Azərdən Azərbaycana

 

Azərbaycan adının Atropatenadan yaranması mülahizəsi haqqında kənardan yeridilmiş, əslində, sovet dönəmində, səhv etmirəmsə, ötən əsrin 30-cu illərində  gündəmə gətirilmiş, tarix dərsliklərinə salınmışdı. Bildiyimiz kimi, məqsəd bu xalqı türkçülükdən yayındırmaq, onun kökünü başqa qondarma mənşələrə bağlamaq idi. O zamanlar Stalin tərəfindən təsdiqlənmiş bu konsepsiyaya qarşı çıxmaq öz-özünün ölüm, yaxşı halda Sibirə sürgün hökmünü yazmaq demək idi. Gerçəyi danışanları məlum pantürkçülük ittihamı, birinci türkoloji qurultayın iştirakçılarının taleyi gözləyirdi. Hamımızın bildiklərini təkrarlamaqda məqsədim bu  sualı verməkdir: bəs indi nədən qorxuruq, kimdən çəkinirik?

Müstəqillikdən sonra düşünürdük ki, qədim tariximiz haqqında "məcburi könüllü"  yazılmışlar təhlil ediləcək, ipucları görünən dərin qatlara işıq salınacaq, yeni tarixçilər nəsli yetişdiriləcəkdir. Amma təəssüf ki, bizim bir çox tarixçilər yol verilmiş yanlışlıqları nəinki düzəltmədilər və düzəltmirlər,  hətta bəziləri onları doğrultmağa çalışırdılar. Çünki əks halda, onların titulları, elmi işləri, kitabları, elə özləri də mövqelərini itirirdilər.

Yuxarıda işarə etdiyim "ipucları" nədir?

Bildiyimiz kimi, XIX yüzillik Şumer, Misir, Orxon-Yenisey kimi qədim yazıların oxunması, arxeoloji qazıntıların aparılması əsridir. Bu sahədə Avropanın - son əsrlərdə yeni texnologiyaların kəşfində irəli çıxmış və bunların sayəsində də sürətlə inkişaf etmiş avropalıların xidmətləri danılmazdır.

XIX əsr fransız tarixçisi Elize de Rekyu özünün qədim Şərq tarixindən bəhs edən 1904-cü ildə ruscaya tərcümə edilib Peterburqda nəşr olunmuş kitabında  yazırdı: Avropalılar İkiçayarasında arxeoloji qazıntılar apararkən düşünürdülər ki, burada onların əcdadlarının qalıqları yatır. Lakin ilkin nəticələrdən sonra məyus oldular. Buradakı mədəniyyət nümunələri Kiçik Asiya xalqlarının, hithitlərin  mədəniyyətinin, antropoloji qazıntılarının analoqu idi.

Qədim tarixi açmaq üçün arxeoloji qazıntılardan ucuz başa gələn digər açar, sözlərdir. Toponimlər, etnonimlər, hidronimlər, aykonimlərdir. Başqa cür desək, yer, çay, dağ, dərə, insans. adlardır.

Maraqlı deyilmi, Ankara adı Sibirdə və Krımda hidronimdir, Anadoluda isə toponimdir. Yaxud Yunanıstan və Sibirdə iki çay eyni ad daşıyır: Selenqa.

Avropanın ən qocaman dağının adı Alpdır. Avropa dillərinin anası olan latın dilində, həmçinin yunan dilində bu sözün mənası yoxdur. Qədim türk dilində isə Alp - igid, döyüşçü, qəhrəman deməkdir. Bizdə, o cümlədən digər türk xalqlarında bu sözün işlənmə tarixi Orta əsrlərdən o yana - bizim eramızdan öncələrə gedib çıxır. Azərbaycanda isə bu addan törəmiş Alban dövləti, Alban kilsəsi (ərəb əlifbasında "p" hərfi və səsi olmadığı  üçün bu adlar "b" hərfi ilə verilmişdir) adları olmuşdur. İndiyədək bu adı daşıyan kəndlər və çay da vardır: Alpoud, Alpans.

Amma bunlardan daha əski, çox düyünlərin açarı ola biləcək bir bəlgə vardır: Az/As tayfalarının  adından törəmiş Azər oykonimiAsiya/Aziya qitəsinin adı.

Bilirəm, bəzliəri, xüsusilə rus dilində oxumuşlar bu sətirlərə dodaq büzəcək, "bu lap oldu" deyəcək, o boyda qitənin adının bir toplumun adına bağlanmasına etiraz edəcəklər. Mən onları tarix kitablarını vərəqləməyə çağırıram. Əgər 4 min il öncələr yaşamış İrbaham (İbrahim) peyğəmbərin atası Azərdən  (peyğəmbər) qabaq Asiya/Aziya qitəsinin adı çəkilmiş bir bəlgə - mənbə varsa, buyurub göstərsinlər.

Artıq bir fakt kimi Qərbin özündə antitürk, antiislam siyasətinə qoşulmayan obyektiv bilim adamlarının bəşər tarixinin, mədəniyyətinin başlanğıcında türklərin əcdadlarının durması haqqında dəyərli fikirləri ara-sıra səslənir. Bu fikirləri arxeoloji qazıntılardan başqa, Avropada, Orta Doğuda nə latınca, nə də yunanca olmayan toponimlər, hidronimlər, oykonimlər və s. açıq-aydın göstərir.

Məgər İkiçayarasında Şumer/Sumer dövlətindən öncələr olmuş Ur, Uruk şəhər dövlətlərinin adları ilə tarixdə qalmış Urartunun, hazırda Cənubi Azərbaycanda mövcud olan Urmiya şəhəri və dövlətinin, Zəngəzurda 25 ildir əsir qalmış Urud kəndinin Asiya/Aziya ilə Avropanı ayıran Ural dağının, Türküstanda Aral gölünün adlarının eyni yuvadan olduğu görünmürmü? Araz çayının adı (Ar+az) Azər (Az+ər) sözünün dəyişilmiş şəkli deyilmi? Necə ki, bizdə məskunlaşmış hun tayfaları Padar, Macarıstanda isə Arpad adlanır... Bu baxımdan İraq, İran, İrland (iya) toponimlərinin də kökünü araşdırmaq çox maraqlı olardı... Elə götürək hayların özlərinə çıxmaq istədikləri əski Urartu dövlətini. İki isimbir mənsubiyyət şəkilçisindən ibarət bu adın  mənşəyini tapmaq dərin araşdırma tələb etmir. Türkcə bilən hər kəsə bu adın mənası aydındır: Ur+Ər+Tu. Yəni Ur ərinin (kişisinin) məkanı. Bu güntürk xalqlarının dilində -tu, -t, -dı, -du, - kimi mənsubiyyət bildirən şəkilçilər işlənir: Almatı (Almalıq), daşdı yer, otdu çəmən - süddü s.

Sovet dönəmində haylar İrəvanın 2500 illiyini keçirib, Urartu ilə bağlayanda bizim tarixçilər bu saxtakarlığa qarşı cınqırlarını da çıxarmadılar. Halbuki Urartu haqda yazmış XIX əsr Qərb müəllifləri LenormanRoulinsonun elmi nəticələrini təsdiqləmiş erməni tarixçisi Vermişevin "Gürcü-erməni əlaqələrinin tarixinə aid materiallar" əsərini, sadəcə, ortaya qoymaq gərəkirdi. Vermişev 1904-cü ildə nəşr etdirdiyi sözügedən əsərində Avropa alimlərinin fikirlərini təsdiqləyirdi: "Urartu dilinin müasir hayk dili ilə heç bir əlaqəsi yoxdur!.." Onu da qeyd edək ki, digər alimlər də Urartu əhalisinin qədim türk dilinin Ural-Altay qolu ləhcəsində danışdığını, hayas dilinin isə hind-Avropa dil ailəsinə aid olmasını yazırdılar.

Uzaq Şimalda İrland (iya) toponiminə gəldikdə, çox güman ki, Skandinav ölkələrində, FinlandiyaBritaniyada silinməz izlərini qoymuş qədim saqlardan qalmış addır. Səhv etmirəmsə, Dilçilik İnstitutunda bu sahədə araşdırmalar aparılır.

Məncə, Cənubda şumerlərin "Gilqamış" dastanı, Şimalda məşhur saqaları ilə əcdadlarımız dünya ədəbiyyatının ilkin nümunələrini yaradaraq onun təməlini qoymuşlar. Bu da bir araşdırma mövzusu deyilmi?  o saqalar araşdırılsa, bu gün Azərbaycan türkcəsində də işlənən çox sözlərə rast gəlmək olar. Bunun üçün "İqor Polku haqqında dastan"ın  məğzini  açıb ortaya qoymuş Oljas Süleymenov kimi bir oğul gərəkdir.  Əminəm ki, ikinci bir Oljas meydana çıxıb, o saqalardakı türk izlərini, bu gün də işlətdiyimiz  sözləri ortaya qoyacaqdır.

Tarixdən öncəki bu böyük mədəniyyətlərin açarlarından biri Azərbaycandadır. Qədim saqların Uzaq Şərqdə Saxalin adaları, Sibirdə Saxa Respublikası kimi izləri bu gün Azərbaycanda da qalmaqdadır. Herodotun Sakasen adlandırdığı Şəki-Zaqatala bölgəsi,  Zəngəzurda ermənilərin xaraba qoyduğu Şəki şəhəri, həmçinin Krımda, Polşada Saki şəhərləri, "Anqlosaks" ifadəsi, Almaniyada "Saksoniya"  toponimi də silinməsi olumsuz olan bu izlərdəndir. ..

Bu yerdə məşhur Norveç araşdırıcısı Tur Heyerdalın adını çəkməmək olmaz. O, ölkəsinin və xalqının formalaşması haqqında 1998-ci ildə Bakıya sonuncu səfərində "Hyat Recensu" (Naxçıvan) hotelində Statoil kampaniyasının təşkil etdiyi toplantıda çıxışı zamanı demişdi: "Bir gün kral məni yanına çağırtdırdı və orta əsrlərə - XI yüzilliyə aid əlyazmanı mənə təqdim edib söylədi: "Bizim sülaləmizin başlanğıcı burada göstərilmişdir". Həmin əlyazma indiki norveçlilərin o zamanlar meşələrdə yaşayan əcdadlarının Cənubdan gəlib onlara mədəniyyət gətirmiş kral və Tanrı Odin haqqında idi..."

Norveçin Azərbaycanda ilk səfiri, ixtisasca arxeoloq olan Olav Berstadla bu mövzuda çox söhbətlər edərdik. O, Norveç xalq musiqisinin Avropa musiqisi olmadığını, Azərbaycan musiqisinə oxşarlığını deyirdi. İki kərə evində təşkil etdiyi məclisə Norveçdən gətirtdiyi skripkaçı ilə bizim kamançaçını yanaşı oturdub, oxşar melodiyaları əyani nümayiş etdirmişdi. Bir kərə Norveçdən gəlmiş nümayəndələr arasında "Olof" soyadının çox olmasının səbəbini, bu sözün Norveç dilində mənasını soruşdum. O, ixtisasca filoloq olan müavini Steynlə məni tanış edib,  bu sualı ona verdi. Steyn "Olof" sözünün çox qədim Norveç sözü olduğunu, rusca "Oqon" bizim "Alov" sözünün eyni anlam verdiyini bildirdi.

Bu söhbət ətrafında naşiribaş redaktoru olduğum ingilisdilli "Azernews"  qəzetində  verdiyim  material əcnəbi oxucularda böyük maraq doğurdu.

Bizim millətin, xalqın dilinin qədimliyini göstərən belə misalları çox çəkmək olar. Dilimizin sözlərinin izlərinə tarixdən öncələrdən Avropadan  başlayaraq, Asiyanın qurtaracağınadək, Afrikanın Şimalınadək çox məmləkətlərdə rast gəlmək olur.

Qədim Misir papiruslarında çəkilmiş ilahlardan birinin - quş başlı ilahın adı Xoruzdur. Papiruslarda təsvir  olunmuş rəqslərdəki elementlər bizim  rəqslərə çox bənzəyir.  Sami xalqların, afrikalıların rəqslərində belə elementlər yoxdur. Ərəb dilində  "xoruz" sözüyoxdur, ərəbcə xoruza "dik" deyilir.

Qədim Çin heroqliflərində bütün türk xalqlarının işlətdiyi "su heroqlifi" vardır...

Hər millətin öz dilinə uyğun işlətdiyi, "Qurani-kərim"də  Azər oğlu İbrahim (İbrahim ibn Azər) kimi verilmiş bu böyük şəxsiyyətin adındakı müxtəliflik - hər xalqın öz dilinə uyğun işlətməsi  məni çoxdan düşündürür. Məsələ burasındadır ki, Azərbaycanın çox yerində Xəlilullahın adını İrbaham kimi tələffüz edirlər. Ərəb xalqları ilə türk xalqlarında bu peyğəmbərin adının istifadəsini müqayisə etsək, fərqli mənzərə görərik: ərəblər çox az hallarda övladlarına bu adı verirlər. Yəhudilər  onu "Abraham" kimi tələffüz edirlər. Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və s. türk ölkələrində isə bu peyğəmbərin adı şəxs adları kimi çox işlənir. Bizdə İrbaham variantı çox işlənir. Digər türk xalqlarında bu ad İrbehim, İrbeyim kimi səsləndirilir.

Bir az dağınıq görünən bu mülahizələrdə əsas qayəm dünyann mədəniyyət bulağının gözündə dayanmış və bugünədək özünü Yer tarixinin keşməkeşlərindən - çox xalqları, mədəniyyətləri süpürüb aparmış  tufanlardan qoruyub saxlamış dilimizin, millətimizin tarixinin sözügedən Atropatenadan çox-çox öncələrə gedib çıxdığını bilib susanlara xatırlatmaq, bilməyənlərə isə bildirməkdir.

 

Fazil Güney

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.21.