Eduard Sorelin sevgi hekayəti

  

Mənim adım Eduard Soreldir. Fransada doğulmuşam. Görmə qabiliyyətim olmasa da, mən musiqiçi idim. Dünyanın gözəlliklərini görə bilməsəm , toxunduğum, eşitdiyim hər şeyi sevmişdim. Bu gün artıq 73 yaşım var mən sizə öz hekayətimi danışmaq istəyirəm...

Mən həmişə musiqini sevmişəm musiqi ilə yaşamışam. Belə hesab edirdim ki, onun vasitəsilə, görmədən , sadəcə fortepianoda çalmaqla insanın hisslərini, həyəcanlarını əhval-ruhiyyəsini onu əhatə edən insanlara çatdırmaq olar. Mən öz dünyamı onun bütün gözəllikləri ilə təsvir edirdim.O gözəllikləri ilə ki, onu ətrafımdakı insanlardan eşidirdim, bəlkə özümə məxsus şəkildə təsvir edirdim. Həyat hamıya rəngarəng şəkildə verilir. Ancaq onlar bu həyatı tam görə bilmirlər. Mən isə görmə qabiliyyətim olmasa da, rəngləri həyatıma özüm əlavə edirdim.

Budur, mən artıq, məşhur musiqiçiyəm. Növbəti çıxışım da müvəffəqiyyətlə keçmişdi.

Hər bir şəhərdə elə sakit guşələr var ki, orada insan daxilən rahatlıq tapır, elə yerlər ki, orada gur axan şəlalələrin şırıltısı, quşların cəh-cəhi, ağacların yarpaqlarının xışıltısı adamı sanki sirli bir aləmə aparır. Mənim belə bir sevimli yerim vardı, “Batinyolbağı, - balaca çayı, füsunkar gülləri, kölgə salan salxım söyüdləri olan qeyri-adi bir yer. Mən burada, şəhərin təlaşından uzaqda öz fikirlərimə dala bilirdim. Oturub düşünürdüm, qəfildən zərif bir qadın səsi məni düşüncələrimdən yayındırdı.

- Əyləşmək olar?

- Əlbəttə!

- Bağışlayın, siz məşhur musiqiçi Eduard Sorelsiniz?

- Bəli.

- Mən ilk dəfədir sizin musiqinizə qulaq asıram deyə bilərəm ki, sizin bəstələrinizin vurğunu olmuşam. Mənim adım Mari Tibaltdır.

Bizim tanışlığımız belə başladı. O, mütaliə etməyi sevirdi. Onunla istədiyin mövzuda danışa bilərdin. Özü fikirlərini elə dolğun ifadə edirdi ki, hər şey dərhal təsəvvürümdə canlanırdı. Onun ən çox sevdiyi gül pion idi. Hər dəfə görüşəndə mən ona bu çiçəkləri bağışlardım. Mari xəyalpərəst idi. O, məni yeni-yeni kompazisiyalara ruhlandırırdı. Mənim bütün konsertlərimdə iştirak edirdi. Sonra daBatinyol”da əyləşərək mənə verdiyi kitabları oxuyardu. Mən onu sevmişdim, qəlbinə görə. Ancaq kor bir musiqiçi ona bəxş edə bilərdi?

Mari yola düşməli idi. O, Fransaya yay aylarını keçirmək üçün gəlmişdi. Söz verdik ki, məktublaşacayıq, o da tezliklə qayıdacaq. Ondan birinci ay aldığım dostumun mənə oxuduğu məktublara soyuq cavablar verirdim, ikinci ay isə heç cavab vermədim. Nəhayət, üçüncü ay o, qayıtmaq istədiyini bildirəndə, mən ona vida məktubu yolladım. Onun həyatına girməyə haqqım yox idi. Axı, o, məndən yaxşısına layiq idi!

Üç il keçdi.Yenə həmin məşhur musiqiçi idim bütün bəstələdiklərimi ona həsr edirdim. Ancaq bunu heç kim bilmirdi. Musiqimdə onunla tanışlığımızdan xəbər verən sevinc notları da, ayrılığı yada salan qəmli məqamlar da vardı.

Gözəl, günəşli bir gün idi. Parkda əyləşmişdim. Baharı sevmirdim, Mari deyərdi: “Bahar qeyri-müəyyənlikdir”...

Birdən:

- Salam!

- Mari? - Onun səsi... Ola bilməz!

- Xeyr, səhv edirsiniz, cənab Eduard. Mən sadəcə sizin pərəstişkarlarınızdan biriyəm.

Mən bu səsi səhv sala bilməzdim...

- Onda adınız nədir?

- Jizel.

Xəyalımda xatirələr canlandı. Axı mən onunla məhz burada tanış olmuşdum.

- Sizdən avtoqraf almaq olar?

- Əlbəttə.

- Sizin nəğmələriniz ötən illərlə müqayisədə xeyli fərqlidir. Nədən?

- Deməli, xoşunuza gəlmir?

- Xeyr, danışırsınız ? Sadəcə bu nəğmələrdə kədər hiss olunur.

- etmək olar? Bunu hər adam hiss edə bilməzdi...

- Siz sualıma cavab vermədiniz.

- Mənim nəğmələrimin hamısı sevdiyim qıza həsr olunub.

- Bəs qəmli notlar nəyə gərək?

- Çünki bizə bir yerdə olmaq qismət deyildi.

- Lütfən, danışın.

- Üzr istəyirəm, bu çox şəxsi məsələdir.

- Əlbəttə, mənim sizdən nəsə tələb etməyə haqqım yoxdur. Ancaq... mənim həyatda yaşamağıma çox az vaxt qalıb... Ona görə məni maraqlandıran suala cavab versəydiniz, sizə çox minnətdar olardım.

Mən sarsılmışdım, bu xəstə, talesiz qıza yazığım gəldi, mənə dediklərinin təfsilatını soruşmadan Mari ilə olan əhvalatımızı ona danışdım. O, mənə diqqətlə qulaq asdıqdan sonra ayağa qalxıb heç demədən çıxıb getdi. Bəlkə məni qınayırdı? Bəlkə mənimlə razılaşırdı? Bəlkə , heç gözləmirdi ki, belə şeylər eşidəcək? Bir onunla rastlaşmadıq.

Bir gün dostlarımla kafedə oturmuşduq. Məni müalicə edən həkim orada idi. O, şad xəbər çatdırdı. Mənə münasib donor adam tapılmışdı. Əməliyyat bir həftədən sonra olmalı idi. Xoşbəxt idim, ürəyim ümid həyəcanla dolu idi. Axı, illər keçdikdən sonra həyatın yeni qapıları üzümə açılacaqdı. Hər şey uğurla keçdi. Bir həftə həkim nəzarəti altında lazım olan dərmanlar. Həyat mənim üçün yeni məna kəsb edirdi. Yalnız qəlbimə həkk olunmuş bir nəfərin yeri görünürdü. Mən ona ətraflı məktublar yazır, hər şeyi başa salırdım. Beş ay ərzində hər gün məktub yollayırdım. Nəhayət, altıncı ay ondan məktub gəldi. Xoşbəxt həyəcanlı idim. Hisslərim aşıb-daşırdı. Məktubu açıb oxumağa başladım:

Əzizim Eduard! Sən bu məktubu oxuyursansa deməli, mən artıq həyatda yoxam. Mən hər an səni düşünmüşəm, sənin son vida məktubun isə qəlbimi yaraladı. Üç il keçdikdən sonra da səni unuda bilmədim qədər ağır olsa da, Fransaya gəlməyə qərar verdım. Sən yanılmamışdın, parkdakı qız Jizel yox, mən özüm idim. Ancaq tale bizə bir yerdə olmağı rəva görmədi, həyatımın sonuna az qalması söhbəti doğru idi. Mənim son xahişimi yerinə yetir. Qoy sənin musiqində kədər notları heç vaxt olmasın. Ayrılırkən ən dəyərli hədiyyəmi sənə yadigar qoyuram. Mənim gözlərimi qoru. Xoşbəxt ol!”

Göz yaşlarım yanaqlarımdan süzülürdü. Mən onun xahişini yerinə yetirdim. Yeni son nəğməm o, xatirəmdə qalan kimi səslənirdi - “sevgi səadət dolu”. Onunla da səhnəni tərk etdim.

İndi mən dünyaya onun gözləri ilə baxırdım. O, daima mənim qəlbimdədir...

 

Ləman Kərimli

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 mart.- S.7.