Heydər Əliyev
“Ədəbiyyat qəzeti”ni
oxuyarkən
10 may ulu öndərin doğum günüdür...
"Bizim
ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük
xidmət ondan ibarətdir ki,
şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda,
xalqımızda, millətimizdə daim
hissiyyatları oyatmağa
çalışırlar, milli
özünüdərki, milli
oyanış, dirçəliş prosesi
xalqımıza birinci növbədə
ədəbiyyatdan gəlir".
***
"Biz
Nizaminin, Xaqaninin, Nəsiminin,
füzulinin adlarını böyük
iftixar hissi ilə
çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və
istedadlı xalq olduğunu
bir daha dərk edirik. Eyni zamanda, dünya,
bəşər qarşısında bunlarla
fəxr edirik, öyünürük.
Öyünməyə də haqqımız var.
Çünki bu böyük insanlar nəinki
bizim xalqımızı, bütün
bəşəriyyəti, bəşər tarixini
zənginləşdirən əsərlər yazmışlar.
Onlardan sonra gələn
nəsillər də bu ənənəni,
xüsusiyyəti davam etdirmişlər".
***
"Ədəbiyyat qəzeti”nin
nəşr olunması çox
yaxşı bir haldır və mən bunu həmişə dəstəkləmişəm,
kömək etmişəm, bundan sonra da kömək edəcəyəm...
Onu da deyim ki,
mən Moskvada yaşayarkən işlədiyim
zaman, həm də işləmədiyim zaman "Ədəbiyyat qəzeti"ni daim alırdım. Ümumiyyətlə, Azərbaycanın
bütün qəzetlərini
alırdım. Çünki Azərbaycandan
mən ayrıla bilməzdim. Amma
"Ədəbiyyat qəzeti"ni xüsusi
oxuyurdum... Yəni, ümumiyyətlə, bu məni maraqlandırıb həmişə.
Ona görə də mənim bu qəzetə çox böyük hörmətim olubdur.
Və qəzet də həqiqətən bizim
xalqımız üçün çox xidmətlər göstəribdir, çox yaxşı ki, bu qəzet də indi
çıxır".
***
"Bizim
ədəbiyyatımız, mədəniyyətimiz
xalqımızın milli sərvətidir
və intellektual mülkiyyətidir".
***
"Orta
əsrlərdə Azərbaycan xalqı Nizami,
füzuli, Nəsimi, Xaqani
kimi dahilər yetirmiş
və onlar da bu hissləri yaşayıb-yaratmışlar. Sonrakı
dövrlərdə Azərbaycan çap
Rusiyasının tərkibində, onun əsarəti
altında olarkən də ölkənin mütəfəkkir
adamları, qabaqcıl siyasi xadimləri,
yazıçı və şairləri olmuşdur.
Mirzə fətəli Axundov, Həsən
bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Seyid
Əzim Şirvani, Üzeyir
Hacıbəyov kimi şəxsiyyətlərin
yaradıcılığnda da
milli-azadlıq hissləri öz əksini
tapmışdır. Yəni siyasi rejimdən,
kiminsə əsarəti altında yaşamasından
asılı olmayaraq, xalqımız həmişə
milli azadlığa, istiqlala
can atmışdır".
Ümummilli lider Heydər Əliyev
Ədəbiyyat qəzeti.- 2014.- 9 may.- S.1.