Qulam Sadiq
Amansız ölüm istedadlı qələm
yoldaşımız Qulam Sadiqi
aramızdan apardı.
Qulam Yəhya oğlu Sadıqov 1947-ci
ildə Cəlilabad rayonunun Ləki kəndində
anadan olmuşdur.
1965-ci ildə Salyan şəhərində
orta məktəbi bitirib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya
fakültəsinə daxil olmuşdur.
1969-cu ildə ali təhsilini tamamlayıb Salyan rayonunun
Xıdırlı kəndində pedaqoji fəaliyyətə
başlamışdır. 1970-1974-cü illərdə Salyanda çıxan «Qələbə» qəzetində
ədəbi işçi, şöbə
müdiri, məsul katib
(1970-1974), Azərbaycan KP Salyan rayon Komitəsində şöbə müdirinin müavini,
şöbə müdiri (1974-1977),
1977-1990-cı illərdə Salyan rayon İcraiyyə Komitəsində sədr müavini, 1990-1999-cu illərdə rayon təhsil şöbəsinin
müdiri, 1999-2000-ci illərdə Salyan rayon icra
başçısının humanitar məsələlər
üzrə müavini, 2005-2009-cu illərdə
Respublika Müəllimlər İnstitutunun Salyan
filialında direktor müavini,
2009-cu ildən «Hakimiyyət» qəzetinin bölgə müxbiri işləmişdir.
Qulam Sadiq ədəbi
yaradıcılığa ötən əsrin 70-ci illərində
başlamışdır. İlk mətbu
yazısı 1972-ci ildə işıq üzü
görmüşdür. «Pəncərə»,
«İnam», «Ana Kürə
bağlı ömür», «Oqtay
Rza çiçəyi var
söz gülşənində», «Nəslin
ağsaqallı», «Kəhər atlı sədr», «Muğanın
müqtədir müəllimi», «Böyük
övliya Ağa
Mirbağır ağa», «Şagirdlərinin
mənəvi atası» kitablarının müəllifidir.
İstedadlı qələm
yoldaşımız, səmimi, təvazökar insan
Qulam Sadiqin
işıqlı xatirəsi qələm
yoldaşlarının qəlbində yaşayacaq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2014.- 20 mart.- S.8.