Aydın Tağıyev-65
İstedadlı qələm adamı Aydın Tağıyevin 65
yaşı tamam olur. Mən hələ 80-ci illərdən,
ilk hekayələri işıq
üzü görəndən
Aydın Tağıyevin
ədəbi mühitin
diqqətini çəkdiyini
müşahidə etmişəm.
O, bu illər ərzində müxtəlif
ədəbi orqanlarda çıxan yazıları
ilə oxucu sevgisini qazana bilib. Həmçinin, Aydın Tağıyev
Şabran kimi qədim bölgələrimizdən
birinin tarixi, etnoqrafiyası ilə maraqlanır və bu tədqiqatlarının
nəticəsi kimi işıq üzü görən məqalələri
diqqətəlayiqdir. Aydın Tağıyev
Şabranda ədəbi
mühitin aparıcı
simalarından biridir.
Son bir neçə
ildə burda keçirilən tədbirlərin,
yazıçılarla görüşlərin
təşkilində yaxından
iştirak edib. Bunları nəzərə alaraq Azərbaycan Yazıçılar
Birliyi katibliyinin qərarı ilə Aydın Tağıyev AYB-nin Şabran bölməsinin rəhbəri
təyin olunub. Bir neçə ay öncə
Şabranda Xaqani Poeziya Günlərində,
burdakı qaynar ədəbi mühiti, sözə, ədəbiyyata
üstün münasibəti
müşahidə etdim.
AYB-nin Şabran bölməsinin fəaliyyəti
ilə də yaxından tanış
oldum. Mən Aydın Tağıyevi
65 illik yubileyi münasibəti ilə təbrik edirəm, ona bütün bu səmərəli işlərin davam etdirilməsi yolunda müvəffəqiyyət və
yeni-yeni yaradıcılıq
uğurları diləyirəm.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
ANAR
Ədəbiyyat qəzeti.- 2017.-
26 avqust.- S.12.