Kişmişi gülüş
Dilində asılan intihar ipləri
Dodaqlarında qırılar.
Əkizi var, oxşarı yox;
Bu nə gülüşdür, ilahi,
Yarı var, yarı yox...
Ətəyinə düşən saçlarından
Asılıbmış kişmişi gülüşün.
Fərqinə indi vardım.
Su üstünə sərilmiş Ay işığına
"küsülü buta" olub bizimki.
Yüyrək gülər dodaqları,
nə dili göstərər, nə dişi.
Tanrının uşaqlıq iksiridir bəlkə,
Qovrulmuş kişmişi gülüşün?!
Hər gözə görünməz,
...bir az ürkəyi, bir az bəmi -
bir az da
kirmiş - kirmiş.
(Dodaqlar
da gərilərmiş
kişmiş-kişmiş...)
Gülüşdü
də, gülüşlərin ən möhtəşəmi.
P.S. Yenə
ürəyim tutdu,
Dilindən
uzaq, bir kişmişi gülüş göndər,
Yenə
dilaltdım bitib...
Çöl-çöl yerişim
quruyur...
Bu gecə
soyuq keçəcək Tanrı,
yaylama,
yorğanı
çək başına.
Bilməzsiniz,
bütün
ölümsüz tanrılar,
donub
ölür öz qışına.
...Sənə
baxınca Allah haqqı,
yorğanda
düşüm quruyur.
Önümə
basdırdığım
çöl-çöl
yerişim quruyur.
Dodağından
iplədiyin
edamlıq
öpüşüm
quruyur.
Bu gecə
ayrı gecədi,
bilirəm,
yatmayır
döşünə...
Tanrı,
Tanrı balasısan,
baş
ucundakı pencəyini
bürələ,
yaxşı-yaxşı
bük
açıqda
qalan başına.
Sazağı
keyitmir heç kimi,
Soyuğu
diri gecədi...
Yorulanda
qurdların oxumağına
qulaq kəsil,
Bir dinlə,
gör nə duru gecədi.
Çöl-çöl
yerişim quruyur.
İşıqlar üstümə
hürür
Şöləsi
zəncir qırıb işıq gələn tərəfin,
işıqlar
üstümə hürür.
Burma dolaq
yolların
mən
axtaran
o bakirə
kələfi,
sinib qaya
dalına
azıb
qalmağımı güdür.
Mənsə
varıb gedirəm.
Kəsə,
qırdırmasına,
elə
yarıb gedirəm...
Alnımıza
yazılan yalnız mənzil başıdı...
Möhrünü
vuranadək bu
"Kufə
yazısı"nın,
it hürər,
adam keçər.
Gözün
duzlu su içər.
Yol tamam
olmayınca
Deyərlər
əkə, deyərlər
bu dərviş
də naşıdı...
Əzraillə qoşulub qaçan
adam
Arxasınca
su çilə yazılarımın,
Su
düşsün, oxunmasın bir hərfi belə.
Addımı
yalınçıq, yolluğu yarım
Əzraillə
qoşulub qaçan adamam...
Çoban
idim, təsəvvüf,
Alim oldum,
varsağı şeir oynatdı məni.
Ayağımın
altında qurd dişi,
Başımın
üstündə ağ sac.
Nə əriştə
oldu məndən,
Nə də
əriştəyə umac.
Tanrının
sorğu-sualı bitib,
Əzrailin
qoluna girib gəlirəm.
Allah
bilir, zənbildəmi, bələkdəmi
Tanrının
yanından ömür sürüb gəlirəm.
Bir nəfəslik ölüm
Bir dinclik
istərəm,
Allah, bir
nəfəslik ölüm kimi.
Bir
gün sərgidə yaş tökən,
didilmiş
bir kilim kimi.
İçimdə
nə səsdi, Allah,
pıçıldadı,
kəsdi… Allah;
ömür
birnəfəsdi, Allah,
Dizidə
bir bölüm kimi…
Ver bircə
nəfəslik ölüm,
ölsün
bu həvəslik ölüm!
Sonra gəlim
yenə ölüm,
nəfəs
- nəfəs… özüm kimi…
Koxanəbidən məktub
Burada
gülüşlər hədəf taxtasına
çönüb,
Gülən
pəncərəsindən vurulur
Koxanəbidə.
Kişmişi
gülüşlər də elə
daxma-daxma
sönüb.
Başımız
ayazısa,
şaqqanağa
da qoyacağıq abidə.
Sir-sifətimiz
şəhid nəşindən hamilə qalır,
and olsun.
Tösöylər
gülüşdən də tutur bala.
Gülüş
dərib göndərin yanağınızdan,
başınıza
dönüm.
Erkək-dişi
göndərin, bəlkə çoxala...
Göndərin,
Gülüşünüz
avand olsun.
Tural Turan
Ədəbiyyat qəzeti.- 2017.- 5
avqust.- S.29.