Heydər ƏLİYEV: "Azərbaycan Litva yolu

ilə getməlidir" (22 noyabr 1990-cı il)

     

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyası oldu. Sessiya bu muxtar qurumun adındakı "Sovet Sosialist" sözlərindən imtina edərək onları çıxartdı diyarın Naxçıvan Muxtar Respublikası adlandırılması barədə qərar qəbul etdi. Respublikanın Ali Soveti isə Ali Məclis adlandırıldı. 1918-1920-ci illərdə yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli dövlət bayrağı sessiyanın qərarına əsasən Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı olaraq qəbul edildi.

Bütün Naxçıvan üçün bu taleyüklü qərarların qəbul edilməsindən beş gün sonra - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclası zamanı, fasilədə, Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, yuxarıda sözügedən tarixi sessiyada sədrlik etmiş Heydər ƏLİYEVLƏ görüşdüm o, bir neçə sualımı cavablandırmağa razı oldu.

- Cənab Əliyev, Respublikanın adında dəyişiklik etmək milli bayrağı qaytarmaqla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qərarların qəbul edilməsinə hansı amillər təkan veribdir?

- Bu qərarların qəbul edilməsi Naxçıvanda eləcə bütün Azərbaycanda milli dövlətçiliyi bərpa etmək lüzumundan irəli gəlibdir. Həmin tarixi sessiyadan 2-3 ay qabaq deputatlar yerlərdə seçicilərlə görüşmüşdülər, Respublikanın adında dəyişiklik etmək dövlət bayrağını qaytarmaq məsələsi ilə əlaqədar onların fikrini öyrənmişdilər. Azərbaycanda dövlət idarəedici orqanlarının özünəməxsus ənənəvi adları vardır. Buna görə biz indi ali qanunverici orqanı Ali Sovet yox, Ali Məclis adlandırırıq.

- Qəbul etdiyiniz həmin qərarlara Azərbaycan rəhbərliyinin reaksiyası necə oldu?

- O məsələləri biz hərtərəfli dərindən müzakirə etdik, bir çox deputatlar çıxış etdilər. Nəticədə qərarlar yekdilliklə qəbul olundu, bitərəf qalan yaxud əleyhinə səs verən millət vəkili olmadı.

Azərbaycan əhalisi bu qərarları müsbət qəbul etdi, hətta, deyərdim ki, sevinclə qarşıladı. Azərbaycan Respublikası rəhbərliyinin buna göstərdiyi reaksiya barədə isə xəbərimiz yoxdur. Belə ki, hələlik heç bir rəsmi münasibət olmayıb. Rəhbərlikdən heç kəs Naxçıvanı belə mühüm dəyişikliklər münasibətilə təbrik etməyib. Demək olar ki, biz burada, - Naxçıvanda özümüzü informasiya mühasirəsində hiss edirik. Tarixi qərarların qəbul olunmasından iki gün ötüb keçməsinə baxmayaraq, Azərbaycanın kütləvi məlumat vasitələri hələ susurdu... Yalnız Azərbaycan Prezidentinə, Respublikanın Ali Sovetinə, Nazirlər Kabinetinə bütün kütləvi informasiya vasitələrinə bu cür halla bağlı öz qəti etirazımızı bildirdikdən sonra mətbuatda Naxçıvan barədə az-maz məlumatlar göründü.

- Bu yaxınlarda demisiniz ki, Azərbaycan Litva yolu ilə getməlidir. Bu o deməkdirmi ki, Siz Azərbaycan müstəqilliyinin tərəfdarısınız?

- Bəli, demişəm ki, azadlıq yolunu tutmuş Litva xalqına mən rəğbət həmrəylik hisslərini bəsləyirəm. Moskvanın buna hər cür üsullarla müxtəlif vasitələrlə mane olmaq istədiyini görəndə təəccüblənirəm. Axı Konstitusiyamızda yazılmışdır ki, hər bir respublika SSRİ-dən çıxmaq hüququna malikdir. Sovet İttifaqının siyasi rəhbərliyi bunu dəfələrlə qeyd etmişdir. Odur ki, Litva SSRİ-dən ayrılmaq məsələsini qaldıranda bunun düşməncəsinə qarşılanmasını mən təqdir etmirəm. Azərbaycan dövlətinin gələcəyi məsələsinə gəldikdə isə, düşünürəm ki, Azərbaycan müstəqil demokratik respublika olmalıdır.

- Bu ilin yanvar ayında Bakıda baş vermiş faciəli hadisələrə Sizin münasibətinizi bilmək istərdik. Keçmiş DTK-nın generalı olaraq həmin hadisələrin günahkarlarını adlandıra bilərsinizmi?

- Biz bu məsələni Naxçıvan Muxtar Respublikasının Ali Məclisində müzakirə etdik. İndiyədək Bakıda qüvvədə qalmaqda olan fövqəladə vəziyyət barədə məsələ həmin iclasın gündəminə salınmışdı. Odur ki, yalnız öz adımdan yox, həm bütün Ali Məclisin adından danışa bilərəm. Böyük sayda sovet ordu hissələrinin Bakıya yeridilməsini nəticədə çoxlu insan tələfatına gətirib çıxarmış faciəli hadisələri Ali Məclis qeyri-qanuni hərəkət qəsbkarlıq aktı kimi pislədi, insanlığa humanizmə qarşı törədilmş ağır cinayət olaraq kəskin surətdə ittiham etdi. Bizi təəccübləndirən budur ki, Azərbaycan SSR-in Ali Soveti indiyədək həmin hadisələrə rəsmi qiymət verməmişdir. Ali Sovetin 22 yanvar 1990-cı ildə yaradılmış komissiyası isə bununla bağlı qərar qəbul edilmək üçün heç bir yekun materialı təqdim etməmişdir. Bu, normal hal sayıla bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisi qəbul etdiyi qərarda belə bir bəndin yazılmasını da vacib saymışdır ki, qanlı yanvar hadisələrinin günahkarları mütləq aydınlaşdırılmalı cəzalandırılmalıdır. Ali Məclisin fikrincə, günahkarlar bunlardır:

- SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov, hadisələr zamanı Azərbaycanda olmuş SSRİ-nin bir sıra dövlət rəsmiləri - Sov.İKP MK-nın katibi A. Qirenko, SSRİ Ali Soveti İttifaq Şurasının sabiq sədri Y. Primakov, SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, həmçinin Azərbaycan KP MK-nın keçmiş birinci katibi A. Vəzirov, Azərbaycan SSR Ali Sovetinin sədri E. Qafarova, Azərbaycan SSR Nazirlər Şurasının o vaxtkı sədri A. Mütəllibov (hal-hazırda Azərbaycan SSR-nin prezidentidir - R.M.) Azərbaycan KP MK-nın Büro üzvləri V. Polyaniçko, M. Məmmədov, V. Hüseynov.

- Azərbaycanla Ermənistan arasındakı münaqişə getdikcə daha da güclənir. Sizin fikrinizcə, bu münaqişə kim üçün sərfəlidir?

- Bunun kimə sərfəli olduğunu demək çətindir. Amma aydındır ki, münaqişə Azərbaycan, Ermənistan üçün faydalı deyildir. Vurğulamaq istərdim ki, bu münaqişə erməni millətçilərinin günahı üzündən yaranmışdır. Əhalinin doğma torpaqlardan zorla köçürülməsi heç bir respublika üçün xeyir gətirə bilməz.

- Siz Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvüsünüz uzun müddət SSRİ-nin rəhbərlərindən biri olmusunuz. fikrinizcə, M. Qorbaçov respublikalara yeni İttifaq müqaviləsinə imza atmamaq üçün imkan verəcək, ya yox?

- Mən M. Qorbaçovun yerinə heç deyə bilmərəm. Amma artıq aydındır ki, İttifaqda indiyədək baş vermiş bir çox proseslər Qorbaçovun iradəsinə zidd olaraq gerçəklənibdir. Mən bunu deyərkən, xalq azadlıq hərəkatlarının yaranmasını, respublikaların müstəqillik əldə etmək niyyətlərini sair bu kimi olayları nəzərdə tuturam. Hazırda mövcud olan plüralizmin bəzi məhdudluğuna baxmayaraq, siyasi şərait M.Qorbaçovu xalq iradəsinə tabe olmağa xalq üçün lazım olan qərarlar qəbul etməyə məcbur edir.

- Azərbaycanda olarkən dəfələrlə eşitdik ki, H. Əliyev öz xalqı naminə partiya biletindən imtina etməlidir. Bu sözləri necə dəyərləndirirsiniz?

- Ha, ha, ha, ha... (gülür). Bu, hər bir insanın şəxsi işidir. Məndən artıq soruşublar ki, Azərbaycan SSR Ali Sovetində hansı bloka mənsubam, - kommunistlər yaxud demokratlar blokuna. Mən müstəqil deputatam. Özümü kommunist deputatlar blokuna aid etmirəm. Amma, hələlik demokratlar bloku ilə əlaqələr saxlamıram. Ona görə hər şeyə öz müstəqil baxışım vardır bu baxış bir çox məsələlərdə kommunust partiyasının prinsipləri ilə üst-üstə düşmür. Kommunist partiyasına üzv olmağım isə mənim üçün yalnız bir formallıqdır, ikinci dərəcəli məsələdir.

- 1990-cı il martın 11-də Litva müstəqilliyini bərpa etdi. Buna necə baxırsınız?

- Müsbət baxıram. Bunun tərəfdarıyam. Düşünürəm ki, bu doğru seçimdir.

- Siz bizim Respublikanın perspektivlərini necə görürsünüz?

- Düşünürəm ki, sizin Parlament nəzərdə tutulmuş istiqamətdə fəal inadla işləməlidir. Son vaxtlar sizin deputatlar süstləşiblər, həvəssiz işləyirlər. Eyni zamanda gah bu danışıqları, gah o danışıqları aparırlar, gah da üçüncü danışıqlara başlayırlar... Nəticədə Parlamentin fəaliyyətində yeni-yeni danışıqlar aparmaq kimi bir tendensiya əmələ gəlibdir. Lakin, buna baxmayaraq, mətbuat televiziya xəbərləri göstərir ki, Litva Parlamenti düzgün yolla getdiyinə əmindir.

- Müsahibəyə görə təşəkkür edirəm.

 

 Ədəbiyyat qəzeti.- 2014.- 9 may.- S.3.