Şəhidlər
Poemadan parça
Qatil gülləsinə qurban
gedirkən
Gözünü sabaha dikdi şəhidlər;
Üç rəngli bayrağı öz
qanlarıyla
Vətən
torpağına çəkdi şəhidlər.
Zalim öyünməsin zülümləriylə,
—
Min bir böhtanıyla,
min bir şəriylə;
Həqiqət uğrunda
ölümləriylə
Ölümü
kamına çəkdi
şəhidlər.
O şənbə gecəsi,
o qətl günü,
—
Mümkünə döndərdik
çox namümkünü;
Xalqın qəlbindəki
qorxu mülkünü
O gecə dağıdıb
sökdü şəhidlər.
Tarixi yaşadıb
diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də;
Yıxıb köləliyi
ürəyimizdə
Cəsarət
mülkünü tikdi
şəhidlər.
...İnsan insan
olur öz hünəriylə,
Millət millət
olur xeyri, şəriylə;
Torpağın bağrına
cəsədləriylə
Azadlıq
tumunu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə
Ədəbiyyat
qəzeti.- 2014.- 17 yanvar.- S.1.