Böyük tur

    

Son payız günü

 

Lya minor etüd

 

Yenə çapışır külək atları,

Uçuşan yollara şəfəq yüklənib.

Tökülür havadan payız notları,

YarpaqlarŞur”, “Nəvaüstdə köklənib.

 

Yeləni yelkənə dönmüş o küknar

Necə dərindən çəkir ahını.

Köksü körüklənən tinlər, dalanlar

Ötür fuqasını üsyankar Baxın.

 

Son payız günüdür...bu

gün...son payız,

Qızılsaç gözəllə vida günüdür.

Quşların nəğməsi fəslin son payı,

Payızın bizimlə vida ünüdür.

 

...Hər dəfə payızda düşünürəm ki,

Qədrini bilmədim baharın, yayın.

Qarşıdan qış gəlir... üşənirəm ki,

Gələn son qismətdir, ömrün son payı...

 

Dekabr - 2013

 

***

İl dolanır, günlər gedir payıza

Dağ çayları qız beli tək nazilir.

Zirvələrdə boz qarışıb bəyaza,

Bülbül köçdü, gül sərçəyə naz edir.

 

Necə keçib getdi yaz, heç bilmədik,

Yay yandırdı, qızmarında gülmədik.

Xəzəl xəzan xalısında ilmədir,

O da qalıb ayaq altda əzilir.

 

Bu da ömür örnəyidir, dərsidir,

Boz sərçələr bülbüllərlə bəhs edir.

Oxunan not yazısının tərsidir,

Cır nəğmənin de, bəmi, zili

 

Dadı bumu daddığın son tikənin?!

Ömür adlı hər bir saray tikənin

Zaman gəlir güc-qüvvəti tükənir

Özgə qazır ona son dar mənzili.

 

Oktyabr - 2011

 

***

Şair, əldən düşdüm demə,

Eyzən səni işdə görək.

Çörəyin ki, daşdan çıxır,

Gəmir daşı, dişdə görək.

 

Bal gizlənir hər çiçəkdə,

Həyat şəhdi var pətəkdə.

Sallaşıb qalma ətəkdə,

Səni hər vaxt başda görək.

 

Tər çiçəkdən dər incini,

Dərələrdə dər dincini.

Kim unudar birincini, -

Səni zirvə, qaşda görək.

 

Sərrast de saytal sözünü,

Yormasın yollar dizini.

Elə yaşa yol-rizini

Bu torpaqda, daşda görək.

 

İz qoyanın izi itmir,

Ömür bu dünyayla bitmir.

Demə, yüzə hünər yetmir,

Kaş səni Nuh yaşda görək.

 

Avqust - 2013

 

Dərbənd mövzusunda variasiyalar

 

düşmüsən dərbədər

Bərdədən Dərbəndə qədər?!

Debertsendə ölümün,

Qal elə Dərbənddə gəbər!

 

Dərbənddə ki, dərd dərdin,

Daha orda dərdin.

Bədəl umma Bərdədən,

Durma, dəbər Dərbənddən.

 

Hər dərdim bir qalamdı,

Od vurdun dərd qalandı.

Mərddi Dərbənddə bəndəm,

Dərbənd dərddə qalamdı.

 

Tərəyəm, tərə bəndəm,

Təzəyə bənd, zərə bəndəm.

Dərbənd sipərim olsun

Zalımların zərbindən.

 

Mart - 2014

 

***

 

göydə mələk olmağa

var ki, qardaş!

oğulsan düş aşağı,

yerdə mələk ol...

səmada masmavi

duman içində

pərqu buludların döşəyində

salxım ulduz yanan

sirli boşluqda

gün kimi, ay kimi

mələk doğulur...

boğulur, göyün mələyi

yerdə boğulur!..

 

Avqust - 2003

 

Pikassovari

 

Pəncərəmdə damlalar

Süzülür düzüm-düzüm.

Aynasından gözümə

Qəzəblə baxır üzüm...

 

Dedim, dayan, nəfəs dər,

İstəsən, lap çək ahı.

(Bir sifəti qədər

Görmək olar, ilahi?!)

 

Üzüldüm öz üzümdən...

Başımda atəş çaxdı!

Dün daddığım üzümdən,

Gözümdən çaxır axdı.

 

Fevral – 2014

 

Lirika

 

Bir ölkəni yaraladı

Tir-tir, Kral Liri kəsib.

Mən iki paralanıb

Sevdim səni lirikasız.

 

Sevdim səni gül-çiçəksiz,

Əllərimin yağırıyla.

Düşüb qoşa yanaşı biz

Getdik ömür cığırıyla.

 

mən sənə saray verdim,

sən məndən bağ istədin.

Hər səsinə haray verdim,

Gördün əlim göz üstədi.

 

Yoxdur qızıl balığımız,

Arzulara tez yetirsin.

Var qaraca balağımız,

De, allah bərəkət versin.

 

Qış böyüyər camış olar,

Çəkib bazara sataram.

Cibim pul-parayla dolar,

Sənə təzə don alaram...

 

...Qaldı o uzaq ölkəyə,

Düşdü Kral Liri kasıb.

Havalandı yazıq qoca,

Bacarmadı lirikasız...

 

Avqust - 2013

 

Cəbr-həndəsə dərsləri

 

Həyat misal-məsəllidir,

Suallardır bizi çapan.

Həlli çox az təsəllidir,

Xoşbəxtdirmi cavab tapan ?!

 

Bu tərəzi, bax, bu qapan,

Çıx dur lap üstündə dayan.

Biri tələ, biri qapan...

Çəkənə hər sirrin əyan.

 

Ömür cəbr dərsi imiş,

Yaxşı bilənlər qazanır.

Yeddini vur ona, yetmiş,

Sonra da yüzə uzanır.

 

Həndəsə var, tərsimi,

Mən hər şeyi tərsə qandım.

Çox vaxt o cəbr dərsinin

Cəbrinə dözmədim, yandım...

 

Fevral - 2014

 

Böyük tur

 

Bir ömrü mən bax gör nəyə sərf elədim:

Xırdalayıb hər bir sözü hərf elədim.

qazandım bu sevdada tərk elədim,

Xiridaram, xəzinəyəm, yatıram.

 

Çalar tapdım, rənglər tutdum hər söz- səsdən,

dedimsə yavaş dedim eyzən qəsdən.

Bu gün yenə asta-asta elə pəsdən

Nəğmə ötən kamançayam, ya taram.

 

Bəyənməyən oldu məni, həm bəyənən,

Əsilzadə bir ozanam, mən bəy, əyan...

Çətin qandı ötəriyə boyun əyən,

Hər min qəlbdən yüz ürəyə yatıram.

Mən şöhrəti asan yolla qazanmadım,

Boş alqışa şellənmədim, qızınmadım.

Yalan- şayən bəzək vurub yazammadım,

Bəd gözlərə batan oxam, ya tirəm.

 

Ömür ötdü, qarşıdadır yaxın qürub...

Zirehimdi, çaşdırmasın sizi qürur.

Yaşlaşsam da, dizdə təpər, yenə məğrur

Qaya üstdə dağ qoçuyam, ya turam.

 

Tur dediyin türk sözüdür, rus boqatır,

Böyük turdur, bahadırdı, qüvvətli tur.

Dil dirrikdi, mən cuvaram, sən geri dur,

Hər tağımda istərəm dürr yetirəm.

 

Doğma sözə olmuşam mən eyzən möhtac,

Hər bəladan tək bir sözü bildim əlac.

Söz ki, düşdü, gizlətməyə ehtiyac,

Gecələr dilim altda söz yatıram

 

Astarım yox, içdən-çöldən bir üz-avand,

Arzularım tülək-tərlan, qartal qanad.

Tərk etmədi təni cavan istək, inad,

İnadla da istəyimə yetirəm!...

 

Mart - 2014

 

***

Qışda qar üstündə, yayda qumluqda

Əyri bir çubuqla cızdın adımı.

Mən isə eşqinlə yanan köksümdə

Qızmar bir qarmaqla qazdım adını.

 

Yaz qarı əritdi, qumu sovurdu,

Adımdan bir əsər, bir iz qalmadı.

Mənimsə köksümdə vaxtın çovğunu

Heç bircə hərfi silib çalmadı.

 

Gözümdə, fotolent əksin yox sanı...

Gülüb-ağlayanda qətrə göz yaşı.

Şəklini nagahan aşkarlar ani

Yenə göynəyər qəlbimin başı... `

 

...Bu sevgi dünyası, eşq aləmində

İndi dəbdə deyil məntək kişilər.

Heç kimin işi yox yad ələmində,

Krutoyoğlanlar gəzir dişilər.

 

Odur ki, bu dəbdən düşmüş xislətlə

Özüm bilirəm, gülməliyəm mən.

Neynəmək, görünür bu xasiyyətlə

Sonadək yaşayıb, ölməliyəm mən...

 

İyun - 2013

 

Tilsim

 

Ürəyimin bir tel simi

Heç unutmur bir tilsimi.

Mənə əsir düşdüyün gün

O könüllü təslimini.

 

Bacarmıram daha dedin...

Dözəmmirəm bu əzaba.

istəyirsiniz edin...

Mənimki qaldı Allaha.

 

Öyündüm asan şikarla,

Amma məni sən ovladın! -

O ümidsiz etibarla

Sən ovçunu buxovladın...

 

Yanvar - 2014

 

Çingiz Əlioğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 16 may.- S.4.