Akademik Ziya Bünyadovun
kitabı serb
dilində
Ölkəmizin Serbiya Respublikasındakı
səfirliyinin təşəbbüsü
və dəstəyi ilə Belqradda Azərbaycanın tarixinə
aid yeni kitab nəşr olunub.
Bu günlərdə Azərbaycan
Respublikasının Qərbi
Balkan ölkələrində – Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Fövqəladə
və Səlahiyyətli
səfiri Eldar Həsənovun təşəbbüsü
və dəstəyi ilə Belqradda yeni nəşr – görkəmli tarixçi
alim, akademik Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə»
kitabı nəfis tərtibatla işıq üzü görüb. Belqradın «Total Trade İnternational»
nəşriyyatında çar
olunmuş əsəri
tanınmış serb mütəxəssisi
Draqolyub Masliçin redaktorluğu ilə Qradimir Poliç və Nina Poliç tərcümə edib.
Ümumiyyətlə, Azərbaycanla Qərbi
Balkan ölkələri arasında
münasibətlər ildən-ilə
inkişaf edir. Serbiyada
yalnız bir neçə ölkənin
– Fransa, Rusiya, Almaniya, İspaniya, Böyük Britaniya,
ABŞ kimi böyük
dövlətlərin mədəniyyət
mərkəzi var və artıq bir neçə ildir ki, Azərbaycanın
adı da həmin sıraya daxildir. Təsadüfi deyil ki, bu
gün Belqradın «Taşmaydan» parkında dünya miqyaslı siyasi xadim Heydər
Əliyevlə görkəmli
serb yazıçısı
Milorad Paviçin abidələri yanaşı
ucalır, Novi Sad şəhərində,
Dunay çayının
sahilində Üzeyir Hacıbəylinin xatirə
kompleksi, görkəmli
şair və dramaturq Hüseyn Cavidin Podqoritsada büstü var.
Azərbaycanın qədim tarixinin, zəngin mədəni irsinin, eləcə də görkəmli şəxsiyyətlərinin xaricdə
tanıdılması və
təbliği üçün
Serbiya Resbublikasındakı
səfirliyimiz öz mövcud imkanları çərçivəsində müntəzəm olaraq ciddi işlər görür. Qeyd edək ki, akademik
Ziya Bünyadovun 1500 tirajla nəşr olunmuş son dərəcə
qiymətli əsərinin
Qərbi Balkanda nəşri səfirliyin bu sahədə ilk işi deyil. Təkcə son beş il ərzində Belqradda, Novi Sadda, Sarayevoda və Podqoritsada bir sıra kitablar
- "Görkəmli adamların
həyatı" silsiləsindən
«Heydər Əliyev» və professor Zemfira Səfərovanın «Üzeyir
Hacıbəyli» kitabları,
Cəlil Məmmədquluzadənin
«Seçilmiş əsərləri»,
Rəsul Rzanın «Rənglər» poeması, Elçinin «Ölüm hökmü», Çingiz Abdullayevin “Balkan opponentləri”,
Kamal Abdullanın «Yarımçıq əlyazma»
romanları, «Qarabağ
həqiqəti», «Erməni
soyqırımı: miflər
və gerçəklər»,
«223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası» və s. kimi elmi, tarixi,
bədii, sənədli nəşrlər
serb və Çernoqoriya dillərinə
tərcümə olunaraq
adı çəkilən
ölkələrdə geniş
yayılıb.
Hesab edirik ki, əvvəlki nəşrlər kimi bu kitab da
Azərbaycanla Qərbi
Balkan ölkələri arasında
mədəni münasibətlərin
inkişafı işinə
layiqli bir töhfədir.
Ədəbiyyat qəzeti.-2016.-4 iyun.-S.31.