Ədəbiyyat dünya

əhalisinin sayını artırır

 

  Lissabon üçün darıxırsınız?

– Problem Lissabondan darıxıb-darıxmamaqla bağlı deyil. Əgər darıxmaq poetik desək, sümüyün sızıldamasıdırsa, düzü, mən indi bu sızıltını hiss etmirəm. Orada çoxlu dostlarım var hərdən onları ziyarət edirəm, ancaq Lissabonda yaşadığım dəhşət ondan ibarətdir ki, orda olanda hara gedəcəyimə qərar verə bilmirəm. Özümə qaranlıqdır ki, qayıtsam, daha orda necə yaşayaram. Orada bir neçə həftə qaldıqdan sonra, əlbəttə, yenə əvvəlki həyatıma öyrəşə bilərəm. Lakin hər zaman bura mümkün qədər tez qayıtmaq barədə düşünürəm. Yaşadığım şəhəri insanlarını sevirəm. vaxtsa buranı tərk etmək ağlıma da gəlmir. Bəlkə tərk edəcəyəm, olsun ki, vaxtsa getmək məcburiyyətində qalacağam, lakin mən belə olsa, iradəmə qarşı çıxacağam.

Lanzatora köçəndə, uzun illər boyu yaşayıb-yaratdığınız mühitdən ayrıldıqdan sonra bura tez uyğunlaşdınız, yoxsa əvvəlki yeriniz üçün darıxırdınız?

Asan uyğunlaşdım. Həyatı mürəkkəbləşdirməyi sevmirəm. Başıma pis ya yaxşı hadisə gəlməsindən asılı olmayaraq, heç vaxt baş verənləri faciəyə çevirməmişəm. Sadəcə anı yaşayıram. Oradan köçəndə, əlbəttə, kədərlənirdim, lakinBaşqa sözlə desəm, indi maraqlı yaşamağın yollarını axtarmıram.

İş rejiminiz necədir? Hər gün yazırsınız?

Məsələn, novella yazarkən hər gün yazıram. Əlbəttə ki, ev işləri, səyahətlə bağlı olaraq bəzi planlarım pozula bilər, lakin, adətən, mütəmadi çalışıram, intizamlı yazıçıyam. Özümü müəyyən edilmiş saatlarla işləməyə məcbur etmirəm, hər gün iki səhifə yazıram. Bu gün səhər yeni əsərimin iki səhifəsini yazdım, sabah da növbəti ikisini yazacağam. Sizə elə gələ bilər ki, gündə iki səhifə azdır, lakin görməli olduğum başqa işlər olurdigər mətnləri yazmaq, məktubları cavablandırmaq; – orası da var ki, bir gündə iki səhifə ildə təxminən səkkiz yüz səhifə deməkdir.

Ancaq nəticədə demək olmaz ki, anormal biriyəm. Qəribə vərdişlərim yoxdur. Hadisələri dramatikləşdirməyi sevmirəm. Hər şeydən əlavə, yazı yazmaq işini romantikaya çevirmirəm. Bəzən hadisələr istədiyim kimi cərəyan etmir, ya da ümumiyyətlə heç alınmır. Bu zaman sadəcə hadisələri olduğu kimi qəbul etməyə çalışıram.

Əsərlərinizin qəhrəmanları barədə deyə bilərsiniz? Onlar heç sizi təəccübləndirirmi?

Bəzi qəhrəmanların öz şəxsi həyatlarının olması müəllifin onların həyatına müdaxilə edə bilməsi məsələsinə inanmıram. Qəhrəmanlar tam müstəqil deyillər. Qəhrəmanlar yazıçının əlində əsirdirlər onlar özləri bunun fərqində deyillər. Sanki bir növ iplə bağlıdırlar, lakin bu ip nisbətən sərbəstdir; qəhrəmanlar azadlıq, müstəqillik xəyalından həzz alırlar, ancaq bir yazıçı kimi mənim istəyim olmadan onlar heç yerə gedə bilməzlər. Belə olarsa, müəllif ipi çəkib deməlidir: Burada mənim sözüm qanundur!

Qəhrəmanlar hər zaman süjetin mərkəzində dayanırlar. Qəhrəmanların tamlığı, bütövlüyü dedikdəonu şəxsiyyətinin, daxili psixologiyasının hərəkətlərində təzahürünü nəzərdə tuturam. Çünki əsərdəki surətlər bir növ şəxsiyyətdirlər. Məsələn, “Hərb sülh”də Nataşa, “Cinayət cəza”da Raskolnikov, “Qırmızı qara”da Julien. Ədəbiyyat dünya əhalisinin sayını artırır. Biz onları sadəcə kitab adlandırdığımız kağızlar toplusu üzərində mövcud olan surətlərtək deyil, həqiqi insanlar kimi təsəvvür edirik. Məncə, bu bütün yazıçıların arzusudurqəhrəmanlarından biri vaxtsahansısa real insanolacaq.

Hansı qəhrəmanınızı “real insankimi görmək istərdiniz?

Düzünü desəm, qəhrəmanlarım – “Rəssamlığın Kalliqrafiyanın əsasları”da rəssam H-danBütün adlar”da Senhor Joseyə qədər hər biri, həqiqətən, həmininsan”lardır. Məncə, bu ona görə belədir ki, qəhrəmanlarımdan heç biri real insanların prototipi deyil. Onlar yalnız fiziki bədənə sahib olmayan xəyali varlıqlardır.

Fikrimcə, “Korluq”dakı həkimin arvadı çox spesifik bir şəxsdir. Bu əsərin ideyası beyninizdə necə yarandı?

Bütün əsərlərimdə olduğu kimi, “Korluqtəsadüfən ağlıma gələn bir ideyadan meydana gəlib. Restoranda idim, sifariş verdiyim yeməyin gəlməsini gözləyirdim, qəflətən beynimdə belə bir sual yarandı: Hamımız kor olsaydıq baş verərdi? Sualıma cavab axtararkən düşündüm ki, biz həqiqətən , koruq. Bu əsərin başlanğıc nöqtəsi idi. Daha sonra, ilkin situasiyaları təsəvvür etdim nəticələrinin meydana çıxmasına şərait yaratdım. Bəlkə qorxulu nəticələr idi, lakin bu məsələdə bir növpoladməntiqi var idi. Korluq”da o qədər çox fantaziya yoxdur, burada sadəcə səbəb nəticə əlaqələrinin sistemli tətbiqinə rast gəlmək olar.

– “Korluqəsərini çox sevirəm, lakin çətin oxunur. Ağır kitabdır, ancaq çox yaxşı tərcümə edilib.

Uzun illər tərcüməçim olan Giovanni Portieronun vəfat etdiyini bilirdiniz?

vaxt?

Fevralda. QİÇS-dən vəfat etdi. Korluqromanını tərcümə edirdi, öləndə artıq tərcümə işini bitirmişdi. Ölümünə yaxın həkimlərinin verdiyi dərmanlar nəticəsində gözləri zəifləməyə başladı. Müalicə alıb bir müddət sonra tərcümə etməyə davam edə, yaxud qəbul etməyərək başqa riskləri gözə ala bilərdi. O isə müalicəsini dayandırıbKorluqromanını tərcümə etdi. Çox təsirli aqibət idi.

Bir az əvvəl qeyd etdiniz ki, “Korluqyazdığınız ən çətin roman olub. Çətinliyiniz kor insana qarşı nümayiş edilən qəddarlığı təsvir etməyinizə baxmayaraq, optimist ruh təlqin etməyinizlə əlaqədar idi?

Mən pessimistəm, lakin başıma güllə çaxacaq qədər yox. Sizin vurğuladığınız qəddarlığa təkcə romanımda yox, dünyanın hər yerində, hər zaman rast gəlinir. Hətta bu dəqiqə belə bizi bəyaz korluq bürüyüb. Korluq, bir növ insanın zehni korluğunun metaforasıdır. Bu korluq Marsdakı qayalıqları araşdırmaq üçün gəmi göndərdiyimiz halda, öz planetimizdəki milyonlarla insanın aclıqdan əziyyət çəkməsinə göz yummaqdır. Biz ya dəliyik, ya da koruq.

Avropada Latın Amerikasında geniş oxucu kütləniz olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatlarında əsərləriniz az oxunur.

Ciddi məsələlər, həqiqətən , amerikalı oxucuların diqqətini cəlb etmir. Ancaq maraqlıdır ki, Amerika Birləşmiş Ştatlarından aldığım rəylər çox müsbətdir.

Tənqidçilərin fikirləri sizin üçün dərəcədə əhəmiyyətlidir?

Mənim üçün vacib olan işimi yaxşı görməkdir. Yaxşı standartlarım var. O standartları da kitabların öz istədiyim üsullarla yazılmasıdır. Bundan sonrası isə həyatdakı bir çox başqa məsələlər kimi məndən asılı deyil. Ana dünyaya övlad gətirir onun üçün hər şeyin ən yaxşısını arzulayır, lakin bu həyat anadan yox, övladdan asılıdır. Uşaq ya həyatını özü quracaq, ya da başqaları onun əvəzinə bunu edəcək. Bu isə bir çox hallarda ananın xəyal etdiyi həyat olmayacaq. Kitablarımın möhtəşəm qarşılanmasını arzulamağım mənasızdır, çünki kitablarımın taleyini oxucularım müəyyənləşdirir.

Bəzən öz-özümə düşünürəm ki, kaş bu planeti heç vaxt tərk etməyəydik. Çünki, kainatın başqa hissələrinə yayılsaq, buradakından fərqli davranmayacağıq. Biz kainatı çirkləndiririk, bir növ virus kimiyik, yaxşı ki, yalnız Yer planetində məskunlaşmışıq.

 

Joze Saramaqo  

 

İngiliscədən tərcümə edən:

Günel Amanova

 

Ədəbiyyat qəzeti.- 2014.- 9 may.- S.13.