Gülxani Pənah və Tural Məzahiroğlunun
“Azərbaycan ədəbiyyatında detektiv janr”
(Çingiz Abdullayevin yaradıcılığı əsasında)
kitabının təqdimat mərasimi
Yanvarın 15-də Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda Gülxani Pənah
və Tural Məzahiroğlunun həmmüəllifliyi
ilə “MSA” nəşriyyatında çap
olunmuş “Azərbaycan ədəbiyyatında
detektiv janr” (Çingiz Abdullayevin
yaradıcılığı əsasında) kitabının təqdimat
mərasimi keçirildi.
Kitabda Azərbaycan və dünya
ədəbi prosesində detektiv əsərlər
müəllifi kimi tanınan Çingiz Abdullayevin
xüsusilə siyasi detektiv
janrın inkişafında rolu tədqiqata
cəlb edilir. Dünya şöhrətli
Azərbaycan yazıçısının müasir
ədəbi prosesdə rolu, qlobal dünyada baş verən proseslərin Azərbaycan ədədbiyyatında
əksi, dünya oxucularının bu əsərlərə marağı,
yazıçının detektiv əsərlər
müəllifi kimi dünya
detektiv yanrının inkişafında tutduğu yer müəyyənləşdirilir.
Kitabın elmi redaktorları Cəlal Abdullayev, İfrat
Əliyeva, Qəzənfər Paşayevdir.
Tədbiri
giriş sözü
ilə açan Çingiz
Abdullayev yaradıcılığı əsasında
kitab qələmə alan
müəlliflərə öz təşəkkürünü
bildirdi, əsərlərinin geniş oxucu kütləsi
tərəfindən oxunmasını yazıçının
xöşbəxtliyi kimi dəyərləndirdi.
Gülxani Pənah çıxışında
kitabın Azərbaycan ədəbi prosesində detektiv janrın araşdırılması cəhətdən
Azərbaycan ədəbiyyatşünaslığına dəyərli
töhfə olduğunu dedi:
“Kitabda Azərbaycan ədəbi
prosesində detektiv janr,
onun inkişafı yolları
araşdırılır, dünya ədəbi
prosesində mövcud olan
detektiv janrla
müqayisəli şəkildə tədqiqata cəlb edilir, detektiv əsərlər
müəllifi Çingiz Abdullayevin
yaradıcılıq yolu, onun
sənətkarlıq keyfiyyətləri təhlil və tədqiqini
tapır”.
Tədbirdə “Mərhəmət
elçisi” jurnalının baş redaktoru Şakir Əhmədli yazıçı Çingiz Abdullayevə “Fəxri diplom” təqdim etdi.
Təqdimat mərasimində
Tural Məzahiroğlu
çıxış edərək kitabın araya-ərsəyə
gəlməsində yardımçı olan
Gülxani Pənaha, Çingiz
Abdullayevə təşəkkürünü bildirdi.
Mərasimdə
Natəvan Dəmirçioğlu, İlqar
Fəhmi, Fariz Çobanoğlu, Zəminə
Xınalı, Oqtay Rza,
Maarif Soltan, Xəyal Rza çıxış edərək detektiv əsərlər müəllifi Çingiz Abdullayevin
yaradıcılığından, təqdim olunan
kitabın məziyyətlərindən söz
açdılar, müəlliflərə yaradıcılıq uğurları
arzuladılar.
Tədbirin sonunda çıxış edən Gülxani Pənah təqdimat mərasiminin
keçirilməsinə yaratdıqları şəraitə
görə Azərbaycan Yazıçılar Birliyinin
rəhbərliyinə, iştirakçılara təşəkkürünü
bildirdi.
M.Qənbərova
Ədəbiyyat
qəzeti.- 2014.- 17 yanvar.- S.8.