R.Xəlilov həm də millət vəkilinin köməkçisi idi. (Sonralar dahi sənətkarın ev muzeyinin yaradıcısı və ömrünün sonuna qədər onun direktoru olan Ramazan Xəlilov o illərdən çox maraqlı söhbətlər edərdi). Azərbaycanda elə adam tapılmazdı ki, Üzeyir bəyə müraciət etsinonun xahişi cavabsız qalsın. Bu mümkün deyildi. Sözün əsl mənasında böyük, qayğıkeş insan olan Ü.Hacıbəyli saysız-hesabsız insanlara əl tutmuş, onların ehtiyacını ödəmişdir. Bəzilərinə pulla köməklik etmiş, təqaüd vermiş, bəzilərinə musiqi alətləri alıb bağışlamış, bəzilərini işlə təmin etmiş, bəzilərinə ev verdirmiş, bəzilərinə geyim, əyin-baş almış, bəzilərinin təhsilinə yardım göstərmişdi. Belə insanlardan biri də əslən naxçıvanlı olan sevimli xalq şairimiz İslam Səfərli idi. Üzeyir bəy Hacıbəyli Naxçıvana seçiciləri ilə görüşə gedərkən onunla tanış olmuşdur. Professor Ramazan Xəlilov o illəri belə xatırlayırdı: “1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz oradaQonaq evi”ndə qalırdıq. Bir günQonaq evi”nə əsgər paltarında cavan bir oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu gənc oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Sərraf söz ustası olan böyük sənətkar onları oxudu şeirləri bəyəndiyini söylədi. Gənc oğlana Bakıya gəlməyi tövsiyə etdi. Bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya gəlmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gənc oğlana pul verim. Mən zərfə beş yüz manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi”.

Çox keçmir ki, İslam Səfərli Bakıya gəlir birbaşa Ü. Hacıbəylinin yanına gedir. Üzeyir bəy onu mehribanlıqla qarşılayır. Elə oradaca, gənc oğlanın yanında Azərbaycan Dövlət Universitetinin direktoru Abdulla Qarayevə telefon edir bu istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının qurtardığına baxmayaraq, A.Qarayev Üzeyir bəyin sözünü yerə salmır. Deyir ki, Üzeyir bəy, gözüm üstə, sizin sözünüz bizə qanundur, göndərin gəlsin. Beləliklə, İslam Səfərli Azərbaycan Dövlət Universitetinə imtahansız qəbul olunur, təqaüdünü isə hər ay Üzeyir bəy özü verir. Görkəmli şairimiz bu yaxşılığı ömrünün sonuna kimi unutmamışdır.

Dahi sənətkar ikinci dəfə 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir.

17 fevral 1946-cı il tarixliKommunistqəzetində Ü. Hacıbəylinin SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçilməsi haqda məlumat dərc olunmuşdur. Bundan əlavəƏdəbiyyat”, Yeni yol”, “Muzıka”, “Sovetskoe iskusstvo başqa qəzet jurnallarda Üzeyir bəyin şəkilləri, tərcümeyi-halı, məlumatlar, məqalələr, həmçinin Naxçıvanda Zabitlər evində keçirilən görüşdən sonra seçicilər arasında Ü. Hacıbəylinin fotosu verilmişdir.

Beləliklə, Üzeyir bəy Hacıbəyli on bir il Naxçıvandan SSRİ Ali Sovetinin deputatı olmuş, xalqın rifahı naminə, onun xoşbəxtliyi üçün var qüvvəsi ilə çalışmış, xüsusilə Naxçıvan naxçıvanlıların mənafeyini qorumuşdur. O, Naxçıvanın mədəni həyatının, iqtisadiyyatının yüksəlməsinə var qüvvəsi ilə köməklik edirdi. Naxçıvanda musiqi məktəblərinin, musiqi kollektivlərinin təşkilində, kadrlarının yetişdirilməsində, sənaye müəssisələrinin açılmasında onun müstəsna rolu olmuşdur.

Üzeyir bəyin tələbəsi, məşhurBarı Naxçıvanmahnısının müəllifi Məmməd Cavadov öz xatirələrində yazırdı: “1946-cı ildə Üzeyir Hacıbəyov seçicilərlə görüşmək üçün bir neçə günlüyə Naxçıvan Muxtar Respublikasına gəlmişdi. Onun gəlişindən xəbər tutan kimi getdimQonaq evi”nə. Üzeyir bəy onunla gələn Ramazan Xəlilovla (R. Xəlilov Üzeyir bəy Hacıbəyovun ən yaxın adamı idi. Sonralar, ömrünün sonuna qədər Ü.Hacıbəyovun ev-muzeyinə rəhbərlik etmişdir) sevinclə görüşdüm.

Bir neçə gündən sonra O, məni yerli təşkilatlarla, o cümlədən, Naxçıvan MSSR İncəsənət Komitəsinə ( o vaxtlar komitənin sədri, Azərbaycanın əməkdar artisti İsa Musayev idi.) tapşırıb dedi: - Məmməd istedadlı tələbələrimdən biridir. Musiqi sahəsində bacarıqlıdır. Ondan səmərəli istifadə edin.

Üzeyir Hacıbəyov Naxçıvandan yerli maliyyə nazirliyi incəsənət komitəsi ilə birlikdə söhbət aparıb, burda Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkil olunması üçün təşəbbüs irəli sürdü. Beləliklə, 47 nəfərdən ibarət orkestrin smetasını tərtib edib, Üzeyir bəyə verdilər. O, isə öz növbəsində Naxçıvan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin smetasını Moskvada Mədəniyyət Nazirliyində təsdiq etdirib, Naxçıvan İncəsənət Komitəsinə göndərdi. Üzeyir Hacıbəylinin tapşırığı ilə məni həmin orkestrə dirijor bədii rəhbər təyin etdilər. Orkestrin fəaliyyəti haqqında o illərdəAzərbaycan gəncləriqəzetində məqalə dərc olunmuşdur”.

Azərbaycanın mədəniyyəti tarixində Üzeyir bəy Hacıbəylinin fəaliyyəti müqayisəyəgəlməz dərəcədə nəhəngdir. Vaxtilə onun açdığı irfan yolları bu gün ənginliklərə varid olmuşdur. Ölkəmizin bütün bölgələrində, eləcə sərhədlərimizdən uzaqlarda dahi sənətkarın imzası görünür, möhürlənmiş, əbədiyaşar imzası.

Bu yazıda dahi sənətkar Üzeyir bəy Hacıbəylinin Naxçıvan Muxtar Respublikasının inkişafı, çiçəklənməsi, rövnəqlənməsi üçün göstərdiyi çabalara kiçik bir nəzər yetirdik. Naxçıvan Muxtar Respublikasının yubileyinə töhfə edərək o illərə qayıtdıq. Qeyrət simvolu olan bu qəhrəman diyarın taleyindəki Üzeyir bəy Hacıbəyli səhifələrini vərəqlədik. Vərəqlədikcə səhifələr nurlandı. Üzeyir bəyin simasındakı o müqəddəslik nuru onun möhtəşəm fəaliyyətinə işıq saldı. İnanırıq ki, bu parlaq işıq vətənimizi sarsılmaz, xoşbəxt gələcəyə aparacaq, bütöv Azərbaycana qovuşduracaqdır.

 

Səadət QARABAĞLI

üzeyirbəyşünas

 

Ədəbiyyat qəzeti.- 2014.- 11 aprel.- S.15.