Təbrizim
Səni gördüm, yenə könlüm
açıldı,
Düşdü burda yada
Şuşam, Təbrizim.
Elə bil ki, yaralandım sinəmdən
Sənə neçə
nəğmə qoşam, Təbrizim.
Ürəyimi namərd
oxu deşibdi,
Dərd
bağlayıb qəlbim dərddən şişibdi
Qismətimə
ayrılıqlar düşübdü,
Mən burda da qərib quşam, Təbrizim.
Bir zamanlar Təbriz deyib ağlardım,
Öz ahımla neçə sinə
dağlardım.
Bir bulaq tək bu dərd ilə çağlardım,
Bilməm indi
necə coşam, Təbrizim!
Təbriz arzum,
təmiz eşqim, diləyim,
Şuşa
mənim yaralanmış
ürəyim.
Mən vətənsiz
axı nəyəm, kiməm, kim?
Quru topraq, cansız daşam, Təbrizim!
Arzularım yanıb
külə dönübdür,
Göz
yaşlarım qanlı
selə dönübdür.
Tanrım,
üzün niyə belə dönübdür?
Ümüdlərim dəyib daşa, Təbrizim!
Tarixdə çox
sərtləşməyin olubdu,
Sərtləşməyin, mərdləşməyin olubdu
Heç
Şuşamla dərdləşməyin
olubdu?
Düşürmü
heç yada Şuşam, Təbrizim?!
Dünya
Nə sığala,
nə tumara ehtiyacı var,
Ha sığalla, ha tumarla
- kələkdi dünya.
İblislərə iblis kimi görünür
elə,
Mələklərin
gözlərində mələkdi
dünya.
Atdan düşüb atlananlar düşəcək
atdan,
Odda
yanıb qovrulanlar qaçacaq oddan.
“Mənəm” - deyən
çox kişilər
çıxacaq yaddan,
Ələnəcək
bircə-bircə, ələkdi
dünya.
Bülbül kimi
dil-dil ötər - dil çata bilməz,
Dəli-dolu dağ
çayıdı - sel
çata bilməz,
Tozanaqlı bir
atlıdı yel çata bilməz,
Hərdən
yorğun bir qarıdı, ipəkdi dünya.
İskəndər tək zülmətlərə
yol açanı var,
Rüstəm
Zal tək meydanlarda qol açanı var.
Qocası var,
cavanı var, dil açanı var,
Şair demiş:
bəzən sərtdi,
kövrəkdi dünya.
Xeyir doğar, şər çıxarar
yolların üstə,
Dilliləri
dil çıxarar lalların üstə.
Vaxtsız tökər
kallarını kalların
üstə,
Çərxi
tərsə fırlanan
bir fələkdi dünya.
Söz deyirəm
oyalayır sözümü
oyur,
Barmağını
qoşa tutur - gözümü oyur.
Əyriləri
başa çəkir,
düzümü oyur.
Qollarımı
sarımağa bələkdi
dünya.
Min fitnəsi, min feli
var uymaq olmayır,
Özü
qonaq-qaralıdı, qonaq
olmayır.
Acısı da
şirin dadır - doymaq olmayır,
Dərd-səriylə
balla dolu pətəkdi dünya.
Sənə, mənə
dərdi tanış,
kədəri tanış,
Dörd bir
yana çapdığımız
kəhəri tanış.
Ayı, günü,
hər axşamı, səhəri tanış,
Bərk
tutmuşuq ətəyindən
- ətəkdi dünya.
Duyğusuzlar duya
bilmir duyğusu vardır,
Tanrı
qurub, pozulmayan qurğusu vardır.
Ürək kimi
döyünür o - vurğusu
vardır,
Ürəkliyə,
ürəksizə ürəkdi
dünya.
Bu günəş
Qalxıb yuxusundan
Tanrı eşqinə
Zülmətin
bağrını sökür
bu günəş.
Qızılı saçını
darayıb qız tək
Nazını
dünyaya tökür
bu günəş.
Nurlu gülüşüylə
yuyunur cahan,
Yenə
əsirgəmir şəfqətin
bir an.
Sevdiyi dünyaya
qızıl saplardan
Qızılı
bir paltar tikir bu günəş.
Dünyanın yorulmaz
sarvanıdır o,
Milyon il yol gedən
karvanıdır o.
Dünyanın ən
ulu bağbanıdır
o,
Könlü
nə istəsə “əkir” bu günəş.
Zülmət gecələri
gündüz eyləyir,
Hər
nə eyləyirsə
o düz eyləyir.
Yanır, nə
usanır, nə söz eyləyir,
Yanır
başım üstə
şükür, bu günəş.
Əbədi şamıdır
ulu cahanın,
Tanrı
sevgisi var onda, inanın.
Tanrı övladıdır...
bütün dünyanın
Bu eşqlə nazını çəkir
bu günəş.
Hər şeyin sonu var...
Hər şeyin
sonu var həyatda, gülüm,
Əbədi
deyil ki, gülüş də, qəm də.
Belə qalmayacaq,
quruyacaqdır,
Qəmli
gözlərində görünən
nəm də.
Gecəli-gündüzlü dünyamız kimi
Qəmin,
sevincin də iki üzü var.
Ağlayan ömürlük
ağlamayacaq,
Hər
gün gülən kəs də bir gün ağlayar.
Bir azca kədər
qat gülüşlərinə,
Sevinc
payın olsun kədərində də.
Axşamlar günəşli
səhəri düşün,
Gecəni
unutma səhərində
də.
Həyat var
ilanın zəhərində
də,
Zəhərdə
qoşadır həyatla
ölüm.
Sevincin bir
ucu qəmə doğrudur,
Qəmin
sonunda da sevinc var, gülüm.
Hər şeyin
sonu var həyatda, gülüm,
Əbədi
deyil ki, gülüş də, qəm də.
Gecəli-gündüzlü dünyamız kimi
Qəm,
sevinc qoşadır ürəyimizdə.
Asim Yadigar
Ədəbiyyat
qəzeti.- 2014.- 17 yanvar.- S.6.