Xocalı
soyqırımına həsr
edilmiş yeni kitablar
Fevralın
23-də Azərbaycan Yaziçilar Birliyinin Natəvan klubunda
yazıçı-publisist, filologiya üzrə fəlsəfə
doktoru Salatın Əhmədlinin Xocalı
soyqırımına həsr edilmiş “Kişilik səngəri”
və “Uçurulmuş sədlər” kitablarının təqdimatı
keçirilib.
Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin I katibi, Xalq Şairi Fikrət
Qoca Xocalı faciəsinin dəhşətlərindən, bu
faciənin günahkarlarının hələ də öz
layiqli cəzalarını almamasından söz açıb:
“Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli
siyasi-hüquqi qiymət verilməyənə qədər
harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
bu dəhşətli faciəni dünyaya tanıtdırmaq
üçün səylərini əsirgəməməlidir”.
“Uçurulmuş sədlər”
kitabında müəllif son 20 ildə baş verən hadisələri,
əsasən Qarabağ və onun ətrafında yerləşən
rayonların işğal olunması, bu ərazilərdə
yaşayan və son nəfərinədək qovulub,
torpağından didərgin salınan insanların həyatını
bədii obrazlarla canlandırıb.
Kitabda
yer alan “Uçurulmuş sədlər” romanını və
“Xocalı xatirələri”, “Ahın dağlara, ay həkim”,
“Qatilin məhkəməsi”, “Yuvasız quşlar” kimi hekayələri
həyəcansız oxumaq mümkün deyil.
Həmçinin
“Kişilik səngəri” kitabında dərc edilmiş “Təndir
yarası”, “Kişilik səngəri”, “Bir çanaq un” və
digər hekayələrdə erməni vəhşilərinin
törətdikləri dəhşətlər təsvir olunub.
Oxucuda
dərin kədər və ağrı hissi oyadan kitabların
redaktoru, ədəbiyyatşünas Gülxani Pənah, akademik
Teymur Bünyadov, filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə, tənqidçi Əsəd Cahangir və
başqaları Xocalı soyqırımının 2 əsrdən
artıq müddətdə erməni millətçiləri tərəfindən
xalqımıza qarşı aparılan etnik təmizləmə
siyasətinin nəticəsi olduğunu bildiriblər.
Ədəbiyyat qəzeti.- 2016.-
27 fevral.- S.2.