Serbiya şeirindən

 

Kilsə - bir ibadət simvoludur bu,

Kilsə - ibadətin gerçək şəkili.

Ziyarət edəni varsa məbəddi,

Yoxdusa adicə bir ev, tikili

 

İbadət ürəyi isidən hənir,

İnsanı ələmdən qoruyan səddi.

Kədərli günlərin son pasibanı,

İnamın, güvəncin odu son həddi.

 

Duyan ürəklərin pünhan guşəsi,

Son ümid yeridi nakəslərin

Kilsə əbədiyyət qoxuyan çiçək,

Zamanın səsidi zəng səsləri

 

Ölməzdi edilən dualar, həm

Ümidsiz olana qoldu-qanaddı.

Oğuldu, atadı, ruhdu, inamdı,

Həm ki, əbədi bir kainatdı.

 

 

Qoruyur o məni

 

Fikir meyvəsini yetişdirməyə

Müdriklik günəşin nəfəsidir, bil.

Öylə dərs verir ki, damarda qanın

Sakit axıb gedən suya çevrilir.

 

Qızıl qapıların açarlarıdı,

Ağlımın məhsulu deyil şübhə ki

Qoruyur o məni ovçunu zülmət

Xətadan-bəladan qoruyan kimi.

 

Ranko R.Radoviç

 

Çevirəni:

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.8.