Anamın ürəyi

 

Serbiya şerindən

 

Olmayıb anamın tikiş maşını,

özgə iynəsi, sapı, dəsgahı

Ancaq əvəzində ürəyi olub,

Həmişə ürəyi olub pənahı.

 

Anamın ürəyi tikiş maşını,

Həmişə, hər yerdə gərəyim olub.

Gah olub tikdiyi cırıq köynəyim,

Ya da ki, tikdiyi ürəyim olub.

 

Qılıncla, qalxanla üstə getməyin,

Gülü vağam olar, çiçəyi solar.

Siz ona əbədi ehtiram ilə

Ən yaxşı gülləri aparın, nolar.

 

vaxt ki, birgəyik, birik - təmizlik

üstümdə-başımda elə bərq vurur.

Paklıq simvolutək geyim-kecimim,

Həm ki, ürəyim qürurlu olur.

 

Qayğısızlıq

 

Ən yaxşı biçinçi qəbri üstündə

Dünyanın ən gözəl otları bitdi.

Sonra o qayğısız, şən ot bir özgə

Qəbirin üstünü örtməyə getdi.

 

Qızılı bağ

 

Qaranlıqda bir işıq

Öləziyir beləcə

Kim istər ki, bir parça

Nur damlası sönəcə?..

 

Sakit közərən işıq

Üfüq boyu gərilir.

Həyat eşqinə dönüb

Sanki qəfil dirilir.

 

Yuxusuzlar çölünü

Bürüyən qoz bağları

Gülümsəyir üzlərə

 

Bu işığın iziylə

Azan müsafirlərin

Yolu başlar evlərə!

 

Radomir Andriç

 

Çevirəni: Sərvaz Hüseynoğlu

  

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.8.