Amma... Ancaq... Lakin...
Ədəbi qeydlər
VI hissə
Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə də qalır. Yarımçıq yazıdan bir qəlpə kimi... Bəziləri hansısa bir kitabı bitirdikdən sonra başlayan sükut dolu dəqiqələrin diqtəsiylə yazılan yazılır. Ya da bir axşam Günəşin qürubunu izlərkən ürəyimə daman məqamlardan süzülür. Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu... Bəzən ədəbiyyat, bəzən cəmiyyət, bəzən isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin stenoqramması...
* * *
Bir dəfə Elminlə (Həsənli) şəhərdəki kafelərin birində oturub susurduq. Çünki kənar stolda ehtirasla, alovla danışan bir gəncin sözləri bizə bizim edəcəyimiz söhbətdən daha maraqlı görünürdü.
Gəncin yaşı ya 19 olardı, ya da 20. Amma belə danışırdı: "Mənim
çəkdiyim filmlərdə
əzab çəkən
insan var. Mənim qəhrəmanlarım azadlığa
can atır. Onları buxovlayıblar, mentalitet buxovlayıb, ataları-anaları buxovlayıb, cəmiyyət buxovlayıb".
İndi onun dediyi fikirləri
təhlil etməyəcəm. Məni bircə
şey maraqlandırır.
Cəmi
19 yaşı olan uşağın özünü
rejissor adlandırmağı.
Rejissorluq yazıçılıq, ya
da şairlik kimi bir peşə
deyil. Dünyanın harasına baxsan
19 yaşlı bir rejissor tapa bilməzsən.
Bu yaşda ən yaxşı halda insan rejissorluq fakültəsinin tələbəsi
ola bilər.
Hərçənd, ali təhsil diplomu belə rejissor olmaq üçün kifayət etmir. Rejissorluq fakültəsini bitirmək
başqa şeydir, rejissor olmaq başqa. Bununla belə mən
o gəncin özü
haqqında bu cür təqdimatını
zarafata salınacaq bir tərəfi olmadığını düşünürəm.
Biz adətən yeniyetmələrin
dünyanı başqa
cür görməyinə,
özləri və dünya haqqında təsəvvürlərinə lağ
edirik. Amma unuduruq ki, metafizik suallar insanları daha çox yeniyetməlik vaxtında narahat edir.
Lakin qıraqdan
baxana döyüş
asan gəldiyi kimi, sənət özü də kənardan çox cazibədar görünür. "Rejissor olacağam" deyən insan bəlkə də lüks həyat, bahalı tətillər, milyon dollarlıq layihələr xəyal edir. İllər sonra əlində qalan isə bəlkə də zirzəmidəki bir otağın montaj stolunda qazandığı
aylıq maaş
olur.
Sənət yalnız kənardan cazibədardır, daxilində
isə o ağır əmək, güclü əsəb, gərgin zəhmət və məhdud şərait daxilində kreativlik tələb edir. Bir otağa
çəkilib günlərlə
süjet haqqında düşünmək, bəyənmədiyin
səhifələri yumurlayıb
yerə atmaq, otaqda kağızdan qar yağdırmaq çox da füsunkar
bir mənzərə olmasın gərək.
Hə, əlbəttə,
gərgin əmək və zəhmət qarşılığından əldə
edilən bir romanın, bir filmin, ya da
bir rəsm əsərinin müəyyən
bir imtiyazı da olur. Dar bir şöhrət, bir az pul, bir az populyarlıq,
iki kanalda müsahibə, üç
tədbirdə iştirak
və s. Bütün bunlar bu əziyyətin
yanında o qədər
cüzi bir şeydir ki...
İndi sual oluna bilər
ki, bu qədər
əziyyətin qarşısında
bu qədər kiçik bir qazanc əldə edilirsə, ümumiyyətlə,
bu məşğuliyyətin
adı nədir? İnsan niyə
belə bir işlə məşğul
olsun ki?
Həə... Biz artıq burda sənətin nüvəsinə gəlib
çıxırıq. Sənət elə bir şeydir
ki, sənətkar onunla məşğul olmağa məhkumdur.
Bu sənətkar üçün özünüifadə
vasitəsidir. Sözə
çevrilə bilməyən
əhvalatlar, ağ pərdəyə
köçürülə bilməyən ssenarilər,
rəsmləşə bilməyən
duyğular sənətkara
yalnız və yalnız əzab verə bilər. Əzab deyəndə ki, ağır stress, depressiya,
bir sözlə, psixiatriya kitablarında olan və olmayan
xəstəliklər.
Bu mənada sənət
insanın xilasıdır. Və sənətin
bəşəriliyi ondadır
ki, sənətkar özünü xilas etməklə kifayətlənmir,
özünü xilas edərkən həm də sənətkarın
kəşfləri başqalarının
da işinə yarayır. Katarsis də elə
budur. Sənət
yolu ilə mənəvi təmizlənmə...
Və əsl sənət də elə budur. Şöhrətə
aldanmamaq, rəyasətə
şirnikməmək, yalnız
sənəti, o böyük
özünütəsdiqi düşünmək...
19 yaşda bu arzularla yaşamaq isə çox xoşdur. Amma bu arzunu 91 yaşda da saxlamaq
isə dahilikdir.
* * *
Orta əsrlərdə bədii
ədəbiyyatın mütaliəsi hamıya müyəssər deyildi. Yalnız xüsusi təhsilli insanlar "belə şeylərdən ləzzət
apara" bilirdilər.
Çap
maşınının kəşfindən
sonra kitabların qiymətindəki kəskin
ucuzlaşma, arxasında
gələn kütləvi
savadlanma ədəbiyyatı
cəmiyyətin hər
bir fərdinin malına çevirdi.
İndi kitab oxumaq üçün
əlifbanı bilmək
kifayətdir, statistikaya
baxsaq Azərbaycan əhalisinin 99.9 faizi əlifbanı da bilir.
Ədəbiyyat qədim tarixi olan bir mədəniyyət
hadisəsi kimi çoxlu imtahanlar vermiş, son sınaqlara sinə gərmişdir. Təsəvvür
edin ki, yeganə oxumaq vasitəsi kitab ola. Nə
qəzet ola,
nə jurnal, nə radio, nə televizor, nə də internet. Bu zamanlarda
əlbəttə ki, mütaliə ən güclü özünüinkişaf
və asudə vaxt keçirtmə vasitəsi olacaq. Xüsusilə son 20 ildə internetin
kəşfi əslində
insanları kitabdan da müəyyən qədər uzaq saldığı barədə
fikirlər var. Kitab tirajlarına baxsaq, bu tendensiyanı görə bilmirik. Dünyanın hər yerində
də olmasa əsas inkişf etmiş ölkələrdə
kitab çapı ildən-ilə artır, bədii ədəbiyyatın
tirajı da bu artım tempində
xüsusi nəzərə
çarpır. Bir çoxları
isə əksini iddia edirdi. Lakin indi bir çox
insanların, xüsusilə,
gənclərin kitab yerinə telefon oxuduqlarına da şahid oluruq. Bu yaxşıdırmı?
Bilmək çətindir. Fakt odur ki, mütaliə
edənlərin sayı
artır. Və bəlkə
ən gözəli isə budur ki, kitab asudə
vaxt keçirmək vasitəsindən xilas olur. İnsanlar kitabı kitab
oxumaq üçün,
sırf mütaliə
üçün oxuyurlar,
nəinki bekarçılıqdan.
Bir zamanlar teatra da asudə vaxt
keçirmək üçün
gedirdilər. Kinonun ortaya
çıxması ilə
bu tendensiya da dağıldı.
Demək,
elmi inqilab sənəti elitarlaşdıra
bilir.
* * *
Son zamanlarda Hüseyn Arifin bir sözünü
tez-tez xatırlayıram:
"Pulu var, imkanı var, qanacağı gözünə
soxmayacaq ki?" Doğrudan da belə insanlar
hər yerdə artıb. Ya daha çox
gözə dəyir.
* * *
Haqverdiyevi daim zarafatcıl
bir adam
kimi təsəvvür
etmişəm. Xatirələr bunu deyir. Misal üçün, onunla eyni məktəbdə işləyən Abdulla Şaiq
xatirələrində yazır
ki, Haqverdiyev hər tənəffüsdə
yeni lətifə danışardı. Haqverdiyevin əsərlərində
də onun yüksək yumor hissi açıq görünür. Mirzə Cəlilin
yumoru acıqlı yumordur. Hirsindən gülən adamlar kimi... Haqverdiyevin yumoru isə
özüylə və
hər şeylə barışmış bir müdrikin yumorudur. Amma yazıçının
yetimçiliklə keçən
ağır uşaqlıq
illərini oxuya-oxuya düşünürəm: "Bəlkə də uşaqlıq travmalarına
qalib gəlmək mümkün imiş".
Uşaq ikən atasını, sonra himayəsində yaşadığı əmisini
və bircə bacısını itirən
insan son anda gəlib "Sən Allah, Həsən ağanın qohumusan?" kimi şeylər yaza bilərmiş. Bu, həqiqətən də böyük iradə, beyin gücü tələb edir.
* * *
Sosial media bizdən
hər gün daha çox şey tələb edir. Bizi daha çox
göstərir. Daim bizə
"nə düşünürsən?"
deyə soruşur.
Getdiyimiz
yerin fotosunu istəyir. Və biz də bunları
ona verə-verə fərqinə varmırıq.
Fərqinə varmadan bölüşürük
hər şeyi. Sonra sosial mediadan şikayət edirik. Düşünmürük ki, əslində
sosial media elə bizik. O, sadəcə,
bizi özümüzə
göstərir.
Sadəcə olaraq sosial media bizə azadlıq verir. Dünən bu yox idi. İnsan azadlıqda nəyə
qadirdir? Bunu orda
görürük. Və özümüzdən
qorxuruq.
İnsan qəhqəhə ilə güləndə bütün
vəhşi heyvanları
öz qorxuncluğu ilə geridə qoyur deyirdi Nitsşe.
* * *
Facebookun istehsalat müdirlərindən biri işdən çıxaraq uzaq bir adaya çəkilib. Deyir ki, 30 il ərzində mədəniyyət çökəcək, işsizlik artacaq və sosial siyaət institutu da bunun qarşısında dayana bilməyəcək.
Biz isə bu xəbəri oxuyan kimi onu Facebookda paylaşmaq istəyirik.
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2017.- 12
avqust.- S.11.