Qəribə taleli…
Peyğəmbərlərdən
sonra Allaha daha yaxın şairlərdi. Onlar müdrik olurlar, müqəddəs olurlar. Günəş kimi parlaq, işıq saçan, Ay kimi nurlu. Şairlər xalqın tərcümanı,
mənəvi dünyamıza
şam-çıraq tutanı,
sönməz məşəlləri
sayılırlar. İllah da
bizim xalqımız.
Şairi
ilahiləşdirən, ülviləşdirən,
əlçatmaz, ünyetməz
bilən xalqımız.
Şair olan, şairləşən
xalqımız. Bu işıqdan, bu nurdan Davud Nəsibə
də pay düşüb.
Şairliyi xoşbəxtlik,
Allah vergisi sayan Davud Nəsibə...
Heç
şübhəsiz, Davudun
şairliyi şairlər
yurdu Qazax torpağı ilə bağlıdır. Əsrarəngiz, şairən olan Qazax təbiəti. Şair həm də nəsildən-kökdən köklənib.
Şairanə anası İnsan
xanımın laylalarında,
oxşamalarında, bayatılarında
əfsanəyə, nağıla
düşüb, tilsimlənib,
heyrətlənib. Zaman keçib,
şairlər bulağından
su içib, şair olub, tanınıb, sayılıb,
sevilib, seçilib.
Şair Davd Nəsib kimi şöhrətlənib.
Şeirləri ağızlarda-dillərdə gəzib. Könülləri titrədib, oynadıb.
Sevinc sevinc ardınca, qəm-ələm də öz yerində, qayğısı da yetərincə.
Davud
Nəsib təbiət
şairi idi. Bu problemin şairin
çoxçalarlı yaradıcılığında
ön plana çəkilməsi təbii
idi. Şair olasan, təbiəti
sevməyəsən, ona
vurulmayasan, ondan ilhamlanmayasan.
Uşaqlıq çağlarında,
gənclik illərində
Qazağın Qarayazı
meşəsinin füsunkarlığı,
Kürün axar-baxarlığı,
dəliliyi, divanəliyi,
Damcılının göz
yaşları, Babakərin
dağ vüqarı, ceyranlı-cüyürlü Ceyrançölün
intəhasız genişliyi
şairin ilham pərisi olub. Lakin yetkinlik, müdriklik çağında
Azərbaycanın əsrarəngiz,
əfsanəli, nağıllı
cənnətməkan Şahdağının
vüqarı, Kəpəzin
başı qarlı zirvəsi, Göy gölün ayna suları, ana Xəzərin qırçın
ləpələri şairin
qürur mənbəyi,
şah əsəri olub. Sevilib, şadlanıb, ilhamlanıb...
Davud
Nəsib şeirlərində
Vətən sevgisi, torpaq eşqi, xalq məhəbbəti daha güclü, daha təsirli, daha ibrətamizdi. Şair bu müqəddəs amalda her şeyə getməyə, savaşa, vuruşa hazırdır, mərdi-meydanədir. Öldü var,
döndü yoxdu hünərilə, inamı,
inadı ilə.
Şair Vətənə can-can deməzdi,
canını verər,
qanını əsirgəməzdi.
Şairin tərənnüm etdiyi Vətən sevgisi ana sevgisilə
mənalandırılır, qoşa qanad olur. Anam birdi, Vətən
təkdi, müdrik kəlamı daha təsirli, daha qəlboxşayandı. Qazaxdan
baş alıb gələn bu sevgi tezliklə bütün Azərbaycanı
bürüyür, hər
yana yayılır.
Davud
Nəsibin qələmə
aldığı, böyük
məhəbbətlə tərənnüm
etdiyi xalq qəhrəmanları mərddi,
mübarizdi, dönməzdi,
əyilməzdi, sönməzdi. Xalqımızın qəlbində məşəlləşən
Cavanşirlərdi, Babəklərdi,
Koroğlulardı, Həzilərdi.
Hamısı əzəmətli,
hamısı vüqarlı
heykəllərdi, əbədilərdi,
ölməzlərdi, həmişeyaşarlardı...
Həqiqətdir
ki, şairlərin ilk
ilham pərisi, pərvaz xəyalı eşqdi, sevgidi, məhəbbətdi. Bu kökdən köklənənlər,
bulaqdan su içənlər daha böyük uğurlar, qələbələr qazanır,
şöhrətə çatırlar.
Davud Nəsib də elə. Onun türfə qəzəlləri
qənirsizdi, bənzərsizdi,
ülvidi, ilahidən göndərilən mələklərdi.
Su sonası, ay narçası, ürkək-titrək.
Həyalı-ismətli, etibarlı, düz
ilqarlı ismət heykəlidi, müqəddəslik
məbədidi.
Davud
Nəsibin təkrarsız
şeirləri sadə,
səmimi, tərtəmiz,
dupduru, göz yaşlarıtək şəffafdır. Dağ çaylarıtək coşar-çağlar,
sərçeşmələrtək qəlbə nüfuzedici, düşündürən, danışdırandır.
İbrət dərsi, gör-götür
dünyasıdır. Məhz ona
görədir ki, söz sərrafının
inciləri təkcə
ölkəmizdə deyil,
bir sıra xarici ölkələrdə
də nəşr edilib, mükafatlandırılıb,
şairə şöhrət
gətirib.
Heç
şübhəsiz, şair
üçün Tanrı
vergisi ilə yanaşı, istedad da vacibdi, mütləqdi. Davud Nəsibdə olduğu kimi. Bu qanunauyğunluq
şairin əsərlərinin
məqsəd, məna
və məzmunundan aydın görünür.
Lakin, bununla yanaşı, bilik də, zəhmət də, təcrübə də böyük rola malikdir. Şairin istedadı, dünyagörüşü,
amalı qoşalaşanda
uğurlar, qələbələr
daha çox olur. Bu cəhətdən
Davudun yaradıclığı
qibtəyə layiqdir.
O, dərin biliyə, güclü məntiqə,
geniş müşahidə
qabiliyyətinə malik
ziyalıdır, yazardır.
Davud
Nəsibin insanlığı,
varlığı, qibtəyə
layiq xarakteri şairliyində tamamlanırdı. Vicdanlıydı, vətəncanlı, istiqanlı, qohumcanlıydı,
təəssübkeşdi. Canıyanan, ürək oxuyan, qeydinə qalandı.
Neçə-neçə gənc şairə
yol göstərən,
məsləhət verən,
uğurlu mənzilə
cığırlayandı. Neçə-neçə yazarı üzə
çıxaran, təqdim
edən, arxa durandı.
Şairlər
ölmür, ölməzliyə
qovuşurlar. Talelərə köçür, qəlblərdə
yuvalanırlar, əbədiləşir,
əbədiyaşar olurlar.
Davud Nəsibin qəfil, gözlənilməz dünyasını
dəyişməsi bizləri
sarsıtdı, ağlatdı,
qəmlərə qərq
elədi. Qəlbimizdə sağalmaz yaraya çevrildi. Əvəzolunmaz heyrətə səbəb
oldu. Bu dəhşətdən
yandıq-yaxıldıq. Lakin təsəlli tapdıq, qürur duyduq. Könül yadigarlarıyla, kamal dünyasıyla, zəngin
irsi, qibtəyə layiq yaradıcılığı
ilə.
Mən
gözəl şairimiz,
görkəmli ziyalımız,
dost-mehribanımız Davud
Nəsib haqqında ürək sözlərimi
deməkdən fəxarət
duyur, fərəhlənirəm. Özümə borc bilir, şərəf sayıram.
Deyirlər, varını verən
utanmaz. Belə bir qüvvə, bacarığın müqabilində...
Qədirbilən oxucular!
Davud Nəsib şerinin pərəstişkarları!
Sizə təqdim edilən "Ata
laylası" kitabı
şairin könül
əmanətinin bir hissəsidir. Dəryadan damlalarla
müqayisə edilən
hissəsi. Oxuyun, öyrənin,
fərəh duyun.
Teymur
BÜNYADOV
Ədəbiyyat qəzeti.- 2014.-
14 fevral.- S.7.