İynənin ucunda işıq durursa…
Ramiz Məmmədzadə. "Ümid kitabı". "Yazıçı" - 2014
Gəncliyimizdə
düşüncələrimizi meydana gətirən
bütün mövzuların sevgiylə
bağlı olduğunu söyləyən
dahi alim Albert Eynşteyn eyni zamanda fərqində idi ki, sonraları isə bütün sevgilərimiz düşüncələrimiz
olur…
Şair Ramiz Məmmədzadənin
"Yazıçı" nəşriyyatında yenicə
işıq üzü görmüş
"Ümid kitabı"na daxil edilən şeirlərin oxucu
yaddaşında oyatdığı təəssüratlar da bu deyilənlərlə
həmahəngdi və əlbəəl xalq
şairi Məmməd Arazın bir məşhur deyimini yada salır ki, "ümid nə yaxşıdı, ümidlə sönən məhəbbət
qayıdır, sevgi qayıdır".
Hər
dəfə qayıdan, qayıdıb öz
yamacına, məcrasına baş qoyan və ümidli bir sədaqətə tapınan dünyanın
poetik ifadələridi şairin
"Ümid kitabı"na daxil
edilən şeirlər. Şair Fəhminin, ilhamının həmişə
cavanlığı ilə peşəkarlığın bir məcrada araya qoyduğu
könül meyvələridi bu şeirlər:
Kədərlənmə,
könlüm, qəm vaxtı deyil,
Sevda
var, sevgi var, aşiq var hələ.
Dünya zülmətlərin
paytaxtı deyil,
İynənin ucunda
işıq var hələ -
misralarının poetik gəlimi bu deyilənlərin qaynaqlandığı məqamı
bütün incəliyinə
qədər ifadə edir.
R.Məmmədzadə
poeziyasının ruhu
bütövlükdə onun
öz şair obrazını çox anlamalı, özü də doğma, unudulmaz cizgilərlə ortaya qoyur. Səmimi bir şair şükranlığıdı
ki, onun poetik səsini, nəfəsini otlar eşidirsə, quşlar hənirinə hənir verirsə, daha nə lazımdı xoşbəxt olmağa?.. O yaradılan ki, yaradanını ifadə edir, ona bənzəyir, onun həyat məramının, yaşam
tərzinin ifadəçisinə
dönür, deməli
o yaranmış pərəstişə
layiqdi, örnəkdi.
Ramiz müəllimin şeirləri
məhz bu missiyanın daşıyıcıları
olaraq yadda qalır. Bu bənzəyiş
şairin özünün
də ən çox qürur duyduğu bir ömür yoludu:
Özümə oxşayır
yazdığım şeir,
Bir az
narahatdı, bir az nahamar.
Hər kəlməm,
hər sətrim "bu, sənsən" - deyir,
Mənə oxşamasa
mənə dərd olar…
Yaxşı
olanı odur ki, R. Məmmədzadə öz poetik dünyasında ənənəyə
sadiqdi, yeni poeziya texnologiyalarından yetərincə bəhrələnir
və öz üslubunun nəfəs ilkinliyini əsl valideyn ilkinliyi ilə qoruya bilir. Bu mənada onun şeirləri həm gəncliyin səsi, həm ahıllığın məntiqi
formulu daxilində şəkillənir, oxunur
və yeni nəfəsi ilə diqqəti çəkir:
Nə qəm,
bəxtim güləcəksə,
Ömrə bahar
gələcəksə…
Mən çəkəni
quzu çəksə
Dönüb qurd
olar, qurd olar -
misralarının dinamikliyi çağdaş
və klassik poeziya gəlişmələrinin
ortaq məxrəcindən
xəbər verirsə,
daşıdığı fikir
yükü artıq klassik Şərq təfəkkürünün dünyagörüşlüyündən
irəli gəlir. Bu səbəbdən də oxucu Ramiz
müəllimin günəş
ümidini, bahar ümidini, bulaq ümidini qırmağın
hər rüzgarın
işi olmayacağına
inamlıdı. Bu inamı
şairin sevgi ümidləri haqlayır,
torpaq ümidi, gerçək ümidi, qəhrəman ümidi səsinə səs verir və bu
ümidlərin Allahın
əlində olması
toxtaqlığı oxucunun
özünü də
inandırır ki, əvvəl-axır dünyamız
öz dinc, sakit, qorxu-hürküsüz
aləminə, yaşamına
qovuşacaq, zindan ömrü yaşayanların
çəkicə dönməyə
ömrü yetəcək.
Bu misralar necə də həyati, səmimi və reallığın sərt
üzü kimidi:
Kəpənək bəxtim,
hardasan,
Burub
ha baxdım, hardasan?
Ölməyə vaxtım,
hardasan,
Qalmağa
həvəsim hanı?!
Eləcə də
bir az
öncəki misralar:
Qapımı döyən
küləkdi,
Başım
üstə fələklərdi.
Kimə söyləyim
bu dərdi,
Hanı
filankəsim, hanı?
Tanınmış
şair Əlisəmid
Kürün redaktorluğu
ilə işıq üzü görən kitab müəllifin "Redaktorla razılaşdım"
yazısı ilə açılır. Sonra
gəlir "Bu bayraq"
şerinin yaddaşa nəqşlənən misraları:
Bu bayraq
Şəfəqlər kimi
bərq vurar,
Sönməz bu
bayraq,
Zirvələrdə cilvələnər,
Enməz bu
bayraq!..
Bayraq
sevgisi bol olan şairin şeri könülləri
titrədən olur. O səbəbdən də maraqla oxunur Ramiz Məmmədzadənin
"Ümid kitabı".
Annotasiyada da deyildiyi kimi, səmimi, kövrək, obrazlı, hər şeydən əvvəl isə özünəməxsus…
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2014.- 17 yanvar.- S.7.