Qəlbinin səsinə

uyub gəlmisən

 

Mən dedim... sən gəldin...durdun

önümdə,

Gözləri çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə,

Sən mənə ünyetməz uzaq kimiydin.

 

Nə qədər yaxındıq - o qədər uzaq,

Sarsıldım, duyğulu baxışlarından.

bir qol qaldırdın, nə açdın qucaq, -

Qorxdum gözlərinin yağışlarından.

 

Sən ki, bənzəmirdin yada, özgəyə,

Bilirdim, sən məni duyub gəlmisən.

Şeir söylətməyə, söz eşitməyə,

Qəlbinin səsinə uyub gəlmisən.

 

Görən nə tapmısan şeirlərimdə,

Onların sevincdən kədəri çoxdu.

Elə sinəmdəki dərdlərimində

Qədəri varsa da, hədəri yoxdu .

 

Dahanə söyləyim bu payız günü,

Görürsən, yarpaqlar xəzələ dönüb.

Sənə deyəcəyim şeirlər düzü,

Yaza bilmədiyim qəzələ dönüb.

 

Mənli hisslərini saxla özündə,

Axı qəmdəniyəm, qəlbinə əkmə.

Yansam da çatdığın ocaq közündə,

Mən çəkən dərdləri, sən barı çəkmə.

 

Mən dedim...

sən gəldin...

durdun önümdə,

Gözləri çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə,

Sən mənə əlyetməz uzaq kimiydin.

 

Şərurun

 

Dədə Qorqud gəzən Oğuz elimdi -

Uludu torpağı, daşı Şərurun.

Dili türkün dili - ana dilimdi,

Qədimdən qədimdi yaşı Şərurun.

 

Burda arxalanıb dağlara dağlar,

Dərin dərələrdə çayları çağlar.

Torpağı göynəsə göyləri ağlar,

Arpaçay sayılır qaşı Şərurun.

 

Tanrı özü bilən dərd göndəribdi.

Neçə fəlakəti sərt göndəribdi,

Namərdin önünə mərd göndəribdi,

Bəlalar çəkibdi başı Şərurun.

 

Ürək ovsunludu baharı, yayı,

Mavi səmasında ulduzu, ayı.

Yoxsa dasərvətdə payızıntayı,

Zərgər naxışlıdı qışı Şərurun.

 

Yeraltı, yerüstüvarı tükənməz,

Zirvədən qartalı, qarı tükənməz;

Çiçəyi üstündə narı tükənməz, -

Gölündən ördəyi, quşu Şərurun.

 

Min büsat qurulur hər bucağında,

Güllər ətir saçır tər qucağında,

Ömrünün gəncləşən səhər çağında

Gəlir al günəşdən xoşu Şərurun.

 

İbrahim Yusifoğlu

   

Ədəbiyyat qəzeti.- 2014.- 20 mart.- S.7.