1985, bir ev - köhnə, balaca
Pəncərə şüşəsində güzgülənən bir qoca;
Resepti dilucunda, dua kimi oxuyur,
Dərman qutularını qızıl
kimi qoruyur.
O, inanmır öləcək,
o inanmır qocalır,
Hələ bir ay sonraya, kinoya bilet alır.
Arada qarışdırır köhnə
şəkil qutusun,
İkiəlli qaldırır, sovetin daş ütüsün.
Köynəyinin qolları əlinə
silgi gəlir,
Şəkildəki cavanın üzünün
tozun silir.
Yağış döyür çardağın,
dizləri sızıldayır,
İndi elə yaşdadır susamır, çaysızlayır.
1985. Katolik məzarlığı
* * *
Mən sənin yorulanda
Ayağınam, əlinəm.
Neçə ildi evliyik
Hələ də sevgilinəm.
Küsəndə qoca baban,
Ağlayanda qardaşın,
Evə qonaq gələndə
Əziz
həyat yoldaşın...
Kölgəyəm başın üstə
Səhərədək dayanan...
Darıxanda atanam,
Xəstələnəndə anan.
Deməyə çəkindiyin
Sözün olsa, qəfildən
Gözünü yum danışaq
Mən də sənin rəfiqən.
Xatırlamaq
Xatırlamaq - memorial fotolentin hərəkətə
başlaması;
Xatırlamaq - sənə görə
keçmişdən bir
əsinti;
Xatırlamaq - Bir vaxt yaşadıgın evin qapısını
aradabir çimdikləmək;
Xatırlamaq - bəlkə də
bir metafizik hadisəyə
veriləcək ən
gözəl ad;
Xatırlamaq - zamanın anlayış
kimi olmadığı
paralel bir müstəvidə təkrarlanan
proses;
Xatırlamaq - sənin unutduqlarının
səni xatırlamasıdır.
Xatırlamaq - bir an üçün
ömrə unutdugun
yerdən davam etmək;
Xatırlamaq - hələ reklamları
gedən gələcəyin
gəlib keçən
yerlərinə sədaqət
Xatırlamaq - düşüncə itiliyinin sözü qabağlaması
İliklərin varlığını sızlayaraq göstərməsi
Bütün göstəricilərin izi
qalan kölgələrə
üz tutması.
Kölgələrə....
Xatırlamaq - darıxmağı isim kimi əvəzləyən,
hiss
olaraq tamamlayan,
Bir duyğunun digərinə ən yaxını,
Dilin sözə
olduğundan daha yaxın.
Xatırlamaq - gözlərimi bir
nöqtəyə
pərçimləyən susqunluğum...
Bəzən mənə varlığımı
unutduran yorğunluğum...
Xatırlamaq - tibbi desək,
Alsheymer
Ciddi desək,
koma.
45-lərin
unutduğu Naqasaki, Xirosima,
Sivillerin unutduğu evin arxa pəncərəsi.
Xatırlamaq - baş döngüsü,
Eyni anda tutunduğun divarları xatırlamaq;
Eyni anda digər əlin boş bir divar
axtarması.
Xatırlamaq - ömrün xronologiya
yarpaqları
dura-dura,
Ardıcıllıq gözləmədən xatırlamaq.
Sənə görə necə
gəldi,
Mənə görə orta məktəb sənədləri
nizamında.
Xatırlamaq - Remarkın dediyi
kimi,
Kemmeriçin yatağını bir dünyaya xatırlatmaq.
Elşən Mehdi
Ədəbiyyat qəzeti.- 2017.- 5
avqust.- S.29.