Bakının küləyi
bircə gün kəsə
Bircə gün Bakının küləyi kəsə,
Bircə gün saçını mən
sığallayam.
Gözəlim,
saçını yarıya bölüb
taraz sığallayam, tən
sığallayam.
Yarpaqlar bir səhər
külək yerinə
Ruhumdan süzülən səsimi uda.
Yer göyə, göy yerə boylana, yenə
şehli bənövşəni bir
gülmək tuta.
Təzə şikəstəyə
köklənən anda
Uçunan
səsimdən tutub gələsən.
Əlindən ağ yellər tutmuşdu onda,
İndi
nəfəsimdən tutub
gələsən.
Göylər üzə
gülür…
Göylər - gümüşü,
Sən
gələn yollara gur işıq düşə.
Sənin gülüşünlə
göyün gülüşü
Göz
açıb yumunca qarışıq düşə.
…Göyün kürlüyünü
gün batan çağı
savaba tən olan xata
biləsən.
Bu boyda, biçimdə
xeyirxahlığı
Sevgimə
ad olan buta biləsən.
Bircə gün
Bakının küləyi
kəsə,
Bircə gün
səsimdən tuta biləsən…
Biz görüşən yerdəki
gül
Yadındamı, bir
sən idin,
bir mən idim, bir də ki,
gül.
Göyü yerə
səsləyirdi
biz görüşən
yerdəki gül.
Niyə
günüləyir bizi? -
Yox,
belə deyildi yağış.
Yağdı, qoşa
izimizi
birdəfəlik sildi yağış.
Göylər bizi
aldatmadı,
Gördük bir
gümüşdü yağış…
Yarpaqları islatmadı,
Aramıza
düşdü yağış.
Yolumuzu gözləmədə
Yol-iz,
çəmən, bir
də ki gül.
Xal cücərdib ləçəyində
biz görüşən
yerdəki gül…
Bir vaxtlar mənim də
anam varıydı
…Onda dünyamızın
üzü gülürdü,
Çəməni gülürdü, düzü
gülürdü,
Oğulu gülürdü,
qızı gülürdü,
Bir
vaxtlar mənim də anam varıydı.
Bir vaxtlar sözümü öyən
çoxuydu,
Bir vaxtlar boyumu söyən* çoxuydu,
Bir vaxtlar dərdimi döyən çoxuydu,
Bir
vaxtlar mənim də anam varıydı.
Dünyanın dərd
bölən camı dəyişib,
Ağzımın ləzzəti,
tamı dəyişib…
Ay ellər, elə
bil hamı dəyişib,
Bir vaxtlar mənim də anam varıydı…
* Sevən, oxşayan,
əzizləyən.
Qəriblik ağrısı
Qürbətin hər
günü bir ilə dönür,
Əriyir,
qalmır ki, gözünün yağı.
Bir udum havadı,
bir içim sudu,
beş addım torpaqdı, beş arşın bezdi
qəribin Vətəndən son umacağı.
Düşərli gün
gəzir günlər
içində,
Düşərli
dünləri dolaşıq
düşür.
Şirin istəyinin
kölgəliyində
Gecəsi-gündüzü
qarışıq düşür.
Yollar da
uzanır…Uzanan yollar
Neçə dağdan
keçir,dərədən
keçir.
Əlimi titrəyir?Qəribin ovu
həmişə süyüşüb bərədən
keçir…
Vətəndən uzağa düşənlər,
elə
özündən uzağa düşdüyü
üçün
ömrünü yellərə verib gedirlər.
Qəriblik ağrısı
udub da bir
gün
sonuncu ünvana qərib gedirlər…
Dörd çiyin…Dörd cüt əl…
Dörd-beş addım
yol,
Bu necə dəfndi?Belə, birtəhər…
Bu da son…
Qəribin son günü…
Bir də
Qondarma bir
hüzn,qondarma qəhər…
Nə mehlər
uçunur, nə Gün görünür,
Qəribin məzarı
qazılan yerdə…
Qəlbinə xal düşür
ata yurdunun
Əlləri qoynunda
qalan qəribin
Açılan
dan üzü üzünə baxmır.
Ömrünün sığallı
yuxularını
dağıdan küləklər sözünə
baxmır,
Qəlbinə
xal düşür ata yurdunun.
İşıq gələn
tərəf, işıqlı
tərəf
Şöhrət
boğçasına yığır
ruhunu.
Şeytanın kələyi
işığa dönür,
Şeytan vəsvəsəsi
sıxır ruhunu,
Qəlbinə
xal düşür ata yurdunun.
Köynək sonulayan oğula görə,
Ömrünə dar gəlir ömür
köynəyi.
Qılığa
tutammır ötən illəri,
Göynəyir,
bağrının başı göynəyir,
Qəlbinə xal düşür ata yurdunun.
Sonu görünməyən axına görə,
Fələyin tərs
dönən çarxına görə,
Kirayə
haqqının nırxına görə
qəlbinə xal düşür ata yurdunun…
Rəşid Faxralı
Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.8.