Gəlir
Çevirsək tarixi
dala, qabağa,
Kişilik
insana soyundan gəlir.
Dağlara səs
düşür, İsrafil
ağa
Qazaxdan
- dostunun toyundan gəlir.
Özünü öyməsin
çox da həriflər,
Mərdə
namərd olmur bizim tərəflər.
Olsa da naxələf
bir-iki nəfər,
Zatı
qırıqlıqdan - qoyundan
gəlir.
Məni qınamsın
qohum-tanışlar,
Kərəmin
ruhu da bizi
bağışlar.
İsrafil ağanı
cahan alqışlar,
Ömür
şeş-beşdədir, oyundan
gəlir.
Hamı müqəssirdir
- söz hakim deyir,
Bu dünya nazını gəl çəkim, deyir.
Hesab ürəkdədir...
onu kim
deyir,
Ucalıq
insana boyundan gəlir?
Ay şair, səndədir
indi ixtiyar,
Ocağa
üz çevir, Allaha yalvar.
Sinəndə çağlayan
misralar ki, var,
O da Dəli Kürün suyundan gəlir!
Gəlmişik
Açılıbdı dərdin ağzı,
Dəli
Kürün şər
avazı.
Can vermirsə Qarayazı,
Eşqin
külündən gəlmişik.
Bundadır ömrün
mənası,
Burdadır
eşqin yuvası.
Eşit məni
Gəmiqayası,
Qalxıb
ölümdən gəlmişik.
Biz palıdıq, calanmırıq,
Yeyib-içib
yallanmırıq.
Arvad oğlu olanmırıq,
Kişi
belindən gəlmişik.
Qoruyacaq odum
səni,
Həm qohumum,yadım səni.
Dərdin alım,qandım səni, -
Deynən,
zülmdən gəlmişik.
Nə qalıb
ki, yaş əllidi,
Ömür
ki, var təsəlidi.
Soykökümüz Cöngəllidi,
Qıpçaq
elindən gəlmişik.
Babam deyərdi...
Babam deyərdi,
Türk
oğlu at belində doğular.
O da gərək
Öz atına
sadiq ola.
Vay o gündən ki,
Atımızın qulağına su dola...
Babam deyərdi,
Səninki nəsihətdən
keçib,
Bu gününü dünənində
yaşamadın
Səni
dərd seçib.
Sonrakı aqibətin
üçün
nə daş axtar başına,
nə də ki, deyin.
Çarığın
pəncəsi ilə dabanı yırtılandan sonra
nə qədər
İstəyirsən geyin...
Babam deyərdi,
Zamanın gərdişindən
qorxarlar,
Düşmənin
pisindən yox.
Qıca dişlərini
bir dəfə,
Canavarın
Dişindən qorxarlar....
Edək
Tay-tuşlarım, gəlin
gedək,
Cavanlığa
vida edək.
Bizdən sonra
gələnlərə
Salam verək,səda
edək.
Başımıza duz çevirək,
Üzümüzə
nur çiləyək.
Düşmənçilik eyləməyək,
Yağılara,
yada edək.
Gəzməyib siçan
deşiyi,
Qoruyaq
evi-eşiyi.
İndən belə
kişiliyi
Bu ocağa-oda edək.
Bu ocağı Oda
edək!
Son sətir...
Vallah, Yer
kürəsi özgə
qəbridi,
Siz məni özümün qəbrimə
qoyun!
Barat Vüsal
Ürək ağrıyırsa
ömrə yad deyil,
Siz
məni atamın qəbrinə qoyun.
Bu bir yalvarışdı,bu inad deyil,
Siz
məni atamın qəbrinə qoyun.
Salam, köhnə yurdda
təzə tanışlar,
Salam, daş üzlərdən
baxan baxışlar,
Salam, ay qohumlar, paxıl
qardaşlar,
Siz
məni atamın qəbrinə qoyun.
Şələmi-şüləmi yığıb qavğarın,
Canımdan
qanımı çəkib
sıxvarın.
Birdən yox
söyləsə, bir
az yalvarın,
Siz
məni atamın qəbrinə qoyun.
Nə dərdə
yalvarım, nə qarğış edim,
Qartalın
səsini mən də eşidim.
Siz Allah, tez olun,yaman üşüdüm,
Siz
məni atamın qəbrinə qoyun.
Burda nə varıymış açıb-solmağa,
Gedirəm
təzədən mən
doğulmağa.
Adamlar içində
adam olmağa,
Siz
məni atamın qəbrinə qoyun.
Baxıb şerimin
bu son sətrinə,
Bürüyün
siz məni gülab ətrinə.
Alnıma yazılan
sözün xətrinə,
Siz
məni atamın qəbrinə qoyun.
Mustafa Rasimoğlu
Ədəbiyyat qəzeti.- 2014.-
14 fevral.- S.8