Ay beləsindən
Gecənin görəsən
nə zamanında
O dağı keçəcək
ay beləsindən.
Ağılsız mən
ğözəl könlü
qınardım,
O necə keçəcək
ay beləsindən.
Kim deyər ki, keçən
günə gün çatar,
Bəxt
insanda gah oyanar, gah yatar.
Az da olsa ömrün
daha da artar,
Günün
ki, keçəcək
ay beləsindən.
Cavab versin kimsə
candan keçibsə,
Çox
ariflər çox meydandan keçibsə.
Leyli sevib, Məcnun
ondan keçibsə,
Məhəmməd
keçəcək ay beləsindən.
Bir gün
Başa çəkib
özün başa düşməyən,
Başında
dumanlar olacaq bir gün.
Sən demə
ki, bu gün
dövran mənimdi,
Səni
də birinə qatacaq bir gün.
Varsa bu dünyada
axıra qalan,
Dastan
olub dildə bəxtiyar olan.
Sultan Süleymana əlini
çalan,
Sənə
də əlini çalacaq bir gün.
Yola düzəl, könül uyma hər yana,
Görmədim
dünyada bir halalzada.
Ay Məhəmməd, hörmət qazan dünyada,
Əzrayıl
canını alacaq bir gün.
Çardağımız yatır daha
Bir-birimizi çox
istərdik,
Dünya
bizi atır daha.
Çəfa çəkdik
çan saxladıq,
Ömür
başa çatır
daha.
Dünya baxmır
ağlamağa
Ana deyil, nə də ata.
Gücü çatmır
saxlamağa,
Əzrayıla
satır daha.
Dünya nələr
daşıyacaq,
Çoxları
baş qaşıyacaq.
Ağ otaqlar
yaşıyacaq,
Çardağımız
yatır daha.
Qaralmazmı axan
qanın,
Ağrıyanda
cismi canın.
Kənd koxanın,
kef dünyanın,
Torpağına
qatır daha.
Heyif çox əziyyət, heyif zəhmət,
Kimdir
bilən qədir-qiymət.
Deyən varmı,
ay Məhəmməd,
Adın
itib batır daha.
Ay niyə-niyə...
Qul olan könlüm
ki, sənə bağlanıb,
Sən
onu açmırsan,
ay niyə-niyə.
Həsrətindən neçə-neçə yaram
var,
Arayıb
seçmirsən ay niyə-niyə.
Qış dolanıb
bahar çağı
gələcək,
Kiminə
xoş, kimə yağı gələcək.
Gözəlliyin bir
solmağı gələcək,
Heç
ölçüb-biçmirsən ay niyə-niyə.
Şirin bir
bəndəsən əsli
zatın var,
Məhəmməd
yanında çox qiymətin var.
Adamı yandıran
bir xəsyətin var,
Heç
ondan keçmirsən
ay niyə-niyə.
Aşıq Dərya Məhəmməd
Ədəbiyyat qəzeti.- 2014.-
7 mart.- S.5.