Soyuqdan elə qorxmuram
Nəfəsim dəyir
astaca
Əriyən
şamı üşüdür.
O damdan
bura gün düşmür,
O dam bu damı üşüdür…
Bitmir ki,
ömrün savaşı,
Sirr
açmağa könlüm
naşı.
Elə süzülür
göz yaşım -
Əlimdə camı
üşüdür…
Yer də yoxdu dərdi sərəm,
Özüm
boyda dərdi-sərəm.
Elə söz
var yeyəmmirəm -
Ağzımda tamı üşüdür…
Yol uzana çıxıb
gələm,
Sondan sonrası
var hələ…
Deyəsən təkcə
deyiləm,
Deyəsən hamı
üşüdür…
Bir az
yağış, bir az qaram,
Əriyirəm
qram-qram.
Soyuqdan elə
qorxmuram,
Adam adamı üşüdür…
Alınmış torpaq kimiyəm
Ürəyim elə
titrəyir,
Bir
əsim yarpaq kimiyəm.
Kim deyir ki yaşayıram,
Kim deyir ki, sağ kimiyəm.
İlahi, mən
də buymuşam,
Öz
göyümdə uçan
quşam.
Sözün üstündə
durmuşam,
Ölməmişəm,
dağ kimiyəm.
Ömürdü də…
uçur yelə,
Ümidim
var bircə gilə.
Gözləyirəm yiyəm gələ -
Alınmış
torpaq kimiyəm.
Qonaq
Allah qonağıdır
Cənublu qardaşıma
Yollar-yoxuşlar sevinib,
Gələn
gedib, gedən gəlib.
Bölünməyib neçə yerə,
Arzu-istəyi
tən gəlib.
Qılınc alıb
sıyırdığı,
Zalım fələyin
saydığı…
Nə zülümlə
ayırdığı,
Gözlərimdən
itən gəlib.
Bir həsrətin sorağıdır,
Duruşa
bax, həsrət dadır.
Qonaq Allah qonağıdır,
Ana, bizə Vətən gəlib.
Sevgi şeirləri
yaza bilmirəm
Axırdan yazıram,
başdan yazıram,
Torpaqdan
yazıram, daşdan yazıram.
Ağacdan, budaqdan,
quşdan yazıram,
Sevgi şeirləri yaza bilmirəm…
Sevgidi sovuran
qanımı elə,
Sevgiyə
qurbanlıq canımı
elə.
Elə hey deyirəm,
anamı, elə,
Sevgi şeirləri yaza bilmirəm…
Şeirlə bölürəm
bu tən dərdimi,
Vərəqlər
üstündə bitən
dərdimi.
Yazıram el-oba,
Vətən dərdimi,
Sevgi şeirləri yaza bilmirəm…
Mən misra
dərirəm gül ağacından,
Yazıram
balamın umacağından.
Yapışıb atamın
əl ağacından,
Sevgi şeirləri yaza bilmirəm…
Yazıram ürəyim,
könlüm sıxılır,
Sevgisiz
ömürəm, evi yıxılı.
Nə yazsam
ayrılıq olur axırı,
Sevgi şeirləri yaza bilmirəm…
Bəlkə əlimdədir
kilid, açarım,
Sevgi
şeirləri ümid
açarım.
Məni bağışlayın,
oxucularım,
Sevgi şeirləri yaza bilmirəm…
Sevgi şeirləri yaza bilmirəm…
Gedəsən dünyanın
axırınacan
Bu nağıl dünyanın
dilindən tutub,
Gedəsən
dünyanın axırınacan.
Bir dəli sevginin əlindən tutub,
Gedəsən dünyanın
axırınacan…
Əl atıb
çəmənin gülün
götürüb,
Əyilib ocağa
külün götürüb,
Əlinə bir
kağız, qələm
götürüb,
Gedəsən dünyanın
axırınacan…
Özündən kənara
hərdən çıxasan,
Göydən ayrılasan,
Yerdən çıxasan,
Pünhan saxladığın
sirdən çıxasan,
Gedəsən dünyanın
axırınacan…
Bu yerin altını
üstdən tutasan,
Yıxılsan bir
qəfil səsdən
tutasan,
Ağlına gəlməyən
kəsdən tutasan,
Gedəsən dünyanın
axırınacan…
Qurumaz gün
üzü bu dərdi sər ki,
Xatirən
açıla yoluna sərgi.
Alıb əllərinə
bir daş, bir çəki,
Gedəsən dünyanın
axırınacan…
Daha tələsməzsən
evinə sarı
Ömür-gün yoldaşını itirmiş
kişilərə
Daha tələsməzsən
evinə sarı,
Gül
kimi günlərin uçar havaya.
Titrəyər ürəyin,
əsər əllərin,
Daha
açarın da düşməz qapıya.
Yanıb qovrularsan
öz ocağında,
İlıq
xatirələr istinə
gələr.
Üşüsən üstünü örtən
kim olar,
Taybatay
qapılar üstünə
gələr.
Könlünü oxşamaz
qadın sahmanı,
Eh… nəyə əl
atsan köksünü
dağlar.
Qaşın
düyünlənər yeri süpürər,
Evinin küncündə süpürgə ağlar.
Nədənsə
könlünə yatmaz görkəmin,
Ütüsüz köynəyin əyninə gəlməz.
Bir para çörəyə,
bir atım çaya,
Qonşu qadınları qapını döyməz.
Ürəyin
yapışmaz həftəyə, aya,
Aşsa da başından
dünyanın varı.
Gül kimi
günlərin uçar
havaya,
Daha
tələsməzsən evinə
sarı.
Fərqanə Mehdiyeva
Ədəbiyyat
qəzeti.- 2014.- 7 mart.- S.6.