Mustafa Rasimoğlu - 50
Hörmətli Mustafa Rasimoğlu!
Sizi-
isdedadlı şairi yarıməsrlik yubileyiniz
munasibətilə təbrik
edirik.
Siz
ötən əsrin
80-ci illərində ədəbiyyata
gəlmisiniz. Şeirlərinizlə
respublikanın müxtəlif
mətbu orqanlarında,
xüsusilə, “Ədəbiyyat
qəzeti”ndə, “Azərbaycan”,
“Ulduz” və s ədəbi orqanlarda çıxış etmisiniz,oxucuların
diqqətini cəlb etmisiniz.
“Mənə ürək verin”, “Ürəklərə əkin
məni”, “Məni haraylayır Gəmiqayası”
adlı şeir kitablarınızı ədəbi
ictimaiyyət maraqla qarşılamışdır.Şeirlərinizdəki
vətənpərvərlik ruhu uzun müddət
hərbi xidmətdə
olmağınızla daha
çox bağlı və həmahəngdir. Qarabağda və Qazaxda torpaqlarımızın qorunması
uğrunda gedən döyüşlərin fəal
iştirakçısı olmusunuz.Azərbaycan
Yazıçılar Birliyinin
üzvlük biletini səngərdə almısınız.
Publisistik məqalələrinizin ruhunu da döyüşkənlik
motivləri təşkil
etməsi təsadüfi
deyil.
Azərbaycan
ordusunun mayoru olaraq təqaudə çıxmısınız.
Yazıçıların
Qazax bölməsinin ədəbi orqanı olan “Sınıq körpü” jurnalının
məsul katibi olmusunuz.
Siz
Bakı Dövlət Universitetini bitirmisiniz. Hazırda əmək fəaliyyətinizi əsas
iş yeriniz olan Azərbaycan Müəllimlər İnstitutunun
Qazax filialında baş müəllim kimi davam etdirirsiniz.
Hörmətli Mustafa müəllim!
Siz
yaradıcılığınızın və yaşınızın
çiçəklənən dövrünə qədəm
qoymusunuz.
Sizi bir daha
yubileyiniz munasibətilə
təbrik edir, sizə cansağlığı
və yeni yaradıcılıq uğurları
arzulayırıq!
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2014.- 14 fevral.- S.8.