İstanbulda Şuşa
yuxuma girdi
İstanbulda Şuşa yuxuma girdi -
Köhnə məhəlləmiz...
dəmir darvaza...
Bu necə yuxudu, ah bu nə sirdi
-
Boz dağlar təzəcə
çıxmışdı yaza.
Xanın səsi gəldi
Qala tərəfdən,
Buludlar axırdı - bəyaz buludlar...
Bir qaya üstündə
dayanmışdım mən,
Gözümdə-könlümdə
böyük umudlar.
Yuxudan oyandım, - gecə yarıydı,
Quyruqlu bir ulduz
düşdü dənizə.
Həsrət ürəyimi
sancan arıydı,
Şuşa ilğım kimi göründü gözə.
Dəniz sahilində poyraz əsirdi,
İstanbul yuxusuz, İstanbul oyaq.
Bogazda qərib bir xəyal
gəzirdi,
Qız qülləsi
yaxın... Şuşa çox
uzaq...
Gülhanə parkında
Gülhanə
parkında bir yaz
axşamı,
Gülhanə
parkında hər tərəf işıq.
Bir ceviz ağacı...
şair ilhamı...
Gülhanə
parkında qafam qarışıq.
Şair yada
düşdü, qəlbim
alışdı,
fərqində deyiləm axan zamanın.
Bu ceviz ağacı
mənə tanışdı,
Burda
xatirəsi yaşar hər anın.
Şairə daş
atar bəzən bir nadan,
Özündən
bixəbər o daşa
dönər.
Nazim əl eləyir uzaq Varnadan,
Həsrət
gözlərimdə dumana
dönür.
Bilirəm, görünmür
həsrətin sonu,
İstanbul
axşama qərq olur indi.
Gülhanə parkında
aradım onu,
Gülhanə parkında
Nazim yox idi...
Təbriz
xatirəsi
Təbriz axşamlarını
xatırlayıram yenə.
Bir gün mən bu şəhəri
bağışlayacam sənə.
Sənin sevdan
könlümdə
bir Təbriz laləsidi.
Bu sevdanı hifz
edən
Gümüş
Ay haləsidi.
Elə bil
ki, haçansa
burda yaşamışam mən.
Təbriz qoxuyur,
gülüm,
bax bu yaşıl yasəmən.
“Kəpəzin göz yaşları”
tablosunun önündə
Dağlar da
ağlayar, bilirəm indi,
Kəpəzin
göz yaşı axır kətandan.
Mənim fələk
ilə aram
sərindi-
Qarabağın
qara bəxti yatandan.
Kəpəz ağlayırdı...
könül pərişan,
Göygölün
aynası yaşıla
çalır.
Qıy vurub
havada uçan quş bu an
Bulud
karvanında qalxır,
alçalır.
Bir tərəfdə matəm, bir yanda düyün,
Ömür
qovğasına qarışıb
başım.
Sehrli fırçaya
əl vurma bu gün,-
Ağlatma dağları,
rəssam qardaşım!..
Bizim dağlar
Çiçəkdən-çiçəyə qonurmuş kimi
Ulduzdan-ulduza
qonur xəyalım.
Burda min bir dərdin bir əlacı var-
Yenə
də cavabsız qalır sualım.
Quşlar ilk bahardan
xəbər gətirir,
Dağların
başında bulud çalması.
Mənim könlüm
kimi çiçəkləyibdi
Yaşıl
budaqlarda Quba alması.
Qaya kölgəsinə sığınıb bu dəm
Bəstəkar
bulaqlar nəğmə
oxuyur.
Bax, bir kəklik
hürkdü kolun dibindən -
Dag havası kəklikotu qoxuyur.
Göy qurşağı
kimi gözəldi dünya,
Dağlar
vüqarlıdı, könül
bəxtiyar.
Şair olmasan
da şeir yazarsan,
Burda
min bir dərdin bir əlacı var.
Türkanda yağış
Bağla pəncərəni
- yağış yağacaq,
Gözəl
bir lövhədi Türkanda səhər.
Bağla pəncərəni
- şimşək çaxacaq,
Dalğalı
dənizdə batacaq kədər.
Ağaclar yuyunar
gürşad yağışda,
Ağaclar
qol-qanaq açacaq indi.
Bu doğma torpaqda,
bu şad yağışda
Ağaclar
elə bil uçacaq indi.
Könüldə bir
iz yox ağrı-acıdan,
Yağış
döyəcləyər bəyaz
damları.
Əl-ayaq kəsilər
həyət-bacadan,
Evlərə
tələsər kənd
adamları.
Yağış damlaları
yuyar qəlbimi,
Sən
də pəncərədən
baxıb gülərsən.
Gülərsən bir yağmur mələyi kimi,
Sən bu
bağ evini cənnət bilərsən...
Ata məzarı
Dərələrdən duman qalxır, yüksəlir,
Uçurum
dikində dayanmışam
mən.
Uşaqlıq çağlarım
yadıma gəlir,
Bizim
məhəllədən başlardı
Vətən.
Mavi nəğmə kimi axır buludlar,
Yarğanları
yuyub keçir dağ çayı.
Bəzən şimşək
olub çaxır buludlar,
Qayaları
oyub keçir dağ çayı.
Yuyur dağı-daşı
bahar yağışı,
Gözlərimdə
bulud, qəlbimdə təlaş.
Ən gözəl
şeirdi ana alqışı,-
Ata məzarı da
Vətəndi, qardaş...
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2014.-
25 aprel.- S.3.