Qardaş xalqlar ədəbiyyatının görkəmli tədqiqatçısı, oxuculara yaxşı məlum olan dəyərli kitablar müəllifi professor Pənah Xəlilovun qeyd etdiyi kimi, Məxdumqulu (1733-1790) türkmənlərdə realizmin banisi sayılır. Onun həyatı inikas üsulu realizmdir. Məxdumqulu insanı, əşya və hadisəni həyatdakı kimi tipik və konkret cizgiləri ilə təcəssüm etdirir.
Türkmənin
Ceyhun ilə bəhri-Xəzər arası,
Çöl üstündən əsər yeli türkmənin.
Gül-qönçəsi
- qara gözüm
qarası,
Qara dağdan enər seli türkmənin.
Haqq rəy verib, vardır onun sayası,
Oynaşar çölündə nəri,
mayası.
Rəngbərəng gül açar yaşıl
yaylası,
Qərq olmuş reyhana çölü
türkmənin.
Al-yaşıl bürünüb çıxar pərisi,
Yayılar ənbərin xoş rayihəsi.
Törə, bəy, ağsaqqal - yurdun yiyəsi,
Necə gurdur gözəl eli
türkmənin.
Ol mərdin oğludur, mərddir pədəri,
Koroğlu qardaşı, sərxoşdur səri.
Dağda-düzdə qovsa səyyadlar, diri-
Ala bilməz, yolbars oğlu, türkmənin.
Bir olub könüllər, ürəklər, başlar,
Yığılsa, əriyər
torpaqlar-daşlar.
Bişib bir süfrədə yeyilsə aşlar,
Çiçəklənər ol
iqbalı türkmənin.
Könül havalanar ata çıxanda,
Dağlar lala dönər qıya baxanda.
Bal gətirər, coşub dərya axanda,
Bənd saxlamaz, gəlsə seli türkmənin.
Qafil olmaz, döyüş günü xar olmaz,
Qarğışa, qüvvətə
giriftar olmaz.
Bülbüldən ayrılıb, solub zar olmaz,
Daim ənbər saçar gülü
türkmənin.
Tirələr qardaşdır, uruğ yarıdır,
İqballar tərs gəlməz, haqqın
nurudur.
Mərdlər ata minsə, savaş sarıdır,
Qəsbkara yürür yolu türkmənin.
Sərxoş olub çıxar, ciyər dağlanmaz,
Daşları sındırar, yolu
bağlanmaz.
Gözüm dalda qalsa, könül əylənməz,
Məxdumqulu, sözün çalı
türkmənin.
Bilinməz
Yomut, göylən təəssüblə özündən,
Çəkdi qoşun, önü-ardı
bilinməz.
Sığmaz, çıxdı Dəşti-Dəhan
düzündən,
Gedən yolu, qonan yurdu bilinməz.
Qarğa gəlsə, tuğu ilə təpişər,
Heybətindən dağlar-daşlar
qapışar.
Ölü durub dirilərdən yapışar,
Aslanı, tülküsü, qurdu bilinməz.
Üç min nizəçisi vardır nökərdən,
Dörd min fildarı var qala yıxardan.
Təkə, salır yürüş etsə yuxardan,
Düşmənin namərdi, mərdi
bilinməz.
Əhli-sünnə namus edib gələrlər,
Qala yıxıb bağın bərbad
qılarlar.
Dev çəkib İsfahan şəhrin alarlar,
Bu kəndlərin
üçü-dördü bilinməz.
Məxdumqulu, Əlinindir bu meydan,
Nə iş tutar, görün, bu Ömər, Osman.
At dəmindən doldu zəmin - asiman,
Xorasanın xaki-gərdi bilinməz.
Tökər
olduq yaşımız
İstər əldən çıxa dövlət
humayım,
Dua qılıb, tökər olduq
yaşımız.
Diləyim tuş eylə, gözəl Allahım,
Məğlub olub getdi
qızılbaşımız.
Xıdır gəzən çöldə ellər
yayılsın,
Yurd binamız qaim olsun, qoyulsın.
Çillə məst nərlərmiz, hamı
ayılsın,
Bir süfrədə əda olsun
aşımız.
Dərvişlər könlü cəm dursun namaza,
İgidlər yığılsın
söhbətə-saza.
Elimiz yetişsin solmayan yaza,
Doxsan dolub, tamam olsun
qışımız.
Türkmənlər bağlasa bir yerə beli,
Qurudar Qülzümü, dəryayi-Nili.
Təkə, yomut, göylən, yazır, əlili,
Bir dövlətə qulluq etsək
beşimiz.
Məxdumqulu dedi can dirliyinə,
Müsəlmanı qoyma kafir xorluğuna.
Rəvac vergil yomut-göylən
birliyinə,
Ol Kamal xan Əfqan olsun başımız.
Dedilər
Ey yaranlar, yavuz dastan bitildi,
Bir qoçaq fanidən keçdi dedilər.
Axır zaman oldu, günəş tutuldu,
Ay-günün şöləsi
qaçdı, dedilər.
Qəfildən başladı ayrılıq
çağı,
Seydim Tarxan çəkər dərdi-fərağı.
Ömrünün hasili ? yalnız çırağı,
Badi-xəzan vurub keçdi, dedilər.
Getdi Övəzgəldi, yenə çox zatlar,
Pozuldu söhbətlər, qəm oldu şadlar,
Qardaşlar, sirdaşlar, yaxınlar, yadlar,
Qara geyib, qan ağlaşdı dedilər.
Bədəv atlı, bəy kəmərli,
yaraqlı,
Dövlətə, zinətə, malına
bağlı.
Mehmanlı bir ərdir, zatlı, otaqlı,
Bu bülənd ordası
çaşdı, dedilər.
Tənhalıq həsrəti başdan ötərmiş,
Oğulsuzluq bütün işdən betərmiş,
Züryətsiz igidin yeri itərmiş,
Yurdu yox, karvanı köçdü, dedilər.
Məxdumqulu, Türküstanın törəsi,
Bir qoçaqdır - Söyünxanın
çarəsi.
Savaş günü eşidilməz nərəsi,
Bu qara torpağı qucdu, dedilər.
Gürgənin
Önündə bülənd dağ, başında
duman,
Dənizdən əsər hey yeli Gürgənin.
Bulud oynar, dolsa çaylara leysan,
Axar boz-bulanıq seli Gürgənin.
Meydanları vardır qarğı-qamışlı,
Gözəlləri vardır
altın-gümüşlü.
Boz sürü, qır ilxı, qara camışlı,
Saysız inək-davar, malı
Gürgənin.
Qatarlaşıb durar nərlər, mayalar,
Ağır bəzirganlar, tüccar
ağalar.
Torpağa qapanıb duran qayalar,
Önü-ardı, sağı-solu
Gürgənin.
Bəyləri var, tirmə çəkər belinə,
Yorğa minib, tərlan alar əlinə.
Ağ köksün ver ceyran dəniz yelinə,
Mələyir maralı, çölü
Gürgənin.
Məxdumqulu, eldən-elə ara var,
Hicranın qılıncı bağrın
paralar.
Əlin sallar maral üzlü pərilər,
Enər
evlərindən dəli
Gürgənin.
Olduq
Ey yaranlar, müsəlmanlar,
Cəbrdə yürməli olduq.
Necə zəhmət çəkən canlar,
Cəfanı görməli olduq.
Cahan gendir, məlamət kan,
Arada yandı şirin can.
Üstümüzdə rəhmsiz xan,
Bil, axır vurmalı olduq.
Azıbdır göylən xanları,
Xalqa yanarmı canları?
Qoyma, sürdü var malları,
Göz dikib durmalı olduq.
Məxdumqulu, söyləmə can,
Belin qurşa, gey qəzəb don.
Həddən aşdı bu zalım xan,
Axır tor qurmalı olduq.
Gözlərəm
Yurdum Ətrək, elim göylən,
Mən bir sevər yar gözlərəm,
Can şəhrinə düşdü talan,
Qüvvət verən pir gözlərəm.
Ayrıldım ana-atadan,
Gözüm güvənci vətəndən,
Can vermək asan hicrandan,
Mal çoxdur, bazar gözlərəm.
Məmmədsəfadır qardaşım,
Molla Matəm dərs yoldaşım,
Abdulla gəlsə basdaşım,
Peyğəmbər nəzər gözlərəm.
Ürəyimdən onca fəğan,
Gözdən axdı bulaq tək qan.
Sirdaş deyil fələk-dövran,
Qaçsam der, məzar gözlərəm.
Sonu dağ, güvəncim mənim,
Gəzib mən sərində sənin.
Səyyadam, ovlar ceyranın,
Siyah yılçır mar gözlərəm.
Məxdumqulu, bu qiyamət,
Qoydu başıma çox afət.
Türkmən elim, ey adəmzad,
Azad sel, güzər gözlərəm.
Azadim
hanı...
Fələk, gedər
idim, sən
düçar oldun,
Gözümün nuranı Azadim hanı?
Qəlbimi çıxarıb itlərə verdin,
Şəhrimin sultanı Azadim hanı?
İmamsız qalıbdır məscid-mehrabım,
Doğmadı nur saçan ol mahım,
tabım.
Yalnız qaldım, sel alıbdır ətrafım,
Könlümün ümmanı Azadim
hanı?
Şəkər ikən zəhər oldu sözlərim,
Zəfəran tək saralıbdır
üzlərim.
Qüvvət getdi, qubarlandı gözlərim,
Minbərim əzanı Azadim hanı?
Dörd fəslim nar oldu, dağlar əridi,
Dirilər uçdular, ölü yeridi.
Gedən varıb haqqa iqbal dirədi,
Elimin zəbanı Azadim hanı?
Torpaqlar sel oldu, sellər qum oldu,
Xumlar cəm oldular, cəmlər xum oldu.
Həvəslər yas oldu, peşəm qəm oldu,
Ürəyim aramı Azadim hanı?
Ölülər dirilib, ərzə vardılar,
Haqdan bir kəlamı gəlib sordular.
Çox yalvarıb,
anlat deyib durdular,
Ölü-diri
dövranı Azadim hanı?
Kafirlər şad
olub, ağlar müsəlman,
Haqqa yalvarıbdır Xıdır,
Süleyman.
Buğ olub yüksəldi ərşə bu ümman,
Göylənin pəlvanı Azadim
hanı?
Ərmanım yox, fələk, bir savaş qılsam,
Ya
yıxsan, basılsam,
ya sərin alsam.
İtlərə aş
edib, bazara salsam,
Bağımın
reyhanı Azadim hanı?
Quşlar eşidəndə
varı kar oldu,
Dağ
əridi, daşlar bütün yer oldu.
Mollalar Quransız,
pirlər kor oldu,
Sahibi-Quranım Azadim hanı?
Yer üzünü siyah duman eylədin,
Söylə, fələk kimə aman eylədin.
Fəraqini, bax,
biiman eylədin
Namusum imanı Azadim hanı?
«Oyan»
dedilər
Yatmış idim qəmdə, gəldi ərənlər,
«Dur görək
yerindən, oyan!» dedilər.
Gözüm açıb
gördüm cümlə-cahanı,
«Şol duranı Şahi-mərdan!»
dedilər
Ərənlər cəm olub bazar etdilər,
Münafiqlər durub həzər etdilər.
Əli babam bizə nəzər etdilər,
Bir kasə mey verib: «İç,
qan!» dedilər.
Oyanıb qəflətdən,
açdım gözümü,
Ərənlər
payinə sürtdüm
üzümü.
Oxutdular, haq
sözlədim sözümü,
«Səksən min kəlamı bəyan» dedilər.
Ərənlər cəm
olub, mundan köçdülər,
Sirat
körpüsündən bir-bir
keçdilər.
Ol hovzi-kövsərdən
şərab içdilər,
İçən
şahbazları «Sultan» dedilər.
Məxdumqulu, sözlə
bu şirin dildə,
Umudum
çox durur şol duran yolda.
Beş vaxt
namazını oxu hər gündə,
«Axirət yoldaşın - iman» dedilər.
Məxdumqulu Fəraqi
Tərcümə edəni: Ramiz
ƏSGƏR
Ədəbiyyat qəzeti.- 2014.-
20 mart.- S.3.