Ruhumu çəkən səs
Getdiyim yol
boyu bələdçi
kimi,
Bir
doğma səs ruhumu çəkib aparır.
Ayağımı yerdən,
əlimi göydən
O səs pərdə-pərdə
üzüb qoparır.
O səslə sən
məni izlə, əzizim,
Onu
duyğu-duyğu töküm
sinəmə.
Səsindən savayı
nəyim var mənim,
Səsinin
şəklini çəkim
sinəmə?
Sən olmayan
dünya nəyimə
gərək,
Ya
baharı gəlsin, ya elə qışı.
Həsrət silinmirsə
təbəssümünlə,
Bəs
necə qurtarım qəmlə savaşı?
Bilmirəm sehrdi,
tilsimdi, nədi,
Ayıla
bilmirəm dərin röyadan?
Beləcə mürgülü
heç oyanmadan,
O səslə gedəydim
mən bu dünyadan.
Səni
qəm
əlinə vermərəm,
könül
Qoy məni doğrayıb kəssin ayrılıq,
Başımda
"şəm" kimi
əssin ayrılıq.
Nə elə
bir günlük, nə bircə anlıq
Səni
qəm əlinə vermərəm, könül.
Dağa söykənərəm
dərd qucağımda,
Sinəsi
alışar, yanar dağın da.
Ömrümün-günümün axşam çağında
Səni qəm
əlinə vermərəm,
könül
Çox da
ki, üzümə bəxtim baxmayıb,
Yaşıl
arzularım qanad taxmayıb.
Sevgimi dünyadan
gizli saxlayıb,
Səni
qəm əlinə vermərəm, könül.
Sonacan getmərəm
əliboş belə,
Kirpiyim ucunda
dona yaş
belə.
Göylərdən başıma yağa daş belə
Səni
qəm əlinə vermərəm, könül.
Sevgimi Tanrıya
mən verə billəm,
Nə
yada qıyaram, nə yarı bölləm.
Sevgiylə yaşayıb,
sevgiylə ölləm,
Səni
qəm əlinə vermərəm, könül.
Notrdam kilsəsi
Kinolarda görmüşdüm,
Kitablardan sevmişdim,
Göy üzü
tək gurlayan
Kilsənin zəng
səsini -
Notrdam
kilsəsini.
Zamandan qalan
izdi,
Üstü
dumandı, sisdi.
Möhtəşəm divarları
Hörülüb mərhəmətdən,
Baxdıqca adam doymur
Ondakı
əzəmətdən.
Gündə neçə
min adam
Dilək diləyir
ondan,
Dünyanın hər
işini,
Xeyir-şər gərdişini,
Saysız hökmdarların
Hikkəsini, hökmünü,
Görüb müqəddəs
kilsə,
Qucağında ovudub
Kim onu deyib,
gəlsə.
Mən
də sevdim təzədən.
Tanıdım Jan Valjanı,
Gördüm Viktor Hüqonu,
Bonapart Napoleonu.
Tarix yenə dilləndi,
Divardakı naxışlar,
Mələk-mələk baxışlar
Sanki üstümə gəldi,
Məsciddə olduğu
tək
Duydum
haqqın səsini.
Allah evitək sevdim
Notrdam
kilsəsini.
Sənsizlikdən
sənəcən
Şeir yazıram
sənə
Yenə
də təklənmişəm.
Sənsizlik sıxır
məni,
Qəminlə
yüklənmişəm.
Nədən başlayıramsa,
fikrim yarımçıq qalır.
Nə yazıramsa-yazım,
O, "sənə ünvanlanır".
Şeir yazıram
sənə
dərd sinəmi əzəndə,
Bu zalım həsrət
məni
gəzim-gəzim gəzəndə.
Elə bildim ki, sənsiz
Dünyada yaşamaram,
Bir misra da
yazmağa
Ələ
qələm almaram.
Şeir yazıram
yenə,
Dönük çıxıb
sözümə,
Başlanan hər
günümü
Ta vermişəm dözümə.
Şeir yazıram
yenə,
Ayrılığın qəmini
Atıb azaltmaq
üçün,
Məndən sənə
uzanan
Yolu
qısaltmaq üçün.
Şövkət Zərin Horovlu
Ədəbiyyat qəzeti.- 2014.-
7 mart.- S.6.