Qürbət notları
Məhəmməd Əmin Rəsulzadə-130
XX əsrin
əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti məlum səbəblər nəticəsində
bolşeviklərin əlinə keçəndən sonra
günahsız insanlara qarşı repressiya başlandı.
20-ci illərin əvvəllərindən başlanan və 30-cu
illərin sonuna qədər davam edən bu repressiya on minlərlə
insanın məhvinə səbəb oldu. Azərbaycan Xalq
Cümhuriyyəti zamanı nəinki məsul vəzifələrdə
çalışmış, hətta sadə insanlar da
bolşeviklər tərəfindən müxtəlif
üsullarla ya qətlə yetirilir və yaxud da Rusiyanın
insan ayağı dəyməyən şaxtalı yerlərinə
sürgün edilirdilər. Həmin hadisələrdən sonra
bir çox müttəfiq respublikalar kimi, Azərbaycanda da
mühacirət həyatı durmadan artmağa başladı. Əksər
mühacirət etmiş insanların həyatı yad ölkələrdə
heç də yaxşı keçməmiş, uzun müddət
ya bolşeviklərin məxfi idarələri tərəfindən
məhv edilmiş, ya təqiblərə məruz
qalmış, ya da uzun müddət ehtiyac içində
yaşamışlar. Həmin mühacirət həyatı
yaşamağa məcbur olanlardan, Azərbaycan milli istiqlal hərəkatının
və təkcə türk ellərində deyil, bütün
islam aləmində ilk respublika kimi tanınmış Azərbaycan
Xalq Cümhuriyyətinin təməl daşını quran,
sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli
hadisələrlə dolu olan, xalqımızın
ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadə
və yazıçı, jurnalist, politoloq, redaktor, dahi bəstəkar
Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı
Ceyhun bəy Hacıbəyli olmuşdur.
Bu
iki böyük şəxs müxtəlif şəkildə
mühacirət həyatı yaşamışlar. Tale M.Ə.Rəsulzadəni
dünyanın bir çox ölkələrində, Ceyhun bəyi
isə fransada yaşamağa məcbur etmişdi. Qeyd edək
ki, bu iki böyük şəxs bir-birindən min kilometrlərlə
ayrı yaşasalar da, məktublarının məzmunundan
aydın olur ki, onlar həmişə sıx əlaqə
saxlamışlar.
1921-1942-ci
illərin hadisələrini əks etdirən məktublarda
umu-küsülər, şikayətlər, haqsızlıqlar,
ağır həyat tərzi ilə yanaşı mətbuat səhifələrində
Azərbaycanla bağlı dərc olanan yazılar, vətəndə
gedən hadisələr həmişə onların diqqət mərkəzində
olmuşdur.
Təəssüflə
qeyd edək ki, məktubların bəziləri sona qədər
əlimizə gəlib çatmamışdır. Lakin əlimizdə
olan məktubların geniş marağa səbəb
olacağını nəzərə alıb, biz onları ərəb
qrafikasından müasir əlifbaya çevirib, “Ədəbiyyat
qəzeti” vasitəsi ilə oxucuları tanış etməyi
özümüzə borc bildik.
Aslan
Kənan
Məhəmməd
Əmin
Rəsulzadənin
Ceyhun
bəy Hacıbəyliyə
məktubları
Əzizim Ceyhun bəy!
Göndərdiyiniz notu aldım. Çox təşəkkür
edirəm: mail olsaydı, onun qoftəsini də göndərəydiniz.
31 mart tarixli məktubunuza vaxtında cavab vermək
mümkün olmadı. Şimdi artıq bu məsələ həll
edilmişdir. Nə illa ki, bunun həllində siz də bizzat
iştirak etmişsiniz və əlxeyr fi mavəqədirlər.
Şimdi artıq fəaliyyətə
başlamalıdır. İşləri inşallah gətirməlidir.
Məcmuəni sizə
göndəriyoruz. Yəqin ki, alırsınız. Ara-sıra
yazarsınız, ehtiva oluruz.
Quzum, münasibəti gəlmişkən
bir şeyi qeyd edəyim. Bənə burada bəzi
yazılarıma üzdən bəri “Azəri” imza deyə
atıyorım. Siz də orada “Azəri”
imzası ilə yazıyorsunuz. Bu iltibasi
mucib oluyor. Bunu tənzim edərmiyiz?
Baqi ərzi-salam. Zöhrə
xanıma ərzi-hörmət. Çocuqların
gözlərindən öpürəm.
Məhəmməd Əmin. 7 mayis
Əzizim Ceyhun bəy!
İstanbula virudumdan bir neçə
gün sonra Rüfət Paşa ilə görüşdüm. Bəni son dərəcədə səmimi və
sıcaq qəbul etdi. Kəndisilə bizim
üçün pək mühüm xüsuslarda
görüşə bildim. Burada qəzetə
çıxarmaq mümkün olacaq. fəqət
təşkilat bulundurmaq, rəsmən mümkün
olmayacaqdır, məlum səbəbə görə.
Xüsusi olaraq Şəfi bəylə
görüşdüm. Sənin projeni kəndisinə dedim. Onu da yaymaq mümkün olacaqmış. Burada bəzi qəzetəçilərlə də
görüşdüm. Rusiya haqqında bəndən
məqalələr istədilər. Bu
günlərdə Ankarada çıxan bir həftəlik qəzetəyə
bolşevizm haqqında məqalələr yazmaya
başliyacağım.
Konsulxanamız məsələsi fəci
bir surətdə bitmişdir. Haşım
bəyin yeni adresini yazınız. Küçənin
adı və nömrəsi xatirimdə qalmamışdır.
Mir Təqiyə və Mehdiyə məxsusi salam
Həmçinin Əkbər ağaya.
Əzizim Ceyhun!
Mahmud bəy Zeynalov vasitəsilə
göndərdiginiz məktub mənə daxil
olmamışdır. Bu kərə Qasım
Qasımov vasitəsilə yazdığınız məktubu
aldım. Görünür ki, Helsinqforsdan
Parisə sizin adresə göndərdigim kartpostalıda
almamışsınız. Sizin və
Zöhrə xanımın vaqe olan dəvətlərinə təşəkkür
edərim. Dəvətinizdən istifadə
etmək xəyalındayam. Qasımla bərabər
bu günlərdə o tərəflərə gələriz.
Şübhəsiz, gələcəyimizi ba
teleqrafla sizə əvvəlcə xəbər verəriz.
İnşallah görüşdükdə
söyləşər, həsbi-hal edəriz. Zatən Parisə getmək əzmim dəxi var. Parisdən
əvvəl sizinlə görüşməm iyi olur zənnindəyəm.
Zöhrə xanımın əllərini
öpürəm.
Hələlik xudahafiz.
Məhəmməd Əmin
5 oktyabr 1922.
Adresim: Berlin 15
Dyusburqer ştrasse 12
Beifran Behm
B.T. Bu kağızı yazıb zərfə
qoymuşdum ki, Helsinkforsa gəlib də bəni bulmamış
və oradan arxamca göndərmiş məktubları gətirdi. Onlar miyanında sizin də məktubunuz vardı.
Bu məktubun mənə gec daxil olduğuna təəssüf
etdim. Anlaşıldı ki, mənim kartım
sizə yetişmişsə hər halda
görüşürüz. Mümkün
olursa sizinlə bərabər oradan Parisə də gedəriz.
Bənim burada görüləcək işim az
qalmışdır.
Məhəmməd Əmin
Əzizim Ceyhun!
10 təşrini-əvvəl tarixli məktubunuzu
aldım. Bu ayın 13-də işlərimi
bitirəcəgəm. 14-də axşam
(şənbə günü) sizə doğru hərəkət
edə biləcəgəm. Siz də səfərinizi
bir-iki gün daha gecikdirsəniz sizinlə bərabər Parisə
gedəriz.
Çıxarkən əlbəttə ki,
sizə teleqram edərəm. Mahmud bəydən
də sordum. Bənə verilmək
üçün sizdən kağız almamışdır,
deyir, həm Almaniyada boylə bir işin fəqərəsinə
heyrət ediyor. Ağaqasımın
silahı vardır.
Zöhrə xanıma salam.
Dostluqla, Məhəmməd Əmin
Birlik 21 oktyabr 1922
B.T. Parisə getmək üçün Əlimərdan
bəydən viza istəmək üzrə kəndilərinə
müraciət eləmişdim. Bu
günə qədər cavab yoxdur. Oraya gəldikdən
sonra viza almaq qabil olacaqmı?
Məhəmməd Əmin
***
Məclisi-müəssisan qrupu əzl
etdikdən sonra bitərəf qrupu iskandal ilə həsb eləmişdir. Sözləri də bu imiş ki, bu adamın pis
olduğuna biz qaneyiz. Ancaq neçün
komitə bizə demədən hərəkət ediyor.
Bizsiz adam təyin ediyor. Nəticədə
hökuməti-milliyə konsulxananın səddinə əmr
vermişdir. Bu münasibətlə
Haşım bəy “Tərcüman”a bir intervyu verərək
İstanbul məmsəlliyindən Paris heyətinin ermənilər
leyhinə yapdığı demarşından bəhs eləmişdir.
Rüfət Paşa ilə görüşərkən
bən Azərbaycan macərasından, o da Paris müahidəsindən
şikvələndik. Ah, əgər bu müahidə
olmasaydı, işimiz nə qolay olacaqdır.
Burada məişət Avropa kibi rahət
degil. Rütubətdir. Oradan
ucuz da degil, fəqət baha da gəlməz.
Hamıya kağız yazmaq istəyirəm. Fəqət bu günlər vaxtım yoxdur. Onun üçün bu kağızın məzmununu
yoldaşlara bildir. Daha təfsilli olaraq
sonra yazaram. Sizə bəzi qəzetə
nüsxələri də göndərirəm. Mümkünsə, heyət üçün “Tayn” qəzetəsinə
abunə olunuz. Konfransdan pək
mühüm atçotlar verir.
Uşaqların halı nasıldır? Gözlərindən öpürəm. Zəhra
xanıma salam. Hələlik
bu qədər.
Məhəmməd Əmin
İstanbul, 21 dekabr
Adresim boylə: Kanstantinopele İstanbul
Cığaloğlunda Səlim bəy apartımant
Rəsulzadə Məhəmməd Əmin
bəy.
Əzizim Ceyhun!
“Yeni Qafqasiya”nın son nüsxəsində
Azərbaycanda yeni tövqifat icra edildigini görəcəksiniz.
Təfsilat olmaq üzrə yazmalıyım.
Səhər düşməz Əli Yusifi də
həbs eləmişlərdir. Zavallını
çox dögüyorlarmiş. Kəndi
israr almaq istəyorlarmış. Ələlümum
“Çəqa” çox vəhşət ibraz ediyor. Məqsədləri cəbrən qurultaya dəvət
etdirib də firqəyə “etlal” etdirməkdir. Bir çoxları var ki, firqəyə rəsmən
intisab etmədikləri halda işgəncəyə məruz
qalıyor və firqəyə “istefa” etdiriliyorlar. Bu sürətlə istefa etdirilənlər sonra ən
qatı firqəçi olub çıxıyorlar. Bu xüsusda Avropada mətbuatın nəşriyyatda
bulunmaya səy edəsiz. Əlimərdan bəy
əfəndi də protesto göndərsə müvafiq olur.
Yalnız protestoda dostlar zikr edilsə, daha iyi
olur. Şair Cavad zavallını yeni
şeirlərindən dolayı həbs etmişlər və kəndisinə
əzab veriyorlar. Sənin son məqaləni
aldım. fəqət bu həftə
məmləkətdən gələn yazıları
şöylə etməklə məşğul olduğumdan
hazır olan yazıları mətbəəyə verdim. Tərcümə və təsmiyə vaxtım
qalmadı. Bir də əzizim, oruya siyasətindən
yazılacaq məqalələri qarelərin yövmü qəzetələrdən
almıyacaqları materiallarla təqdim edilərsə, daha
müqəyyəd olur zənnindəyəm.
Sən bənə “Yeni Qafqasiya”nı
Fransada intişar etdirmək üçün vasitələr
göstərəcəkdin. Ona intizar ediyorim.“Yeni
Qafqasiya” bu günə qədər gürcülərlə bir
az münasibət ediyorlardı. Şimdi isə təmamilə müavinətsiz
qalmışdır. Böhran halı
keçirməkdədir. Binaənileyh abunə
qeydinə vəsatət edərsiniz iyi olur. Şimdi sənəlik abunəsi xaric
üçün 15 dollardır.
Baqi əhli salam. Zöhrə
xanıma salam. Çocuqların
gözlərindən öpürəm.
Məhəmməd Əmin
17.II.1924
Əzizim Ceyhun!
Çoxdandır sizə məktub
yazmadım. Qüsuruma
baxmıyacağınızı ümid edirəm. Əkbər ağa vasitəsilə göndərdiginiz
bir neçə dolları aldım. Hər
kəs sizin qədər vəzifəşünas olsaydı, bəlkə
də “Yeni Qafqasiya” bu qədər şiddətlə böhran
keçirməzdi. Fəqət arkadaşım, bən
sizə qarşı bir az qüsurluyam. Fəqət bilməlisiniz imkan çox məhduddur.
Bəzən buraya gəlmək fikrində olub
bir işin aramaqda olduğunuzu duyuluram. Fəqət
nə çarə ki, buradakı arkadaşlar belə isə
bulmaqdan acizdirlər. Mirzənin işi də
ki, daha əsaslanmaqdır. Sonra Muradın Vəzirovla
görüşmək, məktubların birində
yazmışdınız. Fəqət belə
burada ikən onunla heç görüşməmiş kimiyəm.
Siz ara-sıra məktub yazınız. Bənim fitəntəhən cavab
yazamadığıma məna verməyiniz. Mühüm gördüyünüz məsələ
və həvadisi “Yeni Qafqasiya” itirməgə müzayiqə
etməyiniz. Götürdügün məqalələrdən
bir qisminin dərc olunduğu sizi fikirmi etdi? Etməsin. Fransızca qəzetə
və məcmuələrdə Azərbaycana aid bir şey
oldusa, bizə göndəriniz. Avropa mətbuatında Azərbaycana
aid intişar edən yazıların dərc
olunması daxildəkilər üzərinə baqi sədayi-təsir
ediyor.
Məmləkətdən gələn xəbərləri
“Yeni Qafqasiya”da oxuyursunuz. Son günlərdə on bir
dəgərli gənci bir çox işgəncələrdən
sonra Rusiyaya nəql elədilər. Onların
yanında Əli Yusif də vardır. Bolşeviklərin
kəndi aralarından milliyyətçilər
çıxmışdır. Onlara
qarşı da şiddətli tədabir görülüyor.
Təfsilatını görəcəksiniz.
Bizi də burada rahat qoymaq istəmiyorlar. Bolşevik mətbuatı dəxi “Yeni Qafqasiya” ilə
münaqişə ediyor. Gərək heyət
və gərək şəxsə aid bir çox nəşriyatda
və əfsadatda bulunuyorlar. Hətta “Əkinçi”
qəzetəsinin əlavəsi olaraq “O kimdir?” ünvanı ilə
bir mənzumə belə nəşr eləmişlərdir.
Onlar kəndi əməllərincə bizi
“diskreditə” etmək istiyorlar. Halbuki,
bizim üçün reklam yapanlarının fərqində
deyildirlər. Baku qəzetələri bizim
İstanbuldan trufəri istiyor. Xaricdəki
nəşriyyatın ora düşən qanunsuz hər kəsi
təqdir ediyor. Milli bolşeviklərdən biri
deyirmiş ki: bu nəşriyyat olmasa idi Moskva milliləşdirmək
məsələsinin bəlkə də heç mövqeyi-heyət
etməyəcəkdir.
Berlindəki gənclərimiz məsələ ilə və
məcmuə ilə çox əlaqədar oluyorsuz, halbuki
Paris uyuyur: nə səs var, nə səda. Sizə
rica ediyoram. Oradakı tələbələrindən
və digər vətəndaşlarından adreslərini mənə
gödərsə idi, bən sizin təklifinizi vəchlə kəndilərinə
məcmuə göndərir idim. Qasım
Qasımov oradamıdır? Mir Yaqub
nasıldır? Başqaları nə
haldadır? Çocuqlar nə
yapıyorlar? Ceyçik
böyümüşmü, ona genə “bebi” demək kəndisini
caizmidir. Gözlərindən öpürəm.
Zəhra xanıma əslən ehtiram edirəm.
Baqi ərzi-salam. Məktubuna
intizarlıyam.
Məhəmməd Əmin
26 temmuz 1924 il. İstanbul
Əzizim Ceyhun!
Sizə çoxdan məktub
yazmadığıma məqruzəm. Fəqət
səbəbi sizdən yeni adresiniz və dair bir xəbər
almaq intizari idi. Eşitdim ki, Berlinə nəql
eləmişsiniz. Bəklədim yeni
adresinizi bildirəsiniz. Fəqət sonuna qədər
gözliyəmədim. Məcmuə
çıxması münasibətilə bu kağızı
yazıyoram. Ticarəti məsail
üçün Şəfi bəy ilə
görüşdüm. Bilavasitə kəndisi
ilə mükatibə edərsən. Daha
iyi anlaşırsınız. O əlindən gəldiyi qədər
türklərə müştərək iş yapmaq istiyor və
hətta sizə məktub belə yazmış, cavab
alamamışdır.
Məcmuədə görəcəginiz
İslam bəyin bilməm sizə nəsihəti varmı? Məktubumda qardaşların təbiri oxumuşkən
isə, bu yer məqsudə tövcihən yazılmamışdır.
Fəqət Əziz bəy nəzərə
alınıb da yazılmışdır. Parıs
məclisinin Məhərrəmovun çıxışı
haqqındakı heyrətini də oxudum. Bilməm
o adəm nə aləmdə və nə haldadır. Bənim kəndisinə yazdığım məktuba
hala cavab alamadım. Bilməm məktubu
almadı, yoxsa bu da digər mucib heyrət
“çıxışlardan”dır.
Əlimərdan bəyin
Saldığlıya köçdüyünü məktublarından
ögrəndim. Baku tovfiqatına aid
notasını gördüm. Bakudə
mövqif müsavatçılarına müntəşir
olaraq “bəyannamə”yə ölüm təhdi ilə imza
etdirilməsi haqlı bir kağız baxar kibi baxmanız, ricab
edir.
Əlimərdan bəyə Bakudə
çıxan gizli intibahnamələr göndərmişdim. Bilməm gördünüzmü?
Qardaşlarımızdan daha aktiv bir
müavinət görə bilmək üçün hələ
intizarda bulunmuşsun. Doktor Sultanov Ankaradan
yazdığı məktubunın pek bu yöndədir.
Avropa siyasətində nə var?
Məcmuənin ilk nüsxəsindən nə
qara-qırda olduğunu görəcəksən. Görəcəksən nam və
ünvanınızı işarələr altından kətm
ediyoruz. Buna ehtiyac vardır. Taktika boylə iqtiza ediyor.
Məcmuədə gürcülərlə
dağıstanlılar da iştirak ediyorlar. Müavinətə pək möhtacız. Bu nömrəni başdan ayağa kəndim yazmaq
kibiyəm.
Sizdən miadət bəklələm. Məqalənizi gözlərəm.
Çocuqların gözlərindən,
Zöhrə xanımın əllərindən öpürəm.
Baqi ərzi-salam və məhəbbət.
Məhəmməd Əmin
Adresim: İstanbul. Cığaloğlunda
Nurosmaniyədə Rəhayri
apartımanında nömrə
17/ 01.
28 Avqust 1942
İstanbul
B.T. Sizi eşitdigimə görə Berlində
zənn etmiş bu məktubu da Qasım vasitəsilə sizə
vermək üçün yazmış, zərfə
qoymuş, bağlamışdım ki, Heydər Bamatov gəldi. Kəndisindən sizin fransada olduğunuzu ögrəndim.
Ona görə də məktubu açıb
şimdi Əlimərdan bəyin vasitəsilə göndəriyoram.
Sizin buraya nəqliniz barəsində Heydər bəylə
də görüşdük. O, sizə bu xüsusda məktub
yazmış imiş. Təfsiltən başqa
bir vaxt.
Məhəmməd Əmin
Əziz və möhtərəm Ceyhun bəy!
Mühindən alınan qara xəbər
buradakı vətənsevərlərin dərin təəssüblərini
mucip oldu. Mərhum Əbdürrəhman fətəli
bəylinin uğradığı fəci aqibet hər kəsdə
sinci duşmana karşı nefret və edaveti daha da kuvvetlendirməkdedir.
Azerbaycanlı istiqlaliyyətçilerin
duydukları acıya tercüman olarak, merhumun en yakın mesai
arkadaşları Azerbaycan qrubunun bir temsilçisi olaraq
hasabeyli sizə en samimi təəssürlərimi bildirir,
candan teziqat ederim.
Yürütülən çetin
mücalelede sinsi düşmana karşı ayık olmak
şartdır. Mücadile nifayi zafara kadar
davam edecekdir.
Sayqılarımla,
M.E.Rasulzade Ankara 6.XII.1954
Ceyhun beyefendiye!
19 haziran tarihli M.M.
mezbatasından çıkarılma
Paris Heyeti murahhasasının 8 haziran tarihile A.Mardan beyin
“hastalığını geçti” beyanile bilfiil riyaset
mekamına gelmek istemesi yüzünden çıkan ihtilafe ait
raporu müzakere neticesinde M.A.M.-i aşağıdakı
kararı ittihaz eder:
A.Mardan beyin heyeti murahhasa reisliğinde
bulunmamasının lüzumu, vuku bulan tecrübeler sonunda
tahakkuk etmiş buluniyordu; hastalığından bahisle kendisine
verilen bila müttet mezuniyet ise, yalnız onun izzeti nefisini
muhafeze maksadile düşünülmüş bir şekildi. Hal-hazırda umumi ve siyasi vaziyet eskisi gibi A.Mardan beyin
heyeti murahhasa riyasetinde bilfiil bulunmamasını icap etmektedir.
Buna göre kendisine verilmiş mezuniyet
müddetinin devamı zaruret hükmindedir.
Heyeti murahhasanın vahdetini arzu ve ehiren aldığı
yeni şekil dahilinde olarak birlikte
çalışmasını M.M. bütün azaya tevsiye eder.
Aslile mutabıktır.
Katibi umumi M.E.Resulzade
Ceyhun bəy
Hacıbəylinin
Məhəmməd
Əmin
Rəsulzadəyə
məktubları
Əzizim Əmin bəy!
26 noyabr tarixli məktubuma 2 yanvarda göndərmiş
olduğunuz cavabı aldım, təşəkkür ediyorum. Səhhətinizin iyi olmasına çox məmnun
oldum. Sizi dəxi ailə və
çocuğlarınızla bərabər yeni il
münasibətilə təbrik edərək Həqqi-Təaladan
uzun ömür və səadət diləriz.
Məktubunuzda havi sizi maraqlandıran
suallara cavabən “Bületen”də çalışmamda davam
ediyorum. Və sizə həmən məktubumla
axırıncı nömrəsini göndəriyorum. Yenə də bundan sonra çıxdıqca göndərərəm.
“Revyü de monde” də hələlik yeni bir
şey yazmadım. Bununla bərabər
üçüncü məqaləmdən sonra fransız
ağa Meysi tərəfindən “Fransaya xidmət göstərmiş
əcnəbilərə” məxsusi ünvandan bir mükafat
aldım. Bir şeyi yenə də ha
xatırlayıram. Heydər bəyi o qədər
də sıxı-sıxı görmiyorum. 5 faiz nə vaxt veriləcək və ya verilməyəcək
bəlli degildir. Bizim iddiamıza gəldikdə
“Arbitr” kəlməli rus, erməni dəxi Azərbaycan kəmafilərdən
verilmiş danoslar nəticəsində Azərbaycan Milli
hökumətinə məxsusi Paya kəndi o tövr yetərsiylə
verməkdən çəkiyor və məsələni kompani
direktorları kəndiləri həll edə bilərlər.
Onlara da bir yol bulanacaqmı? Səy
eliyor, bakalım nə çıxar. Hər halda bir
pozitiv nəticə varsa o da bizim pay kənara qoyulmuş və
ümumi təqsimata daxil degildir. Sizə təqdim
etmiş olduğum məsələ xüsusində fikirlərini
iyi anlamadım. Lakin hər zatında pək
haklı nəsihətinizi ögrəndim, əgər nəsihətiniz
yalnız bəndənizə aiddirsə, ünvani
yanlış olduğunu məəltəəssüf sizə
iqrar edəcəgəm. Sizə
yazdıqlarım fəqərələr “təfərrüatından”
ibarət olmayıb, əsası böyük bir məsələdir
ki, havidir. Bu müşkülat nəzərlərin
yeni digərlərin arasında fəzlə sədaqətləri
də olmasa - olmazsa, xəyanət olmaması ibtidai bir şərtdir.
Bən sizə yazdıqlarımı məəltəəssüf
yenə də təkid edərək hər bir an
sübutuna hazıram. “Təfərrüata” bəhanə dəfətlər
olmuş - və oluyor da! Lakin sizə şimdiyə
kimi zəhmət verməmişəm. Bununla
sizə M.İ. vaxtı ilə bənə yazdığı
“izahatı” təqdim ediyorum (lütfən oxuduqdan sonra iadə
edəriniz). Bir qədər diqqətlə təhlil etsəniz
məsələ sizə də vazeh ola bilər:
ağa ağ və qaraya qara demək məcburiyyətindəyiz.
Birinci (“I”) vəz etdi ki, hal “həqiqətə
uyğun degildir” ənisiyə Türkiyədən
çıxan və nə tövr Abbas bəy məktub
yazmış, bən də kənarda bitbəbit bilyorum. “2” və “3” qeyd etdigim yerlərdən aşkardır
ki, niyyət yalnız bir “pirvetdən” bəhs etmək
deyilmiş. Axırı əgər böylə də
olmuş olsa idi, ən təbii və normal yollar var idi: şu
təşəbbüsat nə üçün komitənizdən
də təşkilati təmşil edən bir əzadən
gizli saxlana idi? Nə oldu ki, hər bir məsələdə
arif M.İ. şəraitə asi bir nəzakət
məsələsində birdən-birə abdal
çıxdı? Və nə üçün sizə mətin
birisi məktub yazdıqda onun “başın üstündən”
müraciət edildi deyərək hirslənən M.İ. həmin
səkkiz sənə qövsitədə əza bir arkadaşının
“başı üstündən” Abbas bəy və ya
qüvazada vasitələr ilə müraciətdə bulunuyor?
Əminəm ki, hətta boylə olmuş olsa “Prusədə”ni siz təsvib edəməzsiniz... Niyyət pak
olduğu zaman şöylə “piryom”lara nə
ehtiyac? “Təfərrüat” bəndə tərəfdən nəzərə
alınmadığı bundan da məlum oluyor ki, ümumi
qayeyi-nəzərdən dutaraq şəxsi məsələyə
o qədər də əhəmiyyət vermirdim, məəltəəssüf
tərəf digər tərəfindən məhzəkə
şəklini haiz xəbər təmami müşahidə
ediyoram... Dekabrın 5-də burada həmin komitə tərəfindən
yapılmış böyük və məsul siyasi bir
nümayiş (artistin proqramı bayrağı altında) nə
“Promite”də və nə də “İstiqlal”da kəndisinə
yer bulmadı, halbuki təşkilati məclisində təmşil
edib də ikinci sənə burada olan “Qazaxlar məclisi” boylə
təfərrüatı ilə xəbər verən M.İ. həmən
iclasda isbat vücudayə və bədə həmin iclasın
mahiyyətini görməsi idi, sənə kim deyər müttəfiq
millətlər nümayəndələri bolşeviklərlə
pakt bağlayan bir işi də böylə siyasi
nümayiş və həmin pakt bağlayan hökumət təht
nüfuzunda ola bilər, təşkilat tərəfindən həmin
millət nümayəndələrinə xitabən “Fransa sizi
unutmaz, ümid ediniz” deyə bağıran nə rəsmi
fransızmı firəng söz və hərəkətlərmi
vətəndaşlarınla və yenə avropalılar nəzərindən
xali qalıyor? Çünki “zir” əvəzinə
“ömrə” təfərrüatı var? Boyləmi?
Həmən təfərrüat bundan da məlum olub ki,
bu gün M.İ. bəndə gəz hadisə ya yalnız kəndisinə
və bir də sizdən başqa kimsəyə söyləmədiyim
zəmanə bu gün əlilə “front” açmış və
orada olur da yeni bəzi fəqərələr intişar
ediyor. Mən tərəfdən maddi təziq, siyasəti
anlamaq istər, təbii ... . Ahəng də yoxdur da və olmamışdır da.
M.İ. kəndi başına siyasət aparmaq
niyyətindədir.
Saut Clond
17 yanvar 26 il
Ədəbiyyat
qəzeti.- 2014.- 31 yanvar.- S.1;3.