MÖHTƏŞƏM ABİDƏLƏR MÜƏLLİFİ

 

Haqqında söz açmaq istədiyimiz və az qala Türkiyədə vətənpərvərlik rəmzi kimi qəbul edilən bu abidə Ankaraİzmir şəhərləri arasında – Poladlıdakı Qartalqaya yüksəkliyində yerləşir.Ölkənin möhtəşəmliyi ilə diqqət çəkən bu abidəsininn yaradıcısı da azərbaycanlı tişə ustası Səid Rüstəmdir. Bu yazıda həm bu heykəl, həm də onun müəllifinin digər yaradıcılıq nümunələrindən danışacağıq...

Tanışlıq üçün deyək ki, Səid Rüstəm ixtisas təhsilini əvvəlcə Gəncə pedaqoji məktəbində (1972-1976), sonra isə Tiflis Rəssamlıq Akademiyasında (1979-1985) alıb. Gəncəlilər onu şəhərdəki 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin(1990) müəllifi kimi tanıyırlar. 1993-cü ildə Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə Türkiyəyə gedən heykəltəraşın yaradıcılığı əsasən qardaş ölkədə davam etmişdir. Ötən bu müddətdə onun yaratdığı abidələr Türkiyənin müxtəlif şəhərlərində ucaldılmışdır. Poladlıda ucaldılan “Mehmetcik” (2008) abidəsi onların arasında xüsusilə seçilir, desək, yanılmarıq...

Bütün mövcudluğu dövründə dövlətçilik taleyi yadellilərə qarşı aparılan ölüm-dirim savaşlarında dəfələrlə sınağa çəkilən Türkiyədə bu yolda iynənin ucu boyda əməyi olanların xatirəsinə ehtiramın göstərilməsi bu günə kimidavam etdirilməkdədir, desək, yanılmarıq. Ölkə ərazisində həmin insanlara davamlı şəkildə ucaldılan abidələr də bu ənənənin bu gündavam etdirildiyini əyani göstərir. Fateh Sultan Mehmet”, “Atatürk”, “Osman ağa və silahdaşları”, “Çavuş Həlimə”, “Yanığın Əminə” və “Topal Osman və silahdaşları”, eləcə də insanlarıa bütün qələbələrində yardımçı olan birlik qaynağına ucaldılan “Türklük” abidəsi məhz bu qəbildəndir. Əgər biz xalqın fateh Sultan Mehmetə və Türkiyə dövlətinin qurucusu Atatürkə olan sevgisinin təbiiliyini Yanığın Əminə kimi adi mərmə daşıyanın timsalında da görə biliriksə, deməli, bu xalqın müstəqillik uğrunda əməyi olanlara ehtiramı vəzifəyə və şan-şöhrətə görə yox, dövlətçiliyin qorunmasına xidmətinə görədir. Bu mənada Türkiyədə ən böyük ehtiram abidəsinin konkret şəxsə yox, adı bəlli olmayan, torpağın naməlum müdafiəçisinə ucaldılmasının da haradasa rəmzi mənası vardır. Bu da yəqin ki, buradakı hər kəsin “Öncə Vətəndir!” çağırışına tapınması, hər an Vətən uğrunda canından belə keçməyə hazır olmasıdır...

Bizans kimi möhtəşəm dövlətin dünya xəritəsindən silinməsini şərtləndirən və əhalisi müsəlmanlardan ibarət olan Türkiyənin orta əsrlərdən müsəlmanlara qarşı səlib döyüşləri aparan xristian dünyasının qonşuluğunda mövcudluğu açıq-aşkar dilə gətirilməsə də, hər halda arzuolunmaz idi. Əslində o vaxtlardan iyirminci yüzilliyə kimi Türkiyəyə qarşı açılan savaşlar da əslində xristian dünyasının bir vaxtlar itirdiyini qaytarmaq istəyi ilə bağlı idi. Elə dünyanın böyük güclərilə davamlı şəkil alan müxtəlif savaşlar da bunu təsdiqləyir. Onların ən taleyüklüsü məhz 1921-ci ilin payızında Ankaranın altmış kilometrliyindəki Poladlı rayonunda baş tutub, desək, həqiqəti söyləmiş olarıq...

Bu gün inamla demək olar ki, Sakariyada - Poladlıdakı Qartalqaya nöqtəsində gerçəkləşən bu döyüş dogrudan da Türkiyə-Yunan müharibəsinin ən həlledici anı olub. Düşmənin qələbəsi onun iki il sonra ölkə paytaxtı olacaq Ankaraya yolunu açmış olurdu. Odur ki, buranı türk ordusunun son dirəniş yeri adlanıranlar da yanılmırlar. Çünki, bu döyüşün hansı nəticə ilə sonuclanmasından çox şey asılı idi. Başqa sözlə desək, buradakı məğlubiyyət yunanlar üçün sıradan sayılacaq döyüş uğursuzluğu hesab olunacaqdısa, türklər bir-neçə əsr ərzində formalaşdırdıqları dövlətçiliyi birdəfəlik itirəcəkdilər. Odur ki, iyirmi iki gün davam edən bu savaş elə daşıdığı siyasipsioxoloji yükə müvafiq oldu. Belə ki, gecə-gündüz ara verməyən Poladlı döyüşündə hər iki tərəf böyük itkilər verdi. Şəhidlik zirvəsinə yüksələn çoxsaylı türk mehmetciklərinin bənzərsiz türk qeyrətinə tapınan müqaviməti qisası qələbə sonluqlu oldu. Uğurlu hərbi nəticəyə görə Atatürkün Qazirütbəsinə layiq görüldüyü bu döyüşdə türk döyüşçüləri güclü yunan ordusunaDur!” deməyi bacardı. Elə bu tarixçəni yaxşı bilən Səid Rüstəm hazırladığı kompozisiyanın əsas məna-məzmun yükünü türk mehmetciyinin dilindən səslənən bu taleyüklü əmrə kökləyə bildi. Başqa sözlə desək, on metrlik kürsü üzərindən üzü bir vaxtlar bu qanlı döyüşün baş tutduğu meydana yönəli qürurla dayanan türk əsgərinin inamlı duruşu səsləndirdiyiDur!” əmrinin icrasına bələnmiş tutumdadır. Qətiyyəti həlledici əmrə çevirməyi bacaran mehmetciyin silah tutan sağ əlində, düşmənə dayanmaq işarəsi verən sol əlində türk xalqının iradəsini yaşadan mübarizliyi duyulmaqdadır...

Təbii ki, Səid Rüstəmin misdən hazırlanmış bu heykəlinin möhtəşəmliyini təkcə onun ölçüsünün böyüklüyü müəyyənləşdirmir. Əslində bu dəfə onun bütün klassik tələblərə cavab verən heykəltəraşlıq əsərinin abidələşməsinin kökündə mehmetciyin dünyasından qaynaqlanan qətiyyəti qələbəyə inamını plastik tutuma ruh daşıyıcısına çevirə bilmək istedadı durur. Odur ki, ümumi hündürlüyü otuz iki metrə çatan (mehmetcik fiqurunun hündürlüyü 22 metrdir) abidənin monumentallığını şərtləndirən başlıca səbəb onun bədii-estetik bədii-texniki vasitələrin uğurlu vəhdətindədir...

Məlumat üçün bildirək ki, heykəltəraşın abidə üzərində yarsadıcılıq işi səkkiz aya kimi davam etmişdir. Beton kürsü üzərində ucaldılan beş hissədən ibarət olan abidənin metal hissəsinin quraşdırılmasında müəllifin özü şəxsən iştirak etmişdir. Bu da heç şübhəsiz hissələrin birləşdirilib bütövləşməsində ortaya çıxa biləcək hər hansı bədii-texniki problemin elə yerindicə estetik tutuma uyğun həllinə kömək edib. Abidənin kürsüsü öz-özlüyündə funksional mahiyyət daşıyır. Belə ki, orada Sakariya panoram muzeyi yerləşir. Muzey-kürsünün dairəvi fasadını türk mehmetciklərinin yurd sevgisini özündə yaşadan süjetli relyeflər təşkil edir...

Sakariya savaşında şəhid olmuş minlərlə türk əsgərinin xatirəsinə xələflərinin göstərdikləri ehtiram bu gün hər bir Türkiyə vətəndaşının gözündə qürur mücəssəməsi kimi qəbul olunur. Belə ki, qanın su yerinə axdığı həmin döyüşün sonunda türklər bir millət olaraq özlərinin yenidən onlara əbədi qürur bəxş edəcək doğuş dastanını yazmış oldular. Heykəlin açılışı günlərində Türkiyə mətbuatında yer alan yazıların əksəriyyətində azərbaycanlı heykəltəraş Səid Rüstəm həmin dastanı ölümsüzləşdirən əllərin sahibi kimi təqdim olunmuş dəyərləndirilmişdi...

1993-2014-cü illərdə Türkiyənin bir çox şəhərlərində (Ankara, İstanbul,Bursa, Çanaqqala, İzmir, Ədirnə,Sarıqamış, Qazantəpə, Tekirdağ, Kastamonu s.) onun hazırladığı müxtəlif şəxsiyyətlərə (Mustafa Kamsal Atatürk, Nazim Hikmət, İbn Sina, Dədə Qorqud, Fateh Sultan Mehmet, Yunus Əmrə s.) hadisələrə (“Zəlzələ”, “Səhiyyə”, “Ədalət ilahəsi s.) həsr olunmuş abidələr ucaldılmışdır. Həmin müddətdə tişə ustasının Macarıstan, Yaponiya Meksikada müəllifi olduğu heykəllərin açılışı olmuşdur.

Səid Rüstəmin yaradıcılığı təkcə monumental heykəllərlə məhdudlaşmır. Onun dəzgah heykəltəraşlığı sahəsində yaratdığı nümunələr həm məna-məzmun tutumunun çoxqatlılığına, həm forma-biçim oynaqlığına görə diqqət çəkir. Müəlifin davamlı müşahidələrinin nəticəsi olan bu heykəltəraşlıq əsərlərində bizi əhatə edən hadisələrə, insanın bələndiyi ən müxtəlif yaşantılara obrazlı-düşündürücü tutum verildiyindən, onlar uzun müddət unudulmur.

Səid Rüstən dəzgah plastikası nümunələrini vaxtaşırı təşkil etdiyi fərdi sərgilərində nümayiş etdirir. Onun 2014-cü ilin payızında Ankarada təşkil olunan növbəti sərgisi yüksək bədii tutumuna görə Türkiyə mədəni məkanında yaddaqalan hadisə kimi dəyərləndirilmişdir...

 

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının

əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2016.- 30 iyul.- S.8.