Yağış sərhədləri
pozur
Qızım Ayfərə
Bu yağış süzülür
kirpiklərimdən,
Allahın
sonuncu göz yaşı kimi.
Durmuşam müqəddəs
göyün altında
Dahi
filosofun baş daşı kimi.
Səmada toqquşur
qızıl şimşəklər,
Qəzəbli şahların
qılıncı kimi
-
Ayağım altında
əzilir torpaq,
Yuxusuz
müsafir balıncı
kimi.
Şimşəklər həkk olur göyün üzünə
Allahın
təvəkkül imzası
kimi.
Yağış döyəcləyir
göy çəmənləri
Səmanın
yerlərdən qisası
kimi.
Qəlyanım can atır
buluda sarı,
Tüstüsü
içimdən qalxır
yuxarı.
Qara odluğuna damcılar düşür
-
Sanki sevən qızın haqq duaları.
Bir qaranquş ötür başımın
üstən,
Deyir
öz dilində "bahar" sözünü.
Bir ana dayanıb
məzar önündə
Yağışa
çevrib yaşlı
gözünü.
Yağışa, buluda
məhəl qoymayıb,
Əcnəbi
ölkədən uçur
təyyarə.
İki körpəsini
basıb bağrına
Bir
ana gözünü dikib səmayə.
İlahi, şükürlər
olsun adına,
Bilirəm,
bağışla, böyükdü
səhvim.
Qoy bizi qorusun
ulu Mikayıl,
Bizə
kömək olsun Rəhmani-rəhim.
Pozur sərhədləri qəzəbli yağış
-
Selinin,
suyunun ağzına alır.
Bir gəlin maşını keçir
önümdən
Bir usta zurnada
"Vağzalı" çalır.
Bir aylı axşamda,
bir nazlı gündə
Həsrətin qədrini bilənlərə
Tutub əllərimdən uçursan göyə,
Tanrıya can atan
bir mələk kimi.
Sonra da enirsən
sinəmin üstə
Çiçəklərə
qonan kəpənək
kimi.
Bir aylı axşamda, bir nazlı gündə
Sevgidən
yuxulu bir bihuş kimi.
Həzin xatirətək
girdin qəlbimə
Bir
bahar nəfəsli qaranquş kimi.
Bir axşam əlini verdin əlimə,
Bircə
söz istədin sonalar kimi.
Qarışdın gecənin qaranlığına
Dəstədən
ayrılmış durnalar
kimi.
Zərif baxışların
fəth etdi məni,
İncə
gülüşündə düşdüm tələyə.
Dünyaya sığmayan
nadinc qəlbimin
Qisməti
yazıldı sən tək mələyə.
Ay idi, çay idi, bir də
göy çəmən,
Sərilib
yatmışdıq nəfəs-nəfəsə.
Ətrini saçırdı
gözəl yasəmən,
Dünya
bənzəyirdi nurlu qəfəsə.
Al geyib, şal geyib çiçəklər
kimi
Sinəmin
üstündə dəstələnmişdin.
Tanrıdan yol
gələn mələklər
kimi
Sevgi
azarıyla xəstələnmişdin.
Utancaq gəlinin
döşündən sızan
Süd
kimi nəfəsin axıb gəlirdi.
Tanrının əlində
qızıl alma tək
Ürəyin
içindən çıxıb
gəlirdi.
Mən idim,
sən idin, bir də kəpənək,
Bir
günlük ömrünü
vermişdi bizə.
Tutub əlimizdən müqəddəs mələk
Sevgi
çiləyirdi ürəyimizə.
Göy balıq
İstanbuldayam, -
Qaynayıram
Boğaz içində,
-
Türkün boğazında
İçi atəş
dolu
Samovar
Qaynayan
kimi.
Bir göy balığı
Çırpına-çırpına
Atırlar
Altı atəş
püskürən
Tavaya.
Balıq quyruq
üstə qalxıb
Bir damla su
atır
Boğazıma.
Sonra sakitcə
Dönür
tabloya.
Onun naləsi
İçimdən güllə tək
Açılır
havaya.
Boğazda boğazını
otaranlar
Ayağa qalxıb
əl çalır,
Öləziyən şam kimi
Sonra yavaş-yavaş
Alçalır.
Tavadakı göy
balıq
Mənə
göz vurur.
Tamada ayağa
durur
Tost deyir
Göy balığın
sağlığına,
Göynəyir
boğazımın içi.
Od püskürür
Boğaz
içi.
Dənizlərin suyu
Bir-birinə
qarışır.
Hamı pıçıltı
ilə danışır:
- Gərək göy
balığa
Mükafat verək,
Yox,
fəxri ad verək.
Sağlığına tost deyildi,
Göy
balıq yaxşı yeyildi.
28 may,
2013
Ötən illərin ətri
İndi yad
kişilər öpür
əlini,
Külək sığallayır
doğma telini,
Əlvida deyərək
çıxıb gedirəm,
-
Anlaya
bilmədim sənin dilini.
Gözlərin günaha
bulaşıb gəlir,
Aşağı
dikilib fağır kirpiklər.
Dilin uzaqları dolaşıb gəlir,
Yenə
muncuqlanıb dodağında
tər.
Bir lələk atıram mənzilin üstə,
Yaralı durna
tək uçub gecələr -
Mənim yatağımda
dincini alır
Susub
başqasına verdiyin
hisslər.
Vüqarım dağ
kimi təmkinlə durub,
Günahkar
səsini dinləyir, gülüm.
Qəlbim yalanlardan
yaman yorulub,
Yaralı-yaralı
inləyir, gülüm.
Nə
vaxt qurtaracaq alış-verişin?
Ətrinə
möhtacam ötən
illərin.
İtib ülviyyətin,
itib yerişin,
Özgə
hava çalır şirin dillərin.
Oturub ən
uca dağın başında,
Eşqin
ləzzətini almışam,
gülüm.
Xəbərin olmayıb
illər uzunu
Ruhunu qəlbindən
çalmışam, gülüm!
Altı
məzar - üstü
bazar
Bənzərsiz filosof-şair Ələkbər
Salahzadənin unudulmaz xatirəsinə
Yenə ölümlər
başlanıb -
Dost ölür, sirdaş ölür.
Tənhalığa dözməyib,
Uca bir dağ
başında
Qapqara
bir daş ölür.
Bir qara quruş
üstə
Vurulur,
qardaş ölür.
Çoxalıb içində
ölən,
Artıb
içi məzarlar.
İndi satlıq
adamla
Dolub-daşır
bazarlar.
Altı məzar
- üstü bazar
Həccə
gedir mərdimazar.
Beynimdə boz
qurdun səsi -
Qəlbimdə
pul əndişəsi.
Adım alim,
özüm insan
İtib ümid,
tükənib can.
Tutub səbrin ətəyindən,
Yol
gedirəm məzara mən.
Sonuncu layla
Şair
dostum Musa Yaquba
Şerin yadıma
düşdü
Meşələri
gəzəndə.
Qoca palıd yıxılıb
Bənövşəni
əzəndə.
Dubay küçələrində
Bir vəhşinin əlində
Bənövşə ləçəyi tək
Əsim-əsim titrəyən
Namusu ayaqlanmış
Körpə bir
qız canlandı
Gözlərimin
önündə.
Qoyma qırılsın meşə,
İmkan vermə
bir daha
Ayaqlansın
bənövşə.
Qoyma ürəyim kimi
Qırılsın
bircə şüşə.
Bənövşə ləçəyidir,
Musa Yaqub, ürəyim,
Qəfil infarkt
keçirmiş
Bir
vətən torpağıdı.
Əziz dostum,
gərəyim
Ayaq üstündə ölmüş
Qarağacam, ay Musa,
Yerə yıxılmayıram
Batıb ara, namusa.
Bir gün Qudyal çayında
Ağ köpük
alacağam,
Qubanın meşəsində
Boz
kötük olacağam.
Qucaqlayıb Şah
dağı
Son layla çalacağam.
Bununla da
dünyadan
Mən
qisas alacağam.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2014.-
28 fevral.- S.7.