Maarifçi dünyagörüşün
işığı
Dünən
Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda görkəmli ictimai xadim, maarifçi və yazıçı-publisist
Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edildi
və ədəbiyyatşünas alim Azər
Turanın “Əli bəy Hüseynzadə” adlı kitabı təqdim
olundu.
Tədbiri
bu unudlmaz şəxsiyyətin
“Ucundadır dilimin həqiqətin böyüyü” misralı şeri
ilə açan fülologiya
elmləri doktoru, professor
Nizaməddin Şəmsizadə qeyd etdi ki, mən Azərbaycan
Prezidentinin yaxın günlərdə
Əli bəy Hüseyinzadənin və Məhəmməd
Əmin Rəsulzadənin yubleylərinin keçirilməsi haqqında
imzaladığı sərəncamları həm
xalqımızın, həm də özümün
xoşbəxtlik anları kimi qəbul edirəm...
Sonra o, Azər Turanın
yenicə işıq üzü görən
“Əli bəy Hüseynzadə” ensklopedik
kitabının məziyyətlərindən ətraflı söz açdı, yeni nəşri
Əli bəyin ruhuna layiq
bir araşdırma kimi
dəyərləndirdi.
Xalq yazıçısı, AYB-nin
sədri Anar çıxış edərək
bildirdi ki, hələ
sovetlər dönəmində Əli bəyin rəssam oğlu Səlim Turanla görüşmüş, təəssüratlarımı
“Qobustan” jurnalında çap
etdirmişdim.
Təbii ki, o saat
“pantürkizmi təbliğ edirsiniz” təpkisi ilə
qarşılaşdıq... Bu günlərdə
isə Azər Turanın Əli bəy haqqında yenicə nəşr
olunan kitabını oxuyub
çox sevindim. Bu dəyərli nəşr Əli bəy haqqında
indiyə qədər yazılanların ən qiymətlilərindən
biri bəlkə də birincisidir...
AYB-nin katibi Arif Əmirahoğlu da yeni nəşri əlibəyşünaslıq
sahəsində ilk fundamental
araşdırma kimi dəyərləndirdi.
Milli Məclisin
mədəniyyət komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin
150 illik yubileyinin
keçirilməsi haqqında” 2014-cü il
21 yanvar tarixli Sərəncamını
ümumilikdə Azərbaycan ziyalılığına verilən
qiymətin daha bir
nümunəsi kimi dəyərləndirdi.
Natiq türk xalqlarına və islami
dəyərlərə edilən basqılara qarşı həmişə
öz haqq səsini ucaldan Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə misilsiz xidmətləri olduğunu
söylədi, və Azər Turanın tədbirdə təqdim
olunan kitabı ilə Əli bəyə onun adına layiq bir abidə ucaltdığını qeyd etdi.
Tədbirdə
professor Fəridə Əliyarbəyli, filologiya elmləri doktoru Rahid Ulusel, əmakdar
müəllim, şair Oqtay
Rza, Hacı Loğman,
Ə. Hüseynzadənin qardaşı
qızı Cəmilə xanım, “Ədəbiyyat qəzeti”nin
şöbə müdiri Adil
Cəmil və başqaları çıxış edərək
fundamental tədqiqat əsəri
haqqında təəssüratlarını bölüşdülər.
Sonda çıxış edən A.Turan bildirdi ki, Ə. Hüseynzadə böyük
filosof Abdulla Cövdətin
də qeyd etdiyi kimi, millətə milliyyət mirası qoyub gedən dahi şəxsiyyətdi
və onun ömür
yolu millətə xidmət etmək
örnəyidir.
S.Aranlı
Ədəbiyyat
qəzeti.- 2014.- 14 mart.- S.8.