Xalq şairi ilə görüş
"Aytam"
uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi 20 ildən çoxdur ki, fəaliyyət
göstərir. Birliyimizin məqsədi hərtərəfli
dünyagörüşünə malik, mədəni-milli
dəyərlərlə zəngin, sözün
əsl mənasında vətəndaş yetişdirilməsinə
nail olmaqdır.
Biz belə hesab edirik
ki, hər bir vətəndaş
özünün bugünkü,
keçmiş mədəni-milli dəyərlərini,
tarixini doğru-dürüst
bilməli, gələcəkdə bu dəyərləri
qoruyub saxlamaqla
yanaşı, onları daha da inkişaf etdirməlidir.
Bu baxımdan biz öz fəaliyyətimizdə muzey-məktəb
əlaqələrinə böyük
önəm veririk. Uşaq
və gəncləri muzeylərə cəlb edərək, onlara öz keçmişimizi, tariximizi
əyani vəsaitlər əsasında öyrədirik.
Birliyimiz fəaliyyəti müddətində
paytaxtımızdakı muzeylərin demək olar
ki, əksəriyyətində çoxlu sayda tədbirlər
keçirib. Belə ki,
Nizami adına Azərbaycan Ədəbiyyatı
muzeyində, Bülbülün ev muzeyində, Şirvanşahlar
qoruq muzeyində, Təhsil muzeyində, Almaniya mədəniyyət mərkəzi və
s. mədəniyyət ocaqlarındakı
tədbirlərimiz böyük maraqla keçib.
"Aytam"
muzey-məktəb əlaqələri işində
paytaxtımızda olan xarici
ölkə mədəniyyət mərkəzləri ilə də
sıx əməkdaşlıq edir. Bu baxımdan Misir Mədəniyyət
Mərkəzi ilə əməkdaşlığımızı
ayrıca qeyd etmək olar.
Xarici ölkə mədəniyyət mərkəzləri ilə
əməkdaşlıq həm uşaqları həmin ölkənin
tarixi, mədəniyyəti ilə
tanış edir, həm də həmin
ölkə vətəndaşlarının bizim
mədəni irsimizə, muzeylərimizə marağını
artırır. Gələcək
işlərimizdə bu əlaqələrin
ölkə hüdudlarından kənara çıxmasına
çalışacağıq.
Muzey-məktəb əlaqələrində
tarix, ədəbiyyat və coğrafiya dərslərinin tədrisində
uşaqların muzeylərə cəlb edilməsi böyük fayda verir. Atalar yaxşı deyib: "Yüz eşitməkdənsə,
bir görmək yaxşıdır". Tədris
olunan materiala aid əyani muzey
eksponatlarından istifadə görmə yaddaşının
köməyi sayəsində, öyrənilən materialın daha yaxşı yadda
qalmasına, dərk edilməsinə səbəb olur.
"Aytam"ın çoxlu sayda istedadlı
uşaq üzvləri vardır. Onlar keçirilən tədbirlərdə
yaxından iştirak edir,
birliyimizə öz töhfələrini
verirlər. Bu uşaqları biz öz birliyimiz
daxilində "Gənc Heydərçilər" də
adlandırırıq. Çünki həmin
uşaqlar ulu öndərimiz
Heydər Əliyev ideyalarından bəhrələnirlər. Biz bu ideyaları öz fəaliyyət yolumuzun
mayakı hesab edirik. Ulu öndər "Dünya
Azərbaycanlılarının Həmrəyliyi" gününü təsis edərək bütün Azərbaycanı həmrəyliyə
səsləyirdi. Bizim birliyimiz
də öz fəaliyyəti daxilində bu böyük həmrəyliyi
məktəblilərimiz arasında imkanı
çatdığı qədər yaymağa,
qüvvətləndirməyə çalışır.
Bu günlərdə Anadolu
Türk liseyində AYB-nin
birinci katibi xalq şairi Fikrət Qoca ilə keçirdiyimiz görüş
də ümumi planımızın tərkib
hissəsi idi.
Tədbiri bu sətirlərin müəllifi
açdı. Görüşdə tələbələr Fikrət Qoca şerindən
parçalar söylədilər.
Sonra “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı çıxış edərək
Fikrət Qoca
yaradıcılığı barədə fikirlərini məclis
iştirakçıları ilə bölüşdü:
- Doğrusu, Fikrət
poeziyasından nümunələri tələbələrin
ifasında dinlədikcə məndə xüsusilə xoş təəssürat yaranırdı. Mənə
əvvəldən yaxşı tanış olan,
dəfələrlə oxuduğum, dəfələrlə
dinlədiyim çox səmimi poetik sətirlər bu yeni nəslin təqdimində sanki yeni bir təravətlə
səslənirdi.
Fikrət
cavanlığından özünə "Qoca"
ləqəbi götürməklə əslində sənətin
qocalığa meydan oxuduğuna
əminliyini bildirmişdi.
Fikrət Qoca poeziyasında həm həyat fəlsəfəsi,
həm də musiqi dolu
lirik duyğular xüsusi əhəmiyyət kəsb edir.
Birinci məqamla bağlı cəmi bir neçə sətirdən ibarət
"Babalarım" şerini
xatırlatmaq istəyirəm:
Biri qaçaq olub -
mərd olub;
Biri qoçaq olub -
mərd olub;
Biri kasıb olub -
mərd olub.
Bəs bu
namərdlər hardandı
-
Bax
bu mənə dərd olub.
Yaxud
gözəl musiqilər
yazılmış neçə
lirik şeirləri dinləyicilərimizə yaxşı
məlumdur. Şəxsən
mənim çox xoşladığım:
"Küsüb məndən
özgələrdən
məni soruşanım mənim…"
misralı şeri bədii sözlə musiqinin vəhdətinə ən yaxşı misaldır.
Fikrət
Qoca poeziyasının
bu kimi nümunələrini
oxuduqca və dinlədikcə onun həqiqətən qocalmaq
yox, daim yazıb-yaratmaq, ucalmaq həvəsinə şahid
olursan.
Burada
onu da qeyd
etmək istəyirəm
ki, Fikrət Qoca xüsusən ədəbiyyatımıza yeni
gəlməkdə olan
gənclərin qələm
təcrübələrini çox
zaman əlyazmasında
oxuyan, onların yazıları barədə
ilk ağsaqqal sözü
deyən və mətbuata təqdim edən azsaylı görkəmli qələm
sahiblərimizdəndir. "Ədəbiyyat qəzeti"ni ardıcıl oxuyan hər kəs bu həqiqəti
təsdiq edə bilər.
Mən
Fikrəti səmimi qəlbdən təbrik edir, ona daha
böyük yaradıcılıq
uğurları, yeni-yeni
sənət sevinci arzulayıram.
Axırda hörmətli
şairimiz Fikrət Qoca çıxış edərək oxucuları maraqlandıran suallara cavab verdi
və məclisin təşkilində çəkdikləri
zəhmətə görə
bütün kollektivə
dərin təşəkkürünü
bildirdi.
Aygün
Zamanlı
Ədəbiyyat
qəzeti.- 2014.- 10 yanvar.- S.8.